Icma.az
close
up
RU
Politoloqdan şok iddia: “İsrail Əhməd əş Şaranı devirə bilər”

Politoloqdan şok iddia: “İsrail Əhməd əş Şaranı devirə bilər”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Suriyada hazırda elə bir vəziyyət yaranıb ki, daxildə prosesləri daha da gərginləşdirmək üçün müəyyən addımlar atıla bilər”.

Bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini, politoloq Niyaməddin Orduxanlı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Suriyada 10 ildən artıq davam edən vətəndaş müharibəsi hakimiyyətin məğlubiyyəti ilə başa çatıb:

“Devrilmiş prezident Bəşər Əsəd ölkəsini yerlə-yeksan edib. Milyonlarla insan ölüb, ölkə əhalisinin bir hissəsi qaçqın düşüb, şəhərlər xarabalığa çevrilib. Artıq Suriyada vətəndaş müharibəsi dayansa da, ölkədə faktiki olaraq vəziyyətə nəzarət edə biləcək hökumətin yaranacağına heç bir zəmanət yoxdur.

Nəzərə almaq lazımdır ki, həmişə ən ağır dövr müharibələrdən sonra olur. Çünki müharibədən sonrakı vəziyyəti aradan qaldırmaq və sabitliyi təmin etmək çox çətindir. İndiki vəziyyətdə orada hər kəsin əlində silah var və bütün ölkə dağılmış vəziyyətindədir”.

Ekspert qeyd edib ki, hazırda Suriyada bir çox silahlı qruplaşma var:

“Yəni belə bir vəziyyətdə hansısa hadisələrin baş verməsi gözləniləndir. Üstəlik, bir sıra dövlətlərin də Suriyada marağı var. Əslində həmin maraqlar çərçivəsində adıçəkilən ölkə bu vəziyyətə salınıb. Ümumiyyətlə, ABŞ və bir sıra dövlətlərinin Suriyadakı marağı təmin edilmədiyi üçün orada vətəndaş müharibəsi başladı. Bəşər Əsəd həmin qüvvələrin iqtisadi, neft və enerji maraqlarını təmin etmiş olsaydı, müharibə başlamayacaqdı.

Guya ABŞ Suriyada, Əfqanıstanda, İraqda, Liviyada hansı demokratiyanı təmin edir ki? Onlara sadəcə həmin ölkələrin nefti, qazı, qızılı lazımdır. Necə ki, 3 ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsindən sonra Donald Tramp gəlib Ukraynanın təbii sərvətlərini istədi”.

Politoloq son zamanlarda İsrail və Suriya arasında yaşanan gərginlik barədə də danışıb. 

Onun sözlərinə görə, İsrail Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaranı devirə bilər:

“Nəzərə almaq lazımdır ki, İsrailin arxasında dayanan ölkə də məhz ABŞ-dir. Əslində, ABŞ təhdidlərini İsrailin dili ilə Əhməd əş-Şaraya çatdırır. Rəsmi Vaşinqton bununla həm də Türkiyə və Şaranı dəstəkləyən qüvvələrə mesaj verməyə çalışır.

ABŞ bir növ maraqları təmin olmayacağı təqdirdə, Şaranı devrilə biləcəyini deyir. Onun bu il içərisində də devrilməsi mümkündür. Hətta bu, bir ay içərisində də baş verə bilər. Həmçinin, Şara devrilməsi də, ona sui-qəsd olma ehtimalı da var. Bunu öz ətrafındakı adamlar belə edə bilər. Çünki onun qarşısında ABŞ və İsrailin xüsusi xidmət orqanları dayanır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri