Icma.az
close
up
RU
Politoloqdan ŞOK analiz Misir, İsrail və…

Politoloqdan ŞOK analiz Misir, İsrail və…

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

BMT-nin işğal olunmuş Fələstin ərazisində insan haqları üzrə xüsusi məruzəçisi İsrailin işğal olunmuş İordan çayının qərb sahilində artan zorakılığının potensial nəticələri barədə xəbərdarlıq edib.

Tribunainfo.az Mehrnews-a istinadən bildirir ki, Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Francesca Albanesenin sözlərinə görə, İsrailin soyqırımı İordan çayının qərb sahilinə yayıla bilər.

Məsələ ilə bağlı Tribunainfo.az açıqlama verən politoloq Elşən Manafov bildirib ki, İsrail hökuməti faktiki olaraq İranın proiksi qüvvələrinə qarşı apardığı mübarizədə qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib.

Politoloqun sözlərinə görə, Həmas liderləri terror üslubları ilə aradan götürülsə də, Həmasın hərbi strukturları mövcudluğunu qoruyub saxlayıb və mubarizəni davam etdirir.

“İsrailin Həmasla danışıqlara gedəcək, girovları azad etmək üçün qarşı tərəfin şərtlərini qəbul etməsi bir tərəfdən Qəzzada qətliamın dayandırılması ilə bağlı beynəlxalq birliyin tələbi və buna görə İsrailin təzyiq altında qalaraq, geri çəkilməsidirsə, digər tərəfdən İsrailin Həmasın mübarizə ruhunu ram edə bilməməsi, sonu görünməyən müharibədən usanması idi.
İsrail Livanda da Hizbullahla mübarizədən usanaraq danışıqlara getdi və atəşkəs barədə razılığa gəldi. Onun ən böyük uguru isə zamanında ABŞ-la birlikdə yetişdirdiyi İŞİD-in bir qolu sayılan “Həyat ət” təhrirçilərin Dəməşqə girməsi və burada Əsəd rejiminin devrilməsi olub.
Hazırda İsrailin hərbi əməliyyatları İordan çayının qərb sahillərinə keçirməklə bağlı maraqlarına gəlincə, birincisi: İsraildə Netenyahu hökumətinin siyasətindən narazı qalan xalqın diqqətini ölkədaxili problemlərin həllindən yayındırıb ümumi düşmən hədəflərinə yönəltməkdir.

İkincisi: ABŞ-ın və özünün regionla bağlı ekspiinsionist siyasətinin həyata
keçirilməsinə nail olmaqdır.

Üçüncüsü: kürd layihəsinin icrasına dəstək olmaqla PKK-nı möhkəmləndirməkdir.

Dördüncüsü: Anadolunun zəngin su ehtiyatlarına yiyələnməkdir.

Bu məqsədlə İsrail İranın uranın zənginləşdirilməsi istiqamətində apardığı tədqiqatlara Tramp iqtidarının diqqətini yönəltməklə İranı müharibə ilə təhrik etməyə başlayacaq. ABŞ isə Ukrayna savaşının doğurduğu problemləri həll etmədən və Rusiya ilə qarşılıqlı razılaşmalara getmədən İranla münasibətlərin kəskinləşdirilməsindən çəkinəcək. Əvvəla bir müddət əvvəl Moskvada strateji müttəfiqlik barədə imzalanmış Rusiya-İran müqaviləsi İranı təhdid edəcək tərəfi düşündürəcək. Digər tərəfdən ABŞ üçün hazırda prioritet təşkil edəcək region, Amerika qitəsinin özü olacaq. Trampın Kanada, Panama və Qrelandiya ilə bağlı layihələri var.
İsraili düşündürməli olan digər faktor isə Misirin son vaxtlar sərgilədiyi mövqedir. Hazırda Misir Sinay yarımadasında hərbi kontingentinin sayını sürətlə artırmaqdadır. İstisna deyil ki, Misir prezidenti Əs Sisi də son vaxtlar Misir əhalisinin onun hakimiyyətindən olan narazılığından ehtiyat edərək cəmiyyəti ərəb himayəliyi notlarında kökləmək üçün manipulyasiya edir. Lakin İsrailin də Misirlə həmsərhəd bölgələrdə saymazyana hərəkətlərini yəqin Misirdə də dərk edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Yanvar 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri