Icma.az
close
up
RU
Politoloq: “Gürcü arzusu”nun siyasəti daha balanslıdır

Politoloq: “Gürcü arzusu”nun siyasəti daha balanslıdır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Rusiya bundan sonra növbəti Saakaşvililərin hakimiyyətə gəlməsini istəmir


Qərb çalışır ki, postsovet məkanında Rusiyanın nüfuzunu zəiflətsin

Oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı Prezident Salome Zurabişvilinin səsləndirdiyi iddiaları rədd edirik, bu cür çıxışların siyasi motivli və əsassız olduğunu bildiririk. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı bəyanatda bildirilib.

Bəyanatda vurğulanıb ki, seçkilərin saxtalaşdırıldığına dair prezidentin bəyanatları heç bir sübuta əsaslanmır və faktiki halları qəsdən siyasi məqsədlə təhrif edir. Seçki nəticələrinə əsaslı təsir göstərə biləcək hər hansı pozuntu barədə təsdiqlənmiş faktlar mövcud deyil. Lakin prezident və bəzi şəxslər seçki administrasiyasını gözdən salmağa çalışaraq, ölkədəki gərginliyi daha da artırmağa cəhd göstərirlər. Qeyd edək ki, parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Prezident Zurabişvili yeni seçkilərin keçirilməsi üçün şura yaratdığını elan edib. Zurabişvilinin səlahiyyət müddəti 29 dekabrda başa çatacaq.



Politoloq Sultan Zahidov “Sherg.az”a söyləyib ki, hazırda Gürcüstanda sözün əsil mənasında Qərb ilə Rusiyanın geosiyasi konfrantasiyasının çizgilərini görürük:


“Rusiya Qafqaz regionunda qərbyönümlü şəxslərin hakimiyyətə gəlməsini istəmir. Saakaşvili həmin səhvi təkrarladı və Rusiya bundan sonra növbəti Saakaşvililərin hakimiyyətə gəlməsini istəmir. Digər tərəfdən isə Qərb çalışır ki, postsovet məkanında Rusiyanın nüfuzunu zəiflətsin. Burada Mərkəzi Asiya, Cənubi Qafqaz və Ukraynanın strateji əhəmiyyəti var. Hazırda Ukraynada mövcud münaqişə davam edir, Ermənistanı özünə yaxınlaşdıra bilib və növbəti addım Gürcüstandadır. Gürcüstanda baş verən etiraz aksiyalarının arxasında həmin səbəb dayanır. Ona görə də ABŞ dövlət katibliyi Gürcüstanla strateji əlaqləri kəsdi və Gürcüstan Avropa Birliyinə üzvlük danışıqlarını müvəqqəti olaraq dondurdu. Gürcüstanda prezidentin qərbyönümlü olmağına baxmayaraq əsas icraedici hökümətın başında Rusiya ilə münasibətlərin normallaşmasını istəyən “Gürcü arzusu” partiyasının nümayəndəsi İrakli Kobaxidze dayanır. Uzun illərdir ki, Gürcüstanda “Gürcü arzusu” partiyası hakimiyyətdədir. Bəziləri düşünürlər ki, sözügedən partiyanın mövqeyi məhz ruspərəstdir. Fikrimcə, partiyanın siyasəti Gürcüstan kimi böyük olmayan regional ölkə üçün kifayət qədər praqmatikdir. Partiya həm Rusiya, həm də Qərblə münasibətləri normallaşdırmağa  çalışır. Çünki onlar gördülər ki, Saakaşvilinin biryönümlü istiqamətə yönəlməsi onun başını Rusiya ilə ağrıtmağa səbəb oldu. İndi hakimiyyət isə bunu etmək istəmir və Rusiya ilə münaqişə girməyə imkanlarının olmadığını anlayır. Digər tərəfdən isə Rusiya ilə ticari və iqtisadi əlaqələrin inkişaf etdirilməsi Gürcüstana müsbət dividentlər gətirəcək. Belə olan halda “Gürcü arzusu” partiyasının siyasəti daha balanslıdır. Gürcüstan prezidenti seçkilərdən bu yana səslərin saxta olduğunu vurğulayır. İstənilən ölkədə olduğu kimi Gürcüstanda da seçkilərdə müəyyən qayda pozuntusu ola bilər. Lakin bu tamamilə xalqın indiki höküməti istəmədiyi demək deyil. Salome Zurabişvilinin bəyanatı prezidentliyin son dönəmində müəyyən dəyişiklik etməyə hesablanıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri