Politoloq: “Məsələyə sırf iş qrafiki kontekstində baxılmalıdır”
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bunu Ölkə.az açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin TDT-nin Zirvə görüşündə iştirak etməməsi Türkiyədə Azərbaycana qarşı həyata keçirilən informasiya hücumları fonunda diqqət çəkə və bununla bağlılığı ön plana çıxa bilər:
“Hərçənd, Azərbaycan və Türkiyənin qardaşlıq bağları kifayət qədər dərindir, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasındakı şəxsi dostluq münasibətləri bu bağları daha da güclənidirir. Prezident İlham Əliyevin Türkiyənin Respublika Günü ilə bağlı bu gün Prezident Ərdoğana ünvanladığı məktub bunu bir daha təsdiq edir. Türkiyə Prezidentinə “Əziz qardaşım” deyə xitab edən Azərbaycan lideri məktubda iki ölkəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq tellərinin bağladığını vurğulayır. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlərin ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə çataraq, keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etdiyini qeyd edir. Daha öncə Ərdoğanın İlham Əliyevə telefon zəngi zamanı da qardaşlıq münasibətləri xüsusilə vurğulanmışdı. Bu baxımdan, dövlət başçısının TDT-nin Zirvə görüşündə iştirak edə bilməməsini sırf iş qrafiki kontekstində qiymətləndirə bilərik. Fikrimcə, bu, Türkiyədə anlayışla qarşılanır. Çünki daha öncə Azərbaycanda keçirilən mühüm tədbirlərə Türkiyə rəhbərliyinin qatıla bilməməsi də Bakıda anlayışla qarşılanmışdı”.
A.Nərimanlı xatırladıb ki, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Şuşa Zirvəsində Ərdoğan iştirak edə bilməmiş, Türkiyəni vitse-prezident Cövdət Yılmaz təmsil etmişdi: “Çünki Ərdoğan Berlində Türkiyə və Niderland milli komandaları arasında futbol üzrə Avropa çempionatının dörddəbir final qarşılaşmasını izləyirdi. Şuşa Zirvəsi - türk dövlətlərinin liderlərinin azad olunmuş ərazilərdə toplanması Azərbaycan üçün önəmli idi, lakin Türkiyə rəhbərliyi öz proqramına uyğun seçim etdi və rəsmi Bakı bunu alayışla qarşıladı. İki il əvvəl Türkiyə Prezidenti milli komandanı dəstəkləmək üçün Şuşaya gələ bilməmişdisə, bu dəfə də Azərbaycan Prezidenti Bakıda futbol üzrə çempionatın finalçılarını mükafatlandırmaq üçün Ankaraya gedə bilmir. Qeyd etmək lazımdır ki, çempionatın finalının və mükafatlandırma mərasiminin 30 oktyabrda olacağı əvvəldən bəlli idi, Prezidentin burada iştirakı da öncədən planlaşdırılıb”.
Siyasi icmalçı vurğulayıb ki, bununla bağlı digər nümunələr də var:
“Bu ilin may ayında Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun açılışında, eləcə də oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin - CICA-nın VII Zirvə görüşündə də Türkiyə Prezidenti şəxsən qatıla bilməyib. Türkiyə Şəhərsalma Forumunda ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumla, CİCA-nın Zirvə görüşündə isə xarici işlər naziri Hakan Fidanla təmsil olunub. Azərbaycan da TDT-nin Ankara zirvəsində xarici işlər naziri Ceyhun Bayramovla təmsil olunur".
A.Nərimanlı qeyd edib ki, bütün bunlar Prezident İlham Əliyevin öncədən planlaşdırılmış iş qrafikinə görə TDT-nin zirvə görüşündə iştirak edə bilməməsini aydınlaşdırır:
“TDT-nin ən fəal üzvlərindən olan Azərbaycan təşkilatın fəaliyyətinə xüsusi önəm verir. Türk dövlətləri arasında inteqrasiyasının dəyinləşməsi istiqamətində atılan addımlar, türk dünyasının birləşməsi və güclənməsində oynadığı rol da bunu deməyə əsas verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Oktyabr 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















