Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Polkovnik Raqif İsrayılov: Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq

Polkovnik Raqif İsrayılov: Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Bu gün gənclərimizin Vətən ruhu, vətənpərvərlik hissi yüksəkdir. Son döyüşlərdən, böyük Zəfərimizdən sonra xalqımızın nəyə qadir olduğunu gördük. Biz hamımız Vətənimizi, Himnimizi və Bayrağımızı sevməliyik. Əgər sevməsək, torpaqlarımızı qoruya bilmərik".

Bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzetinin birgə reallaşdırdığı "Məktəbdə" layihəsinin qonağı - Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Raqif İsrayılov Binəqədi rayonundakı 205 saylı məktəbdə qonaq olarkən şagirdlərlə görüşündə deyib.

O, 8 Noyabr - Zəfər günü ərəfəsində keçirilən görüşdə məktəblilər üçün yaxın hərb tariximizi vərəqləyib.

Uşaqlıqdan hərbçi olmaq istəyib

R.İsrayılov özü haqqında məlumat verərək bildirib ki, uşaqlıqdan hərbçi olmaq istəyib:

"Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olmuşam. Ata-anamı uşaq vaxtı itirmişəm. Hərb işinə də uşaqlıqdan həvəsim olub. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollandım. Ancaq hərb işinə sevgim dəyişmədi. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin xüsusi fakültəsinə daxil oldum. 1997-ci il iyulun 17-də həmin məktəbi taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirdim. Həmin ildən başlayaraq hərbi hissədə müxtəlif vəzifələrdə işlədim. 1999-cu il fevralın 1-də minaların çıxarılması zamanı partlayış nəticəsində yaralandım. Həkimlər sağalacağıma, gözlərimin açılacağına möcüzə kimi baxırdı. Amma sağaldım. Daha sonra briqadanın mühəndis xidmət rəisi oldum. 2001-ci il noyabrın 5-də hərbi hissənin ön mövqeyində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində ikinci dəfə yaralandım".

12 ildən çox cəbhə bölgəsində

"Hərbi xidmətimin 12 ildən artıq hissəsi cəbhə bölgəsində keçib. Müharibə başlamamışdan qabaq döyüş ərazisində olmuşam", - deyə polkovnik davam etib:

"Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində hücum edən qoşunların mühəndis təminatının təşkilinə, Həkəri çayı üzərində partladılmış körpülərin ətrafının maneələrdən təmizlənməsinə, hərbi körpülərin hazırlanmasına rəhbərlik etdim". R.İsrayılov düşmən tərəfindən partlayışa hazırlanmış 2 körpünün elektrik partlayış xəttini kəsərək xain planın qarşısını alıb: "Zəfər yolunun təməlini biz qoymuşuq. Şuşa şəhərinin işğaldan azad edilməsi üçün düşmən artilleriyasının atəşləri altında keçilməz dağlıq və sıx meşəlik ərazilərdən Böyük Tağlar (Meştağlar) - Çanaqçı - Sığnaq yolunun qısa müddətdə çəkilməsinə və qoşunların həmin yoldan keçirilməsinə rəhbərlik etmişəm. Kəlbəcər rayonunun işğaldan azad edilməsi və qoşunların maneəsiz hərəkətini təmin etmək üçün sərt dağlıq və qarlı ərazilərdə Ömər aşırımından keçməklə düşmən tərəfindən minalanmış və dağıdılmış mövcud yolun bir hissəsinin mina və digər maneələrdən təmizlənərək bərpası və yeni yolun çəkilməsinə rəhbərlik etmişəm".

R.İsrayılov, həmçinin Laçın rayonunun işğaldan azad edilməsi və partladılmış körpülərin ətrafının minalardan təmizlənərək keçidlərin hazırlanması işinə rəhbərlik edib: "Yolu çəkərkən, körpülər qurarkən şəhid olan dostlarımız oldu. Biz düşmənin artilleriya atəşi altında iş görürdük. Əgər yolu çəkməsəydik, qoşunlarımız həmin ərazilərə daxil ola bilməyəcəkdi. Əsgərlərimiz 18-20 dərəcə şaxtada iş görürdülər".

R.İsrayılov 2021-ci il sentyabrın 15-də ehtiyata buraxılıb. Fevralın 11-dən etibarən Azərbaycan Ordusu Təlim Tədris Mərkəzində baş müəllim kimi fəaliyyət göstərir.

Qalibiyyətə gedən yol

Auditoriyadan ünvanlanan: "Vətən Müharibəsi Qəhrəmanı" şagird auditoriyasında özünü necə hiss edir?" sualına qonaq maraqlı cavab verib: "Biz hamımız bu partanın arxasından çıxmışıq. Bu siniflər bizim üçün müqəddəsdir. Döyüş yolu keçən bir insan kimi tədbirlərə dəvət alıram. Hər dəfə məktəbə gələndə özümü şagird kimi hiss edirəm".

"Bizim nəsil müharibəni filmlərdə görüb. Siz o dəhşətli hadisələri yaşayan insan kimi hansı hissləri keçirmisiniz?" sualına cavabında müharibə veteranı deyib ki, heç kəs müharibə olmasını istəməz: "Orada həlak olanlar kiminsə övladı, kiminsə atası, kiminsə qardaşıdır. Qalib gəlsək də, müharibədə itkilər olur. Müharibə hər bir insanın həyatında iz buraxır. Onun təsirindən çıxmaq çətin olur. Elə qazilərimiz var ki, psixoloji durumları yerində deyil. Gözlərini yumurlar, gözlərinin qabağına həlak olan dostları gəlir. Mənim nə qədər şəhid olan dostum var. Heç kəs bilmir ki, müharibədə nə olacaq. Heç kəs bilmir şəhidliyə, ya qaziliyə doğru gedir. Hər kəs bilirdi ki, qalibiyyətə doğru gedir..."

Qalib gəlmək istəyirsənsə...

"30 ildən sonra işğaldan azad edilən torpaqlarımıza qovuşduq. Siz o torpaqlara ayaq basan ilk insanlardansınız. Həmin an yaşadığınız hisslər maraqlıdır..." - deyə məktəblilərdən biri soruşub. Cavabında R.İsrayılov o torpaqlara ayaq basanda sevincdən ağladıqlarını bildirib:

"30 il ərzində düşmən güclü istehkamlar qurmuşdu. Onlar elə bilirdilər ki, Azərbaycan Ordusu o sədləri yarıb keçə bilməyəcək. Aprel döyüşlərindən sonra biz hazırlıqlarımızı artırmağa başladıq. Əmrin nə zaman gələcəyini bilmirdik. Amma biz müharibəyə həmişə hazır olmuşuq. Müharibə istəmirsənsə, qalib gəlmək istəyirsənsə, daim müharibəyə hazır olmalısan. Biz düşmənin bütün fəaliyyətini analiz etmişdik. Bilirdik ki, şəhid ola, yaralana, hətta itkin düşə bilərik, amma torpaqlarımızın azad olmasını istəyirdik və bu amal uğrunda döyüşürdük".

Vahid komandanlıq, xalqla ordunun birliyi

Polkovnikin "Sizin üçün Zəfərin anlamı nədir?" sualına cavabı da maraqlı olub:

"Bu gün sinəsində orden və medal daşıyan oğullarımız müharibəyə gedib sağ qayıdacaqlarını bilmirdilər. Bizim bir məqsədimiz var idi: torpaqlarımızı işğaldan azad etmək. Zəfər xəbərini eşitmək bizim üçün sevindirici idi. Düşmən heç bir şərt qoymadan kapitulyasiya aktına imza atdı. 44 günlük müharibədən sonra bir günlük antiterror tədbirləri baş verdi. Biz bu əməliyyatdan sonra torpaqlarımızın bütövlüyündən danışa bildik. Vahid komandanlıq, xalqla Ordunun birliyi, Ali Baş Komandanın iradəsi bizi bu böyük qalibiyyətə apardı".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Noyabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri