Politoloq: Macarıstanla Azərbaycanın münasibətləri mükəmməldir
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Macarıstanla Azərbaycanın münasibətləri mükəmməldir.
Bunu APA-ya açıqlamasında Macarıstanın Danube İnstitutunun icraçı direktoru İstvan Kiss deyib.
Onun sözlərinə görə, Macarıstanla Azərbaycan əməkdaşlıq üçün çox güclü iqtisadi potensiala sahibdirlər: “Son 10-12 ildə diplomatik sahədə çox güclü əlaqələrimiz olub. Buna görə də, əlaqələrimiz mükəmməldir”.
Ekspert Macarıstan və Avropa İttifaqı arasındakı münasibətlərə də toxunub: “Macarıstana qarşı edilən hücumların əksəriyyəti siyasi xarakter daşıyır. Biz Avropa İttifaqının dəyər olaraq qəbul etdiyi bəzi məsələlərə inanmırıq. Buna görə də, Avropa İttifaqı ilə müəyyən siyasi gərginliklərimiz mövcuddur. Lakin bunlar əsasən siyasi, ideoloji məsələlərdir, iqtisadi və sosial məsələlər deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 09 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















