Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Politoloq: “Trampın təklifini ABŞ və İsrail dəstəklədi”

Politoloq: “Trampın təklifini ABŞ və İsrail dəstəklədi”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ Prezidenti Donald Trampın Ağ Evdə qəbul etdiyi ilk qonağın İsrailin Baş naziri Benyamin Netanyahu olacağı gözlənilən idi”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Tramp Prezidentliyinin birinci müddətində də İsraillə strateji müttəfiqliyi gücləndirmiş, Qüdsü bu ölkənin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etmişdi:

“Tramp bu dəfə Netanyahunun gözləntilərindən də irəli gedərək fələstinlilərin Qəzza bölgəsindən başqa yerə köçürülməsini və bu şəhərin ABŞ-nin nəzarətinə verilməsi gərəkliyini bildirib. Sonuncu təklif Netanyahu üçün də gözlənilməz olub. 

ABŞ və İsrailin xaricində Trampın yeni təklifini dəstəkləyən olmayıb. 

Vaşinqtonun müxtəlif bölgələrdəki tərəfdaşları və müttəfiqləri belə Qəzzanın boşaldılması və bu şəhərin Amerikanın nəzarətinə verilməsi təklifinin əleyhinə çıxıblar. Avropa ölkələrindən tənqidi açıqlamalar gəlib. 

Brüssel Trampın Çinə qarşı rüsumların artırılması qərarı fonunda Pekinlə iqtisadi əlaqələrin inkişafı imkanlarını nəzərdən keçirməyə başlayıb. Avropa İttifaqının rəhbəri Ursulla fon der Lyayen fevralın 4-də səfirlər qarşısında çıxış edərkən, dünyadakı kəskin rəqabət şəraitində Avropanın Çinlə ticarət əməkdaşlığını genişləndirməyə ehtiyac olduğunu bildirib.

Halbuki Tramp Prezident seçilənə qədər Avropa İttifaqı Çinin ticarət siyasətini tənqid edirdi. Görünür, Brüssel Tramp administrasiyasının Pekinlə ticarıt müharibəsindən faydalanmaq istəyir. 

Brüsselin bu siyasəti Trampın xoşuna gəlməyəcək və Ağ Evin yeni sahibi həmişəki kimi Avropadakı tərəfdaşlarını yüksək rüsumlarla hədələyəcək. Tramp Çin məhsullarına qarşı rüsumların artırılması məsələsində gözləmə mövqeyinə keçib. 

Onun çinli həmkarı Si Cinpinlə telefonla danışıqlar aparacağı gözlənilir. 

Aydındır ki, Tramp Cinpindən iki ölkə arasındakı ticarətdə idxalla ixracın bərabərləşdirilməsini tələb edəcək. Ancaq bu praktik olaraq mümkün deyil. Çin aldığından çox satır. 

Məhz buna görə ABŞ-nin Çinlə ticarətində 1 trilyon dollar defisit yaranıb. Tramp hesab edir ki, Çin Amerikadan qazandığı pulları ordusunun gücləndirilməsinə xərcləyir. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt iki ölkə liderinin telefonla nə zaman danışacağına dair tarix verməyib. 

Bununla yanaşı Kerolayn Levitt Prezidentin Çinə qarşı rüsumların 10 faiz artırılması qərarından imtina etmədiyini təkrarlayıb. Mətbuat katibi Tramp kimi Çindən ABŞ-də insan ölümlərinə səbəb olan fentanil maddəsinin daxil olmasını təqdid edib. 

Kerolayn Levittinin sözlərinə görə, Çinə qarşı rüsumların artırılmasında bu amilin də əhəmiyyətli rolu olub”.

E.Şahinoğlu əlavə edib ki, Donald Trampın bir qərarı da beynəlxalq aləmdə geniş müzakirə olunur:

“Ağ Ev sahibi ABŞ həbsxanalarındakı cinayətkarları başqa ölkələrin həbsxanalarında yerləşdirmək üçün imkanlar axtarır. Dövlət katibi Marko Rubionun Salvadora səfəri zamanı müzakirə etdiyi mövzulardan biri də bu olub. 

Kasıb Salvador ona ödəniləcək maliyyə müqabilində qatı cinayətkarları həbsxanalarında yerləşdirməyə razılaşıb.

Maraqlıdır ki, Rubionun birinci səfər etdiyi Panama kimi Salvadorun də Çinlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Ağ Ev bundan da narahatdır. Salvador Prezidenti Nayib Bukele 2019-cu ildə Pekinə səfər edərək Çin lideri Si Cinpinlə görüşüb. 

Bu görüşdən bir il əvvəl Salvador Tayvanla diplomatik əlaqələrdən imtina edib. Pekin bunun qarşılığında uzaq Mərkəzi Amerika ölkəsinin müxtəlif layihələrinə yatırım qoyacağını vəd edib. 

2024-cü ildən başlayaraq Çinlə Salvador arasında azad ticarət sazişi barədə danışıqlar başlayıb. Halbuki Salvadorun əsas ticarət tərəfdaşı ABŞ-dır.  

Beləliklə, Ağ Ev Çinin Latın Amerikası ölkələrnə nüfuz etməsinin qarşısını almağa çalışır. Ancaq bunu reallaşdırmaq üçün ABŞ Latın Amerikası ölkələrinə Çindən daha çox yatırımlar vəd etməlidir”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Fevral 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri