Icma.az
close
up
RU
Politoloq: “Paşinyanın planlarını reallaşdırması asan olmayacaq”

Politoloq: “Paşinyanın planlarını reallaşdırması asan olmayacaq”

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışlarında ölkənin xarici siyasi prioritetlərinə dair mühüm mesajlar verib.

O, Ermənistanın Qərbə inteqrasiya etməsi və Rusiyadan uzaqlaşması istiqamətində niyyətini ifadə edib.

Bu yanaşma cəmiyyət daxilində müxtəlif reaksiyalara səbəb olub.

Bəs Paşinyanın bu çağırışları real siyasi dəyişikliklərə gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Samir Hümbətov bildirib ki, Ermənistanın əsas məqsədi Avropa İttifaqına yaxınlaşmaq, KTMT və Avrasiya İttifaqından uzaqlaşmaq, tədricən Rusiyadan ayrılaraq Qərbə yönəlməkdir.

Politoloq qeyd edib ki, Paşinyanın verdiyi açıqlama onun istəklərini əks etdirir:

“Paşinyanın əsas istəyi məhz budur. Amma bir məsələ var – bir istək var, bir də reallıq. Reallıq ondan ibarətdir ki, Paşinyan bu istiqamətdə istəsə də, hələlik ölkə daxilində elektorat dəstəyi toplamaq və bu istəklərini həyata keçirmək o qədər də asan deyil. Bu proses onun üçün rahat başa gəlməyəcək.

Bu, birinci məsələdir. Çünki Ermənistanda hələ də müxalif qüvvələr mövcuddur. Eyni zamanda neytral mövqedə olan insanlar da var. Cəmiyyətin bir hissəsi Rusiyayla daha sıx bağlıdır. Onlar nə müxalifətdədilər, nə də hakimiyyətdə – sadəcə Rusiyayla şəxsi və ya ailəvi əlaqələri var.

Məsələn, Rusiyada yaşayan qohumları var və ya Rusiyanın müxtəlif təsir mexanizmləri hələ də Ermənistanda işlək vəziyyətdədir. Bu səbəbdən Paşinyan bu məsələdə bir qədər tələsir. Amma qərar vermək o qədər də asan məsələ deyil”.

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin hər hansı bir Amerika şirkətinə icarəyə verilməsi məsələsi də asanlıqla reallaşacaq bir plan kimi görünmür:

“Çünki burada söhbət yüzillik müqavilədən gedir və bu, inandırıcı səslənmir. Həmçinin Ermənistanın özü üçün də bu variantın maraqlı olması real təsir bağışlamır.Rusiyanın bu məsələyə münasibəti nə asan, nə də sakit olacaq. Rusiya, belə desək, bu kimi məsələlərdə öz maraqlarını sığortalamağa çalışır və istəmir ki, bölgədəki proseslər ondan kənarda baş versin. O, Zəngəzur da daxil olmaqla, bölgədə mövcudluğunu qorumağa çalışır.

Hələlik konstitusiya dəyişikliyi yoxdur, proses uzana-uzana gedir. Görünür ki, Paşinyan bu açıqlamaları ilə qərb ölkələrinə mesaj verməyə çalışır: “Əgər mən konstitusiya dəyişikliyinə getmək istəsəm, elektorat dəstəyinə ehtiyacım olacaq, siz də mənə kömək edin”. Bu, həm də bir növ siqnal xarakteri daşıya bilər.

Amma hər bir halda Paşinyanın bu çıxışları ya cəmiyyəti bu dəyişikliklərə hazırlamaq məqsədi daşıyır, ya da müəyyən dairələrə mesaj göndərmək üçündür ki, vaxt qazansın və gələcəkdə alacağı müsbət siqnallardan sonra qəti qərar versin”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri