Icma.az
close
up
RU
Politoloq: “Netanyahunun sərt mövqeyi ABŞ İsrail harmoniyasını pozur”

Politoloq: “Netanyahunun sərt mövqeyi ABŞ İsrail harmoniyasını pozur”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın İsrail qoşunlarının Suriya, Livan və Qəzza zolağından çıxarılmasında israr etməsi Vaşinqton və Təl-Əviv arasında təhlükəsizlik siyasəti ilə bağlı fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Baş nazir Benyamin Netanyahunun bu tələbə qarşı çıxması bölgədəki hərbi və siyasi tarazlıqlarla bağlı müzakirələri yenidən gündəmə gətirib.Netanyahunun mövqeyi ABŞ–İsrail münasibətlərinə necə təsir edə bilər?

Türk politoloq Hasan Oktay Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Netanyahunun Vaşinqtonun Suriya, Livan və Qəzza zolağından çıxmaq üçün göstərdiyi təzyiqə “boyun əyməmək” mövqeyi ABŞ–İsrail münasibətlərində uzun müddətdir davam edən struktur və taktiki fikir ayrılıqlarının ən mühüm mərhələlərindən birini təşkil edir.

Politoloqun fikrincə, Netanyahunun Donald Trampla keçirəcəyi görüş həm ikitərəfli münasibətlər, həm də regional tarazlıqlar baxımından mühüm nəticələr doğura bilər.

Hasan Oktayın sözlərinə görə, Vaşinqton administrasiyası regional gərginliyi azaltmaq, Dəməşq və Beyrut hökumətləri ilə yeni böhranların qarşısını almaq və resursları daha geniş geosiyasi rəqabətlərə, xüsusilə İranla bağlı proseslərə yönəltmək məqsədilə hərbi mövcudluğun azaldılmasını istəyir.

Bunun əksinə olaraq, Təl-Əviv administrasiyası bufer zonalarının və daimi hərbi mövqelərin yaradılmasını İsrailin təhlükəsizliyi üçün zəruri hesab edir.

Politoloq bildirib ki, Netanyahunun kabinet iclaslarında səsləndirdiyi “Mən öz ayaqlarım üzərində dayanacağam, müqavimət göstərəcəyəm və onlara “yox” deyəcəyəm” fikri iki müttəfiq arasında koordinasiya problemlərinin dərinləşdiyini göstərir.

Onun fikrincə, bu vəziyyət Vaşinqtonda keçirilən yüksək səviyyəli təmaslarda və liderlərarası görüşlərdə danışıqları daha mürəkkəb edə bilər.

Hasan Oktay vurğulayıb ki, ABŞ İsrailə dünyanın ən güclü hərbi və diplomatik dəstək sistemlərindən birini təqdim edir. Lakin ərazidə davam edən işğal və ilhaq siyasətinin Vaşinqton üçün regional siyasi xərcləri artırdığı düşünülür.

Politoloqun qənaətinə görə, Netanyahunun ABŞ tələblərini açıq şəkildə rədd etməsi Amerika administrasiyası daxilində İsrailə verilən dəstəyin müəyyən şərtlərlə məhdudlaşdırılması ilə bağlı müzakirələri gücləndirə bilər.

O bildirib ki, ABŞ tərəfindən dəstəklənən beynəlxalq sabitləşdirmə qüvvəsi və ya regional keçid planları İsrailin birtərəfli təhlükəsizlik siyasəti ilə ziddiyyət təşkil edir.

Xüsusilə Livan sərhədində yeni daimi mövqelərin yaradılması və Suriyada hərbi mövcudluğun genişləndirilməsi Vaşinqtonun münaqişədən sonrakı regional arxitektura planlarını çətinləşdirə bilər.

Politoloqun sözlərinə görə, Netanyahunun sərt mövqeyi yalnız xarici siyasətlə bağlı deyil, həm də daxili siyasi hesablamalarla əlaqəlidir.

O hesab edir ki, Baş nazir ifrat sağçı koalisiya tərəfdaşlarının dəstəyini qorumaq və “güzəştsiz lider” imicini saxlamaq üçün hərbi iştirakın davam etdirilməsində maraqlıdır. Çünki geri çəkilmə koalisiyanın dağılması riskini artıra bilər.

Hasan Oktay vurğulayıb ki, İsrailin Qəzza, Livan və Suriya olmaqla üç müxtəlif cəbhədə hərbi iştirakını qorumaqda israrlı olması Dəməşq və Beyrutla yeni qarşıdurma risklərini gündəmdə saxlayır.

Onun fikrincə, bu vəziyyət ABŞ-ın bölgədə “regional sakitlik” strategiyası ilə uyğun gəlmir və Yaxın Şərqdə yeni gərginlik dalğasına səbəb ola bilər.

Politoloqun qənaətinə görə, Netanyahunun sərt və inadkar mövqeyi ABŞ–İsrail münasibətlərini tam qırılma nöqtəsinə gətirməsə də, iki paytaxt arasında uzun illər mövcud olmuş “tam harmoniya” modelinə ciddi zərbə vurur.

Hasan Oktay hesab edir ki, Vaşinqton və Təl-Əviv arasında təhlükəsizlik siyasəti sahəsində fikir ayrılıqları yaxın dövrdə də davam edəcək və münasibətlər daha çox qarşılıqlı təzyiq, diplomatik gərginlik və siyasi sürtünmə mərhələsinə daxil olacaq.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 İyul 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri