Icma.az
close
up
RU
Politoloq: Paşinyanın əsas qorxusu ABŞ ilə imzalanan xartiyaya minimum təsir etməsidir

Politoloq: Paşinyanın əsas qorxusu ABŞ ilə imzalanan xartiyaya minimum təsir etməsidir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri yeni administrasiya ilə müəyyən təmaslar yaratmaq, əhval-ruhiyyəni və münasibətlərin perspektivini öyrənmək məqsədi daşıyır.

Bu sözləri rusiyalı politoloq Konstantin Simonov Nikol Paşinyanın fevralda ABŞ-a səfər planının səbəbləri haqda danışarkən deyib.

O bildirib ki, Ermənistanın ciddi narahatlığı var və bunu Bayden administrasiyasının son günlərində sənədin (strateji tərəfdaşlıq haqda xartiya – red.) imzalanması da göstərdi:

“Əgər erməni tərəfi yeni rejimin Ermənistanla münasibətlərdə maraqlı olduğuna əmin olsaydı, o zaman sənəd yeni administrasiya ilə imzalanardı. Hazırda çoxlu qeyri-müəyyənlik var və yeni Dövlət Departamentinin Blinken qədər Cənubi Qafqazla maraqlanmayacağı ehtimal edilir.

Ancaq burada demək vacibdir: siyasətin effektivliyi nəticələrlə qiymətləndirilir. Blinkenin Dövlət Departamenti Cənubi Qafqazda hansı nəticələrə nail olub və Ermənistan həmin siyasətdən nə əldə edib: sülh bağlanmayıb, geosiyasi rəqabət güclənib, Rusiya və Azərbaycanla münasibətlərdə fikir ayrılıqları qalır, İranla da müəyyən anlaşılmazlıq var”.

Simonovun sözlərinə görə, ümumiyyətlə, Ermənistan hakimiyyəti bilmir ki, hansı istiqamətdə hərəkət etsin:

“Paşinyan hakimiyyəti əmin deyil ki, qərbyönlü siyasət Qərbə inteqrasiyaya aparacaq. Siz Zelenskinin son bəyanatlarını və NATO-ya üzvlüklə bağlı ümidsizliyini izləyə bilərsiniz. Qərb uzun müddət söz verdi, Ukraynanı Rusiyaya qarşı təhrik etdi və hazırda Ukraynaya heç bir aydın perspektiv təqdim etmir. Bu, Qərb siyasətinin ən yaxşı nümunəsidir”.


Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, ABŞ-Ermənistan münasibətləri Trampın yeni hakimiyyəti dövründə dəyişikliyə məruz qalacaq:


"İki ölkə arasındakı əlaqələr irəliləyən zamanda müəyyən dərəcədə təftiş olunması qaçılmazdır. Ümumiyyətlə Tramp administrasiyası bütün ölkələrlə, o cümlədən Cənubi Qafqazda yerləşən dövlətlərlə yeni münasibətlər qurmaq niyyətində olacaq. Bu da nəticə etibarilə Ermənistanla bağlantı və tərəfdaşlığın inspeksiyasına səbəb verəcək. Digər tərəfdən məsələlərin inkişaf və prosesin zamanla bəlli olacağı gözlənilir. Bütün hallarda Paşinyanın əsas qorxusu da  əlaqələrin nəzərdən keçiriləcəyi halda ABŞ ilə imzalanan xartiyaya minimum təsir edəcəyidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Yanvar 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri