Icma.az
close
up
RU
Azərbaycanın tranzit gəlirləri artacaq Politoloq

Azərbaycanın tranzit gəlirləri artacaq Politoloq

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan, İran və Rusiya arasında “Şimal–Cənub” marşrutunun qərb hissəsinin inkişafını hədəfləyən üçtərəfli memorandum imzalanıb. Sənəd tariflərin uzlaşdırılması, vahid tarif sisteminin yaradılması, müntəzəm blok-qatarların buraxılması və daşınma prosedurlarının sadələşdirilməsini nəzərdə tutur. Razılaşma tərəflər arasında daha sürətli və səmərəli logistika zəncirinin qurulmasına, eləcə də regionda tranzit axınlarının artırılmasına şərait yaradacaq.

Bu memorandum Azərbaycanın regional tranzit oyunçusu kimi rolunu nə qədər gücləndirəcək?

Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, bu memorandum Azərbaycanın regional tranzit arxitekturasında mövqeyini keyfiyyətcə yeni mərhələyə çıxarır:

"Sənəd təkcə daşımaların texniki tərəflərini yox, logistikanın institusional əsaslarını formalaşdırır. Tariflərin uzlaşdırılması və vahid tarif mexanizminin yaradılması Azərbaycanı sadəcə keçid ölkəsi yox, marşrutun iqtisadi idarəedicilərindən birinə çevirir. Bu isə tranzitdən əldə olunan gəlirlərin artması ilə yanaşı, Bakının regionda iqtisadi proseslərə təsir rıçaqlarını da genişləndirir".

Siyasi şərhçi əlavə etdi ki, müntəzəm blok-qatarların buraxılması “Şimal-Cənub” xəttini epizodik daşımalar müstəvisindən çıxarıb davamlı və planlı nəqliyyat dəhlizi səviyyəsinə qaldırır.

"Prosedurların sadələşdirilməsi isə Azərbaycanın logistik cəlbediciliyini artıraraq onu alternativ marşrutlarla rəqabətdə üstün mövqeyə çıxarır. Bu fonda ölkəmiz Avrasiya məkanında yük axınlarının yönləndirilməsində strateji qovşaq rolunu möhkəmləndirir. Geosiyasi müstəvidə isə memorandum xüsusilə önəmlidir. Eyni zamanda bu razılaşma Azərbaycanın həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas regional tranzit mərkəzi statusunu daha da möhkəmləndirir. Nəticə etibarilə, imzalanmış memorandum Azərbaycanın regional tranzit oyunçusu mövqeyini sadəcə möhkəmləndirmir, onu sistemi formalaşdıran əsas aktorlardan birinə çevirir. Burada artıq söhbət təkcə tranzit gəlirlərindən yox, regionun iqtisadi və logistik gündəmini müəyyən edən dövlətdən gedir", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri