Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Tural İsmayılov: Rusiya özünü Qərbin yaratdığı beynəlxalq sistemə alternativ güc mərkəzi və müstəmləkəçilikdən azad olmağa çalışan xalqların tərəfdaşı kimi təqdim etmək istəyir.
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərb ölkələrinin gələcəyi, müstəmləkəçilik siyasətinin nəticələri və Moskvanın Qərblə münasibətləri barədə açıqlamalar verib. O, Rusiyanın Qərb dövlətlərini dağıtmaq niyyətində olmadığını, müstəmləkə güclərinin isə öz-özünə zəiflədiyini bildirib. Şoyqunun bu fikirləri beynəlxalq münasibətlərdə dəyişən güc balansı və Rusiya-Qərb qarşıdurması kontekstində müzakirələrə səbəb olub.
Politoloq Tural İsmayılov Sherg.az-a Şoyqunun açıqlamasını şərh edib:
"Sergey Şoyqunun açıqlaması Rusiyanın Qərblə münasibətlərində formalaşmış siyasi ritorikanın növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Burada diqqət çəkən məqam Moskvanın Qərb dövlətlərinin zəifləməsini xarici müdaxilənin nəticəsi deyil, tarixi və siyasi proseslərin təbii inkişafı kimi təqdim etməsidir. Şoyqu müstəmləkəçilik tarixini, xalqların öz müqəddəratını təyin etmək hüququnu və milli özünüdərkin güclənməsini ön plana çıxararaq Rusiyanın mövqeyini antikolonial ritorika üzərindən əsaslandırmağa çalışır. Əslində, müasir beynəlxalq münasibətlər sistemində Qərbin əvvəlki siyasi və iqtisadi üstünlüyünün müəyyən qədər aşınması müşahidə olunur. Yeni güc mərkəzlərinin meydana çıxması, qlobal Cənub ölkələrinin daha müstəqil xarici siyasət yürütmək istəyi və beynəlxalq institutlara münasibətdə dəyişən yanaşmalar bu prosesin əsas göstəricilərindəndir. Bununla belə, Qərbin zəifləməsi və ya dağılması barədə danışmaq reallığın həddindən artıq sadələşdirilməsi olardı. ABŞ və Avropa dövlətləri hələ də qlobal iqtisadiyyatın, təhlükəsizlik arxitekturasının və beynəlxalq siyasi qərarların mühüm aktorlarıdır".
Analitik bildirib ki, Şoyqunun Polşa və Baltikyanı ölkələrlə bağlı səsləndirdiyi fikirlər isə Rusiyanın təhlükəsizlik narahatlıqlarını və Qərbin siyasi fəaliyyətinə dair şübhələrini əks etdirir:
"Moskva bu ölkələrdəki hərbi və siyasi prosesləri özünə qarşı təzyiq siyasətinin tərkib hissəsi kimi təqdim edir. Digər tərəfdən, həmin dövlətlərin təhlükəsizlik siyasətini Rusiyanın regional davranışları fonunda izah etmək də mümkündür. Bu açıqlamanın əsas siyasi mesajı ondan ibarətdir ki, Rusiya özünü Qərbin yaratdığı beynəlxalq sistemə alternativ güc mərkəzi və müstəmləkəçilikdən azad olmağa çalışan xalqların tərəfdaşı kimi təqdim etmək istəyir. Lakin bu iddianın beynəlxalq səviyyədə nə qədər inandırıcı qəbul edilməsi Rusiyanın öz xarici siyasətinin prinsipləri və praktik davranışları ilə nə dərəcədə uzlaşmasından asılıdır. Müasir dünyada siyasi ritorikadan daha çox dövlətlərin real addımları və beynəlxalq münasibətlərə verdikləri töhfə həlledici əhəmiyyət daşıyır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 Noyabr 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















