Icma.az
close
up
RU
Polkovnik Ermənistandakı Rusiya qoşunlarının hara aparıldığını AÇIQLADI

Polkovnik Ermənistandakı Rusiya qoşunlarının hara aparıldığını AÇIQLADI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ermənistanda Rusiya ordusunun hərəkəti qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiya hərbi texnikasının ölkə daxilində irəlilədiyi görünür.

Ermənistan ərazisində Rusiya qoşunlarının hərəkəti nə ilə bağlıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, qaydaya əsasən, hər hansısa bir ölkənin qoşun birləşməsi digər ölkənin ərazisindədirsə, onların birbaşa vəzifə borcudur ki, yerləşdiyi ölkənin rəhbərliyinə və müvafiq dövlət strukturlarına məlumat versinlər ki, onlar təlimə çıxacaqlar və ya harasa yerdəyişmə həyata keçirəcəklər:

"Ötən gündən bütün mətbuat "Bez Tormozov" internet kanalının görüntülərini yayır. Burada Ermənistanın çox sakit reaksiyası var. Nə Paşinyan, nə Müdafiə Nazirliyi və digərləri hər hansısa narahatçılıq dilə gətirmirlərsə, deməli, Rusiya hərbi texnikasının Ermənistan ərazisində yer dəyişməsi ilə bağlı Ermənistan məlumatlandırılıb. Rusiya elə bir dövlətdir ki, mətbuata məlumat vermir. Ermənistan da yəqin ki, Rusiya ilə razılaşıb ki, rəsmi açıqlama niyə verilmir. Amma Rusiya Silahlı Qüvvələrinin Gömrükdəki 102-ci bazasının özbaşına Ermənistan ərazisinə rahat şəkildə çıxıb fəaliyyət göstərməsi mümkünsüzdür".

Polkovnik qeyd etdi ki, əgər Ermənistan bu günə qədər hər hansısa məlumat açıqlamayıbsa, deməli, Rusiya tərəfi Ermənistanın razılığını alıb.

"Qoşunları hara aparırlar, bu haqda məndə olan son məlumata əsasən, qoşunun bir hissəsi təcili şəkildə Kurska göndərilir. Kurskda son günlər Rusiya ordusunun bəzi uğurları var. Həmin texnikanın müəyyən hissəsi böyük ehtimal keçirilən əməliyyatın başa çatdırılması üçün aparılacaq. Rusiya Müdafiə Nazirliyi çox impulsiv qərarlar qəbul edir. Bildiyim qədərilə, texnika Rusiya ordusunun Kursk ərazisindəki əməliyyatlarına dəstək üçün 102-ci bazadan çıxarılıb.

Rusiyanın Ukraynaya təcavüzü zamanı 102-ci bazadan xeyli sayda texnika və şəxsi heyət aparılmışdı. "Rusiya Ermənistanı cəzalandırır", "İrəvan Moskvanın əsəbləri ilə oynayır, regiondakı fəaliyyət narahatlıq doğurur" kimi fikirlər boşdur. Ermənistan tam şəkildə vəziyyətə nəzarət edir. Səsləndirdiyin fikirlər izlədiyim "Telegram", "YouTube" kanallarına əsaslanır. İzləmişəm ki, Kurskdakı uğurun davamını gətirmək üçün yeni istirahət etmiş qüvvə lazımdır. 102-ci bazadan qoşunlar çıxarılıb ora yönləndirilir. Sonuncu məlumat budur", - deyə hərbi ekspert bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Mart 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri