Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi bir həftəyə dayanır? POLİTOLOQ

Rusiya Ukrayna müharibəsi bir həftəyə dayanır? POLİTOLOQ

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tram müharibənin bir həftəyı dayanacağını bildirib.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki,
Trampın Ukraynada müharibənin bir həftə ərzində bitəcəyi ilə bağlı açıqlaması hazırkı reallıqlar şəraitində qeyri ciddi- təsir bağışlayır.

Politoloqun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması və ya atəşkəsin əldə edilməsi nəzəri baxımdan istisna edilə bilməz, lakin Rusiya uzun müddətli sülhün təmin edilməsində israrlıdır. Özü də Moskva müharibənin gedişində ələ keçirilmiş Ukrayna torpaqlarının Rusiya ərazisi kimi tanınmasında, habelə Ukraynanın bitərəflik statusunun Qərb tərəfindən təsdiq olunmasında israrlıdır. Ukrayna ilə sülh müqaviləsini isə Kreml legetim hakimiyyətlə imzalayacağını bəyan edib.

“Zelenski isə qeyri legetim prezidentdir. Onun səlahiyyətləri keçən ilin mayında başa çatıb. Bu mənada rəsmi Kiyevlə sülh danışıqları ancaq bu ölkədə prezident seçkiləri keçirildikdən və legetim hakimiyyət formalaşdıqdan sonra mümkündür. Maraqlıdır ki, Zelenskinin qeyri legetimliyinə Tramp da işarə edib. Onun seçicilər arasında cəmi 4% reytinqə malik olduğunu söyləməklə, Tramp Kiyevə ünvanladığı təkliflərində qısa zamanda bu ölkədə prezident seçkilərinin keçirilməsi tələbini irəli sürüb.
Prezident Zelenski isə Avropa Birliyinin ona vədlərinə əsaslanaraq seçkiləri keçirməkdən imtina edir, bu konteksdə müharibənin bir həftə ərzində başa çatacağı ilə bağlı verilən bəyənatlar reallıqları ehtiva etmir. Üstəlik Fransa prezidenti Makron bu həftə Trampla Vaşinqtonda baş tutacaq görüşündə onu Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə, dilə tutmağa çalışacaq və bu amil də, hərbi əməliyyatların davam etdirilməsinə AB tərəfindən hesablanmış addımdır.
Rusiya rəsmilərinin bu həftə Ankarada Ərdoğanla aparacaqları danışıqlara gəlincə Rusiya gözəl anlayır ki, ABŞ-la Ukrayna probleminin çözülməsi ətrafında əldə edilə biləcək razılıqlar Avropa Birliyini narahat etdiyi kimi, rəsmi Ankaranı da düşündürür. AB məlum problemin həlli ətrafındakı danışıqlardan kənarda qalmamaq və beləliklə Ukrayna
mirasından payını götürmək üçün səylərini gücləndirdiyi kimi rəsmi Ankara da, regional dövlət olaraq özünün təhlükəsizlik maraqlarını, habelə digər maraqları qorumaq, həmçinin Ukrayna mirası ilə bağlı proseslərdə mənfəətini təmin etmək üçün fəal mövqe sərgiləyir.
Rəsmi Ankara artıq bir dəfə münaqişə tərəfləri arasında vasitəçilik edərək sülhün və təhlükəsizliyin təmin olunması üçün mövqe sərgiləmiş, lakin Britaniyanın hadisələrə müdaxiləsi nəticəsində İstanbul danışıqları səmərəsiz qalmışdır.
Türkiyənin dövlət olaraq münaqişə tərəflərinin hər biri ilə qarşılıqlı etimada əsaslanan münasibətləri var və Ankara bundan çıxış edərək bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini vermək istəyir. Qara dənizdə NATO və Rusiya qarşıdurması, Ukraynanın perspektivdə məlum Avropa dövlətləri arasında nüfuz dairələrinə bölünməsi məsələsi, Krım tatarlarının problemlərinə Türkiyə dövləti olaraq mənəvi və humanitar dəstək Ankaranın diqqət mərkəzində olan məsələlərdir.
Rusiya isə Türkiyə ilə enerji təhlükəsizliyi, iqtisadi ticari, kənd təsərrüatı, turizm və s. sahələrdə qarşlılıqlı, faydalı əməkdaşlığa malik tərəfdir və Ukrayna probleminin həlli ətrafında qarşılıqlı maraq doğuran məsələlər ətrafında Ankara ilə razılığa gəlməyə çalışacaq”.

Dəniz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Fevral 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri