Icma.az
close
up
RU
Politoloq: Putin müharibəni necə bitirəcəyini bilmir

Politoloq: Putin müharibəni necə bitirəcəyini bilmir

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransında Ukraynaya qarşı müharibə mövzusunda qısa danışmağa üstünlük verib, bircə onu deyib ki, “ordumuz bütün istiqamətlərdə irəliləyir””.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Putin bu irəliləmənin ölkəsi üçün hansı itkilər hesabına başa gəlməsi mövzusundan yan keçib:

“Müharibəyə başlama əmrini verən Kreml sahibi onu necə yekunlaşdıracağını bilmir. Vladimir Putin gələn ilin fevralında 4-cü ili tamam olacaq müharibəni davam etdirməkdən başqa alternativ görmür. Putinin Qərbin dünyada hegemonluğunun başa çatdığını vurğulayıb.

“ABŞ artıq tək hakim deyil, Qərbin hökmranlıq dövrü bitdi, indi Asiya dövrüdür. Birqütblü dünya sona yaxınlaşır” deyən Putin buna misal olaraq Rusiyanın müxtəlif dövlətlərlə formalaşdırdığı təşkilatları göstərib.

Putin amerikalı həmkarı Donald Trampın ünvanına xoş sözlər desə də, Ağ Ev sahibinə onun adını çəkmədən belə bir mesaj göndərib: 

“NATO bizi ‘kağız pələngi’ adlandırırsa, bəs niyə bizi hələ də məğlub edə bilmir?” Əslində həmin ifadəni NATO rəhbərliyi deyil, Donald Tramp səsləndirib.Putinin ABŞ və NATO rəhbərliyinə xatırlatması da olub: 

“2000-ci ldə ABŞ-ın keçmiş Prezidenti Bill Klintona təklif etdim ki, Rusiyanı NATO-ya üzv qəbul etsinlər, o əvvəlcə razılaşdı, sonra müşavirlərinin məsləhətlərini dinləyərək fikrindən vaz keçdi”.

Putin bu məsələni ilk dəfə deyil xatırlayır. Görünür, Putin bununla demək istəyir ki, onun təklifi reallaşaraq Rusiya NATO-ya üzv qəbul olunsaydı beynəlxalq aləmdə indiki gərginlik olmazdı.

Həqiqətən Rusiya Putinin təklifi ilə 2000-ci illərin başlanğıcında NATO-ya üzv qəbul olunsaydı, indiki gərginlik olardımı? Putin bu təklifi səsləndirmədən əvvəl ikinci Çeçenistan müharibəsinə başlamışdı, nəticədə silahlı qruplarla yanaşı minlərlə mülki insan həlak olmuşdu.

Yəqin NATO üzvləri düşünüblər ki, Rusiyanın Şimali Atlantika Blokuna üzvlüyü Kremli daxili və xarici müharibələrdən çəkindirməyəcək. Misal üçün Rusiya NATO üzvü olsaydı belə 2008-ci ildə Gürcüstanla müharibə, o cümlədən 2014-cü ildə Krımı ilhaq etməyəcəyini və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləmək çətindir.

NATO-da qərarlar konsensusla qəbul olunur. Rusiya ümumi qərarlara tabe olacaqdımı? Əksinə Rusiya NATO üzvü olduqdan sonra blok içərisində tərəfdar qrupu formalaşdırmağa çalışacaq, bu isə təşkilatın içərisindən dağılmasını sürətləndirəcəkdi. Buna görə də Klitonun müşavirləri Putin “yox” cavabı verməyi məsləhət biliblər”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri