Politoloq: “Paşinyanın anklavlarla bağlı təklifi mübahisəlidir”
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Politoloq Turan Rzayev Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi və anklav-eksklavların taleyi ilə bağlı açıqlamalarını şərh edib.
Gununsesi.info xəbər verir ki, politoloqun sözlərinə görə, Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması nəticəsində Ermənistanın ərazisinin 29 743 kvadratkilometr olmalı olduğunu bildirib.
O, həmçinin sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, tərəflərin əraziləri dəqiq ölçülərinə uyğun dəyişməsini təklif edib.
Rzayev qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları və sərhədlərin delimitasiyası prosesi davam edir. Hazırda tərəflər arasında ciddi fikir ayrılığı yaradan məsələlərdən biri anklav və eksklavların gələcək taleyidir.
Politoloq Paşinyanın ərazilərin qarşılıqlı dəyişdirilməsi ilə bağlı yanaşmasının mövcud reallıqlar baxımından mübahisəli olduğunu vurğulayıb.
O bildirib ki, Azərbaycanın Başkənd ərazisi sərhəddən 18 kilometr məsafədə yerləşir, dağlıq relyefə malikdir və ora Ermənistandan normal yol yoxdur. Ərazinin ümumi sahəsi isə 40 kvadratkilometrdir.
Turan Rzayevin sözlərinə görə, Azərbaycanın Kərki kəndi isə dövlət sərhədindən təxminən 8 kilometr məsafədə yerləşir və strateji əhəmiyyətə malikdir. Ermənistanın şimalını cənubu ilə birləşdirən M-2 magistralı da bu ərazidən keçir. Kərkinin sahəsi təxminən 9 kvadratkilometrdir.
Politoloq Tavuş vilayətində yerləşən Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin də strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
O qeyd edib ki, beynəlxalq təcrübədə anklav və eksklavlarla bağlı məsələlər qarşılıqlı ərazi mübadiləsi, birtərəfli güzəşt və ya mövcud vəziyyətin saxlanılması yolu ilə həll edilə bilər. Bununla belə, Azərbaycanın bu məsələdə rəsmi mövqeyi hələlik aydın deyil.
Rzayev eyni zamanda hesab edir ki, Azərbaycan üçün əsas prioritet yekun sülh sazişinin imzalanmasıdır. Onun fikrincə, sazişin imzalanmamasının əsas səbəbi Ermənistanda Konstitusiyanın dəyişdirilməsi məsələsidir.
Politoloq son olaraq onu da vurğulayıb ki, bu proses başa çatdıqdan sonra sülh müqaviləsinin imzalanması və anklav-eksklav məsələsinə yenidən baxılması mümkün ola bilər.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Oktyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















