Icma.az
close
up
RU
Aprel döyüşlərindən 10 İL ÖTÜR

Aprel döyüşlərindən 10 İL ÖTÜR

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Ordusunun tarixi qələbələrindən biri olan Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunur.

Adalet.az xatırladır ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli və uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edildi. Bununla yanaşı, minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi.

Dördgünlük döyüşlər nəticəsində Azərbaycan xalqı 23 ildən sonra yenidən qələbə sevincini yaşadı. Əməliyyatın əsas məqsədi düşmənin təmas xəttinə yaxın yaşayış məntəqələrinə yaratdığı təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin mart ayından etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini intensiv atəşə tutmağa başlamışdı. Aprelin 2-nə keçən gecə düşmən həm ordumuzun mövqelərini, həm də mülki əhalini atəşə məruz qoydu. Buna cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri qəti tədbirlər gördü, düşmənin müdafiə xətti yarıldı və Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası darmadağın edildi.

Aprel döyüşlərində ən şiddətli toqquşmalar Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqamətlərində baş verdi. Azərbaycan Ordusunun bölmələri qısa müddət ərzində düşmənin cəbhə xəttində və dərinlikdə yerləşən qüvvələrini müəyyənləşdirərək qətiyyətli zərbələrlə onları məhv etdi. Əməliyyat nəticəsində Naftalan şəhərinə təhlükə yaradan Talış kəndi istiqamətindəki yüksəkliklər düşməndən təmizləndi. Həmçinin Füzuli rayonu istiqamətində yerləşən və strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyi azad olundu. Bu qələbə Horadiz şəhərinin müdafiəsini daha da möhkəmləndirdi.

Azərbaycan Ordusunun güclü əks-həmləsi nəticəsində düşmənin 30-a yaxın tankı, 25-dən çox artilleriya qurğusu və digər hərbi texnikası məhv edildi. 320 düşmən hərbçisi öldürüldü, 500-dən çoxu yaralandı. Ağdərə-Suqovuşan istiqamətində yolların tam nəzarətə götürülməsi təmin edildi.

Aprel döyüşləri ilə illərlə formalaşdırılan "məğlubedilməz erməni ordusu" mifi darmadağın edildi və erməni cəmiyyəti işğalçılıq siyasətinin iflasa uğradığını anladı. Bu tarixi qələbə Azərbaycan əsgərinin döyüş ruhunu, xalq və ordu birliyini nümayiş etdirdi.

Döyüşlərdən sonra Ermənistanın işğalçılıq siyasəti növbəti dəfə danılmaz faktlarla sübut olundu. Belə ki, məhv edilən hərbçilərin böyük hissəsinin Ermənistan vətəndaşı olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması və yaralıların Ermənistanın xəstəxanalarında müalicə alması bu faktı açıq şəkildə ortaya qoyurdu. Ermənistan hökuməti işğal altında saxladığı ərazilərə könüllü adı altında yeni qüvvələr göndərərək itkilərini bərpa etməyə çalışırdı.

Düşmən təxribatları nəticəsində mülki əhali arasında da itkilər oldu, yaşayış məntəqələrimizə ciddi ziyan dəydi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq, düşmən təxribatlarının qarşısını almaq və dinc əhaliyə hücumları dəf etmək uğrunda göstərdikləri qəhrəmanlıq və şücaətə görə Azərbaycan hərbçilərinin bir qismi 2016-cı il aprelin 19-da ölkə rəhbərliyi tərəfindən yüksək fəxri adlara layiq görüldü, orden və medallarla təltif edildi.

Döyüşlərdə fərqlənən igidlər arasında "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenlərinə, eləcə də "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülənlər var.

Uğurlu Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və qətiyyətini bütün dünyaya göstərdi. Bu zəfərin məntiqi davamı kimi, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan tam azad etdi və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Aprel 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see239

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see212

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see211

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see210

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see209

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see203

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see203

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see188

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see184

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see183

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see182

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see180

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see178

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see176

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see174

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see169

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see168

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri