Polşa lideri prezident seçkilərinin nəticələrinin təsdiqi üçün yeni proseduru bloklayıb
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşa Prezidenti Anjey Duda seçkilərin nəticələrinin Ali Məhkəmə tərəfindən təsdiq edilməsinin yeni proseduru haqqında qanun layihəsini imzalamayıb.
Bu barədə Polşa liderinin ofisinin rəhbəri Malqojata Paprotskaya jurnalistlərə bildirib.
"Prezident bu qanun layihəsinə veto qoymaq qərarına gəlib. Prezidentin qərarının əsas səbəbi hakim təyinatlarının toxunulmazlığı məsələsi olub. Yeni qanun təyin edilmiş hakimlərin səlahiyyətlərini ləğv edəcəkdi”, - Duda administrasiyasının nümayəndəsi söyləyib.
Xatırladaq ki, seçkilərin nəticələrini təsdiq edən Ali Məhkəmə hakimlərinin tərkibinin dəyişdirilməsi təşəbbüsü yanvarın sonunda parlament tərəfindən təsdiqlənib. Qanun layihəsində belə hakimlərin Ali Məhkəmənin ən təcrübəli 15 hakimi arasından seçilməsi təklif edilirdi. "Ali Məhkəmə haqqında” qüvvədə olan qanuna görə, seçkilərin nəticələrinin təsdiqi Fövqəladə Hallar və Dövlət İşləri Palatasının səlahiyyətindədir. Hakim koalisiya bu qurumun legitimliyinə şübhə ilə yanaşır.
///Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Mart 2025 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















