Icma.az
close
up
RU
Politoloq: Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir

Politoloq: Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bir daha rəsmi şəkildə bildirmək istəyirəm ki, Ermənistan öz üzərinə heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb və hətta eyham vurmayıb ki, öz ərazisində təhlükəsizliyin təmin edilməsi, o cümlədən beynəlxalq və ya Azərbaycanın sərnişin və ya yük daşımaları başqa ölkəyə həvalə oluna və ya verilə bilər. Əksinə, Ermənistan tranzit təhlükəsizliyinə zəmanət vermək öhdəliyini öz üzərinə götürüb, biz bunu etməyə hazırıq.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”də dərc olunan regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş ətraflı bəyanatında deyib.

“Ermənistan heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb və hətta suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hər hansı bir məhdudlaşdırılmasına, o cümlədən Azərbaycanın qərbindən Ermənistan ərazisi ilə Naxçıvana rabitə məsələsinə razı ola biləcəyinə işarə etməyib. Azərbaycanın qərbindən Ermənistan ərazisindən Naxçıvana rabitə regional rabitə kanalları məsələsinin alt mövzusudur və İrəvan burada da heç vaxt maneə yaratmayıb. Üstəlik, bu məsələdə son dərəcə yaradıcı və çevik olmuşuq. 2022-ci ildə Azərbaycanın narahatlığına cavab olaraq, sərhəd-keçid məntəqələrində malların və vətəndaşların pasport, gömrük və digər nəzarət funksiyalarının beynəlxalq ixtisaslaşmış təşkilata verilməsini qarşılıqlı prinsip əsasında təklif etdik. Azərbaycan buna razı olmadı. İndi Bakının uzunmüddətli münaqişə ucbatından Azərbaycan vətəndaşlarının Ermənistanın sərhəd və gömrük nəzarətindən yayınma ehtimalını bildirməsini nəzərə alaraq, hazırkı mərhələdə Zəngilan-Mehri-Ordubad və əks istiqamətdə, həmçinin Arazdəyən-Ordubad-Mehri istiqamətində dəmir yolu yükdaşımaları ilə kommunikasiyaların açılmasını təklif etdik. Eyni zamanda, biz yazılı şəkildə heç bir tərəfin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə xələl gətirməyən variant təklif etmişik”, - o bildirib.


Politoloq Oqtay Qasımov "Sherg.az"a bildirib ki, Paşinyanın açıqlaması daha çox beynəlxalq ictimaiyyətin rəyini cəlb etmək üçün ortaya atılan iddialardır:


"Ermənistan Baş naziri bildirir ki, onların hər hansı yazılı öhdəliyi yoxdur. Lakin 9 noyabr Üçtərəfli bəyanatının 9-cu bəndində Ermənistan birmənalı şəkildə Azərbaycanın Qərb rayonlarını Naxçıvanla əlaqələndirən kommunikasiya xəttində təhlükəsizliyə və maneəsiz hərəkətə təminat verib. Yəni bu hərəkət nəqliyyat vasitələri, vətəndaşlar və yüklərə aiddir. Paşinyan isə deyir ki, onlar yalnız tranzitin təhlükəsizliyinə təminat veriblər. Eyni zamanda o, "Biz Azərbaycana İranın tranzitlə bağlı irəli sürdüyü rejimi təklif edirik" ifadəsi ilə əslində öz niyyətini ifadə edir. Bu isə Üçtərəfli bəyanatın öhdəliklərindən yayınmaq deməkdir. Həmçinin Ermənistan tərəfi istəyir ki, onların 42 kilometrlik ərazi üzrə təklif etdiyi şərtlər bütün Azərbaycan ərazilərində, yəni Mehridən başlayaraq Dərbəndə qədər ərazidə tətbiq olunsun. Bundan başqa Paşinyan ictimai rəyi manipulyasiya edərək bildirir ki, 2022-ci ildə Azərbaycana buraxılış məntəqələrini təklif edib. Buraxılış məntəqələrindən biri də Laçından başlayaraq Gorus ərazisinə keçməklə Biçənək-Şahbuz yolundan hərəkəti tövsiyə edir.  Bu təklif Azərbaycan tərfindən qəbul olunmadı. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan əslində Üçtərəfli bəyanatda Mehri üzərindən kommunikasiya xəttini açmalı idi. Çünki Naxçıvanla ən qısa və rahat əlaqə məhz Zəngilan-Ordubad arasında olan 42 kilometrlik məsafədir. Eyni zamanda Araz çayı boyunca vadi üzərindən hərəkətdir ki, bu da ilin istənilən mövsümündə həm yüklərin, həm də sərnişinlərin rahat və sürətli gedişinə şərait yaradacaq yoldur".


Politoloqun sözlərinə görə, Paşinyan Azərbaycanı düz yoldan dağlar, çətin relyef və sərt iqlim şəraiti olan əraziyə yönləndirmək istəyir:

"Ümumiyyətlə Bakının Ermənistandan tək istədiyi Üçtərəfli bəyanatın müvafiq maddəsinə uyğun olaraq Zəngəzur dəhlizində Azərbaycan yüklərinin daşınması üçün vətəndaşlara maneəsiz keçid versin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri