Icma.az
close
up
RU
İsrail Fələstinlə bağlı Vaşinqtonun mövqeyini gözləyir Politoloqdan AÇIQLAMA

İsrail Fələstinlə bağlı Vaşinqtonun mövqeyini gözləyir Politoloqdan AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin xarici işlər naziri Gideon Saar Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib. Saar Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında Fələstin dövləti ilə bağlı planın nədən ibarət olduğu ilə bağlı suala "o dövlət mövcud olmayacaq" cavabını verib.

Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, belə bir gedişatın olacağı əvvəlcədən bəlli idi.

"Netanyahu uzun müddətdir Fələstin dövlətinin mövcudluğunu tanımır və dolayı yollarla da bunu açıq şəkildə bildirirdi. Bəzən Fələstini İordaniya adlandırır, bəzən də fələstinlilərin köçürülməsindən danışırdı. Xüsusilə onun müttəfiqləri olan sağ partiyalar ümumiyyətlə fələstinlilərin İsrail ərazisindən və öz torpaqlarından qovulmasını, dövlətin tamamilə ləğvini tələb edirdilər. Netanyahunun son addımları da bu siyasətin davam etdiriləcəyini göstərir. Qəzza zolağından əhalinin köçürülməsi, orada insanların qalmaması və həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması planlaşdırılır. Hazırda 1 milyona yaxın insanın yaşadığı İordaniyanın qərb sahillərində yeni yaşayış məntəqələri inşa olunur və onların genişləndirilməsi davam edir. İsrail eyni zamanda bu ərazini ilhaq edəcəyini açıqlayıb. Faktiki olaraq Fələstin torpaqları ilhaq edilərsə, müstəqilliyi tanınmayacaq. Bununla bağlı İsrail tərəfdən ABŞ-nin dəstəyinə ümid edilir və Vaşinqtonun mövqeyi gözlənilir".

Politoloq qeyd etdi ki, bir çox məsələlərdə ABŞ Prezidenti Donald Tramp İsraillə eyni mövqedən çıxış edib amma bu məsələdə Tramp səssiz qalıb.

"Məsələn, paytaxtın Qüdsə köçürülməsi Trampın razılaşdığı məsələlərdəndir. Lakin Fələstinin tamamilə ləğvi Tramp üçün daha mürəkkəb məsələdir. Çünki bu addım ABŞ-də demokratların, insan haqları müdafiəçilərinin, Avropa İttifaqının bəzi üzvlərinin, beynəlxalq ictimaiyyətin, eləcə də Fələstini dəstəkləyən Rusiya, Çin, İran və ərəb ölkələrinin ciddi etirazına səbəb ola bilər. Belə bir vəziyyət böyük ajiotaj yarada bilər. Hazırda İsrail hökuməti və Netanyahu administrasiyası ağır tənqidlərə məruz qalır və ciddi təzyiq altındadır. Fələstin dövlətinin ləğvi məsələsi isə gündəmdə daha çox yer almağa başlayır. Fələstin məsələsi həm Netanyahunun seçicilərinə, həm də ultra-sağ, radikal siyasi tərəfdaşlarına verdiyi vəddir. Digər tərəfdən, Netanyahu öz siyasi hakimiyyətini uzatmaq məqsədilə də bu addımları atır. Çünki hakimiyyətdən uzaqlaşdırılacağı halda onun barəsində cinayət işinin açılması ehtimalı var. Məhz bu səbəbdən Netanyahu bu istiqamətdə qətiyyətli addımlar atır", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri