Icma.az
close
up
RU
Politoloq: Rusiya Ukrayna müharibəsi, artıq bitməlidir

Politoloq: Rusiya Ukrayna müharibəsi, artıq bitməlidir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müharibənin digər ölkələrə yayılma ehtimalı da mövcuddur ki, bu da qlobal narahatlıq yaradır

Rusiya-Ukrayna müharibəsi həm regional təhlükəsizliyi, həm də qlobal iqtisadiyyatı ciddi şəkildə sarsıtmaqda davam edir. Münaqişənin uzanması böyük dövlətlər arasında geosiyasi gərginliyi artırdığı üçün ABŞ-nin mövqeyi və təklif etdiyi sülh təşəbbüsləri beynəlxalq gündəmin əsas məsələlərindən birinə çevrilib. Bu fonda ABŞ daxilində də müxtəlif iddialar dolaşır. ABŞ dövlət katibi Marko Rubio son mediada yayılan-guya müdafiə naziri Den Driskollun Ukraynanın məğlubiyyətini qaçılmaz saydığı və Kiyevə sülh planını qəbul etməyi təlqin etdiyi xəbərləri “tamamilə uydurma” adlandırıb. 

Media mənbələrinin hesabatları isə sülh danışıqlarının mümkün nəticələri ilə bağlı narahatlıqları artırır.

.

Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bu müharibənin dünya iqtisadiyyatına çox böyük zərər vurduğunu bildirib:

"Rusiya-Ukrayna müharibəsi, artıq bitməlidir. Müharibə illərdir davam edir. Bunun dünya iqtisadiyyatına vurduğu zərər çox böyükdür. Məsələn, təkcə taxıl və enerji böhranları milyonlarla dollar itkiyə səbəb olub. Bundan əlavə, hər iki ölkənin infrastrukturu dağılıb, yerli əhali ciddi zərər görüb. Üstəlik, müharibənin digər ölkələrə yayılma ehtimalı da mövcuddur ki, bu da qlobal narahatlıq yaradır. Burada əsas məsələlərdən biri ABŞ-nin nə istədiyidir. ABŞ faktiki olaraq Ukrayna üzərindən əldə etmək istədiyini qismən əldə edib. Həmçinin o, Rusiyanı müəyyən qədər zəiflətməyə nail olub. Belə bir şəraitdə Vaşinqton əlavə risklərə getməyə ehtiyac görmür və buna görə də mövcud sülh təşəbbüsünü irəli sürüb. Lakin təklif olunan sülh sazişi Ukraynanın ərazi bütövlüyü və suverenliyi üçün risklər yaradır. Şübhəsiz, biz bu mərhələdə Ukraynanın bütün ərazilərini geri qaytarmasından danışa bilmərik. Ukrayna ya mövcud de-fakto vəziyyətlə razılaşmaq, ya da bəzi ərazilərin işğalı ilə barışacaq. Bununla belə, hazırkı şərtlər Ukrayna üçün çox ağırdır. Kiyev nəticə etibarilə məğlub tərəf kimi göstərilir və təklif daha çox Rusiyanın maraqlarına uyğun görünür. Rusiyanı artıq xeyli zəiflətmiş ABŞ-nin belə bir sazişi tələsik şəkildə qəbul etdirmək istəməsi əlavə risklər yarada bilər".

Politoloq belə bir razılaşmanın güclü dövlətlərdə yeni presedent yaradaraq zəif ölkələr üzərində işğalçı planları aktivləşdirə bilmə düşüncəsinin formalaşa biləcəyini vurğulayıb:

"Əgər Ukrayna sözügedən şərtlərə razı olsa, bu, faktiki olaraq onun dövlətçiliyi üçün də təhlükə yarada bilər. Situasiya olduqca mürəkkəbdir. Bu səbəbdən sazişin qəbul ediləcəyi hələlik məlum deyil, lakin görünür ki, ABŞ bu məsələdə israrlıdır. Mövcud şərtlər qəbul edilsə, beynəlxalq münasibətlər sistemində çox ciddi problemlər yarana bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri