Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir ŞƏRH

Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Mayın 20-də Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə işgüzar səfər etdi. Bu səfər Azərbaycan-Macarıstan münasibətlərinin, eyni zamanda, Türk dünyasının birliyinin, həmrəyliyinin növbəti təqdimatı oldu. Belə ki, Türk Dövlətləri Təşkilatının tarixində ilk dəfə olaraq Zirvə görüşü müşahidəçi ölkənin - Macarıstanın ev sahibliyi ilə keçirildi. Reallıq budur ki, XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından Türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Macarıstanın Zirvə görüşünə ev sahibliyi bu ölkənin türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu göstərir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün mövzusu - “Şərq və Qərbin Görüş Nöqtəsi” çağırışı mahiyyət etibarilə təşkilatın məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu bir daha təsdiqlədi. Azərbaycanın bu birliyin, həmrəyliyin qorunmasına, daha da möhkəmlənməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirildiyini xatırlatdı və bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkil edilməsindən şad olduğunu bildirdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan bu il Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək: “Bu faktın özü ölkəmizin türk birliyinin möhkəmləndirilməsində nə qədər maraqlı olduğunu, eyni zamanda, verdiyi töhfələrin Türk Dövlətləri Təşkilatının üzvləri tərəfindən yüksək dəyərləndirildiyini nümayiş etdirir. Prezident İlham Əliyev ötən ilin fevralında keçirilmiş prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən xüsusi vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna ancaq birlikdə nail ola bilərik”.

Malik Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı Azərbaycanın Türk dünyasının birliyi istiqamətində atdığı addımların aydın mənzərəsini yaradıb: “Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Azərbaycanın ötən il 200 ölkənin yekdil qərarı ilə COP29 iqlim konfransına ev sahibliyi ölkəmizin malik olduğu imkanların, söz sahibliyinin təqdimatında əhəmiyyətli rol oynadı. Prezident çıxışında diqqəti Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyinə yönəldərək bildirdi ki, Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. COP29 böyük uğurlara imza atıb və tarixə “Bakı sıçrayışı” kimi daxil olub. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanla məhdud və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə də aydın təsəvvür yaradıb: “Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Bu, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın dərinləşməsini nəzərdə tutur. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycan Prezidenti iki ölkənin möhkəm təmələ əsaslanan münasibətlərini “Biz dost ölkələrik, strateji tərəfdaşıq” fikirləri ilə ifadə etdi. Qarşılıqlı səfərlərin dinamikliyi, iki ölkənin liderlərinin dostluq münasibətləri diqqətdən kənarda qalmır. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, Macarıstana 6-cı səfəridir. Orban isə Azərbaycana 7 dəfə səfər edib. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”.

Malik Həsənov vurğulayıb ki, Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir: “Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata birgə bəyanatında da enerji sektorunda mövcud imkanlardan geniş bəhs edərək bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Ölkəmiz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir”.

Deputatı qısa təhlil əsasında Azərbaycanın xarici siyasət uğurlarının davamlılığını şərtləndirən amilləri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizin strateji mövqeyi, zəngin enerji ehtiyatları, tarazlı və praqmatik diplomatik fəaliyyəti Azərbaycanı qlobal əməkdaşlıqda mühüm tərəfdaşlardan birinə çevirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see376

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see139

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see130

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see120

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri