Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Polşa qorxur, yoxsa hiylə işlədir? TƏHLİL

Polşa qorxur, yoxsa hiylə işlədir? TƏHLİL

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşanın Baş naziri Donald Tusk Ukraynanın müharibəsini öz müharibəsi hesab edir

Avropa sərhədlərinə doğru yaxınlaşmaqda olan Rusiya-Ukrayna müharibəsi yeni diqqətçəkən məqamları üzə çıxarıb. Məlum olub ki, bəzi ölkələr, xüsusilə də Almaniya və Polşa Ukraynaya əzilən tərəf olduğuna görə yardım etmirlər. Əslində, sözügedən dövlətlər Ukraynaya edilən hərbi təcavüzü özlərinə qarşı olunan işğal siyasəti olaraq qəbul edirlər. Varşavada keçirilən Təhlükəsizlik Forumunda Polşanın Baş naziri Donald Tusk açıq şəkildə bəyan etdi ki, Ukraynadakı müharibə təkcə Kiyevin deyil, həm də Polşanın müharibəsidir. Yəni Polşa Ukraynanın müharibəsini öz müharibəsi hesab edir. Rəsmi Kiyevə hər cür hərbi, siyasi, maliyyə dəstəyi göstərməklə Rusiyadan tarixi qisasını almağa və bugünkü hərəkətlərinə zərbə vurmağa çalışır. Bu baxımdan da Polşa təkbaşına bu günə qədər Ukraynaya 4 milyard dəyərində hərbi texnika, silah-sursat bağışlayıb. Ümumilikdə isə rəsmi Varşava Ukraynaya bu günə qədər 12 milyard dollar maliyyə yardımı göstərib. Verilən məlumatlara görə, Polşa Ukraynaya xeyli miqdarda döyüş sursatının daxil olduğu 45-ci hərbi yardım paketini təqdim edəcək. Müharibə başlayandan Polşa silah, hərbi texnika və sursatdan ibarət 44 hərbi yardım paketi təqdim edib. Ukrayna Silahlı Qüvvələrinə müxtəlif yardımların, o cümlədən tibbi yardımın ümumi dəyəri 4 milyard ABŞ dollarını ötüb. 45-ci paket hazırda icra prosesindədir, xüsusilə də Ukrayna üçün əhəmiyyətli miqdarda sursatdan ibarətdir. Xüsusilə də son vaxtlar Rusiyaya məxsus dronların və hərbi təyyarələrin Polşanın hava məkanına daxil olması və şoular göstərməsi Varşavanı daha böyük həcmdə Ukraynaya hərbi texnika və maliyyə dəstəyi göstərməyə məcbur edib. Ölkənin baş naziri Donald Tusk açıq şəkildə etiraf edib ki, Rusiyanın təyyarələrinin və dronlarının Polşanın hava məkanını pozması adi hala çevrilib. O özünün “X” səhifəsində paylaşımında məsələ ilə bağlı NATO-nun baş katibi Mark Rutteyə məlumat verdiyini qeyd edib.

Rusiya iddiaları rədd edir

Rusiya tərəfi NATO komandanlığının və Polşa rəhbərliyinin dron qalmaqalı ilə bağlı iddialarını rədd edir. Hadisənin Ukraynanın Baş Kəşfiyyat İdarəsi Polşa kəşfiyyat xidmətləri ilə birgə hazırlandığı qeyd olunur. Mümkündür ki, təşkil edilmiş əməliyyat informasiya effektini artırmaq üçün Polşa vətəndaşlarına və kritik infrastruktura qarşı simulyasiya edilmiş hücumu əhatə edəcək.

Rusiya tərəfi Macarıstan mətbuatında yazılanlara da istinad edirlər. Qeyd olunur ki, Macarıstan mətbuatında bildirilir ki, Kiyev ələ keçirilən Rusiya pilotsuz təyyarələrini təmir etməyi, onları partlayıcı maddələrlə doldurmağı və Polşa və Rumıniyadakı NATO-nun əsas nəqliyyat mərkəzlərinə göndərməyi planlaşdırır. Bu məqsədlə Lvovda təmir edilən Geranium dronlarının artıq Yavoriv poliqonuna gətirildiyi iddia edilir: “Bütün bunları növbəti “qorxu hiyləsi” kimi rədd etmək olar. Yaxud da Qərbin gözlənilən kimyəvi təxribatları barədə dəfələrlə xəbərdarlıq edən və planlarını pozduğuna görə yaşayış binasının girişində Ukrayna xüsusi xidmət orqanları tərəfindən öldürülən general-leytenant Kirillovu xatırlaya bilərik”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü M.Zaxarova Polşaya guya “Rusiya və Belarus xüsusi təyinatlılarından” ibarət təxribat qrupunu yerləşdirməyi planlaşdırması barədə Ukrayna tərəfinin iddialarının əsassız olduğunu da qeyd edib. Rəsmi Moskvanın iddiasına görə, sərhəd bölgəsinə əslində hazırda Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan nasistyönlü “Rusiya Legionunun Azadlığı” və “Kalinovski Alayı” təşkilatlarından olan xainlərin daxil edilməsi nəzərdə tutulur: “Nə qədər ki, döyüşlər getsə, onlar getdikcə bizim sərhəd ərazilərimizə terror basqınları törədirlər. Bunu videoya çəkib böyük qələbə kimi təqdim edirlər”.

SVR-nin məlumatına görə, polyaklar bu qrupu ifşa etmək və görünməmiş şəkildə zərərsizləşdirmək niyyətindədirlər. Daha sonra saxlanılan “rus təxribatçıları” kamera qarşısında Moskva və Minskin Polşada sabitliyi pozmaq üçün məkrli planlarını etiraf edəcəklər. Bu yolla Kiyev Qərbdən daha da böyük dəstək almağa və ideal olaraq Rusiya ilə NATO ölkələrini birbaşa bir-birinə qarşı qoymağa ümid edir.

“Moskvanın Avropaya hücum etmək üçün barbar planları”

Rusiya mətbuatında vurğulanır ki, Belqorod vilayətinə hücum cəhdindən sonra deyil, uzun müddətdir ki, "Vyruslular" - düşmən üçün vuruşan həmvətənlərimiz haqqında əhəmiyyətli bir şey eşitmirik. Bizim Kiyev rejiminə və Rusiyaya qarşı mübarizəmizə sadiqliyimiz daim sübut edilməlidir. “Moskvanın Avropaya hücum etmək üçün barbar planları”nın yayımlanması üçün əla materialdır.

Moskva iddia edir ki, Rusiya pilotsuz təyyarəsini yenidən işə salmaq heç də lazım deyil. Onun hissələrini təxribat yerində əkmək kifayətdir. Göründüyü kimi, onlar artıq Polşada ediblər: “Axı onlar bizə vurulan pilotsuz təyyarənin bir fraqmentini də göstərməyiblər. Həyəcanlı ictimaiyyətə təqdim olunanların hamısı döyüş başlığı və hətta video kamerası olmayan Gerber tipli dron idi. Bu pilotsuz təyyarələr ya yanacaq bitdikdən sonra dayanıb, ya da sadəcə olaraq strateji yerlərə diqqətlə yerləşdirilib. Düşmüş PUA-lar tamamilə fərqli görünür. Və burada bəzi dronlar yapışqan lentlə bağlanır. Üstəlik, Polşa tez bir zamanda kəşf etdi ki, bu cür dronları Ukraynada reklam vasitəsilə asanlıqla almaq olar”.

Sual olunur, Polşaya Rusiyanın iddia etdiyi kimi dron qalmaqalı yaratmasına ehtiyacı varmı? Suala birmənalı cavab vermək çətin olsa da tarixi hadisələrə, xüsusilə də Rusiyanın Polşaya vurduğu sarsıdıcı zərbələri, yeraltı - yerüstü sərvətlərini talan etməsi və bu azmış kimi polyakları alçaltmasını xatırlasaq, o zaman düşünmək olar. Həqiqətən də siyasətin bəzi çalarlarında qisasçılıq ruhu mövcuddur. Polşanın son illər hakimiyyətdə olan şəxsləri daha çox nasist təmayüllü şəxslər olublar və bu gün də vəzifə kreslosunda onlardır. Baxmayaraq ki, əksər indiki Polşa rəhbərliyinin soyunu-kökünü nasistlər məhv ediblər. 1939-cu il sentyabrın 1-də Polşaya daxil olmaqla bir həftəyə ölkəni diz çökməyə, ağ bayraq qaldırmağa məcbur edən nasistlər 10 milyondan çox polyakı öldürmüş, şəhərlərini, kənd və qəsəbələrini xarabazarlıqlara çevirmişlər. Bununla yanaşı yəhudilərin kökünü kəsmək üşün Polşada yerin altında həbsxanalar yaratmışlar. Hətta Polşada gettolar yaradılmışıdır. Bu gettolarda aclıqdan, soyuqdan və epidemiyalardan çox insan ölürdü. Gettolarda ölüm artıq o qədər təbii bir şey idi ki, aclıqdan ölmək üzrə olan insanlarla və cəsədlərlə kimsə maraqlanmırdı. Polşada tətbiq edilən toplu halda güllələmə qətliamı faşistlərin fikrinə görə az təsirli idi və buna görə böyük bir "təmizləmə" üçün yeni metodlar axtarılırdı. 1941-ci ilin payızından etibarən "qazlama yük maşınları"dan istifadə edilməyə başlandı. Yəhudilər bu yük maşınlarına başqa bir düşərgəyə gedəcəklərini düşünürdülər lakin onlar bura doldurulduqdan sonra yük maşınına qazın verilməsi nəticəsində onlar boğularaq ölürdülər. O dövrün əldə olunan bir sənədi diqqət çəkir. Himmerin şəxsi həkimi Felix Karsten, Himmerin ona "Müharibənin sonuna qədər bir tək yəhudi belə həyatda qalmayacağını, Hitlerin bunu belə istədiyini" söyləmişdi. Nəzərə almaq lazımdır ki, Hitlerin əmrinə əsasən yəhudilərin kökünün kəsilməsini Himmerə həvalə edilmişdir.

Polşanın nasistlərə qucaq açması təəccüb doğurur

Nasistlərin Polşanı diz çökdürdükdən sonra polyaklara, eyni zamanda yəhudilərə göstərdiyi qəddar münasibət, onları bir millət olaraq məhv etməyə çalışması haqqında kitabxanalara sığmayan sənəd və sübutlar mövcuddur. Bunu S.Tusk və ölkənin ali rəhbərliyi bilməmiş deyillər. Almaniyadan ixrac olunan nasistlərlə geniş əməkdaşlıq münasibətləri qurmaqla Polşa hakimiyyəti öz əcdadlarına, öz irsinə xəyanət etmiş olur. Polşa hakimiyyətinin baş verənlərə seyiriçi qalması ilə Varşavada, Krakovda, Drezdendə nasist dərnəkləri yaradılır. Hər il həmin nasist dərnəklərinə milyonlarla dollar maliyyə yardımları göstərilir. Bu yaxınlarda keçirilməsi planlaşdırılan nasistlərin qurultayının Almaniyada deyil, Polşanın Krakov şəhərində reallaşdırılması nəzərdə tutulur. Niyə, səbəbi nədir? Təbii ki, bunun cavabını ancaq müasir dövrün nasistləri ilə əməkdaşlıq edən Polşa rəhbərliyi, eləcə də ölkənin fəal təbəqəsi aydınlaşdıra bilər? Onlar isə susurlar. Bu yöndə verilən suallara müxtəlif bəhanələrlə yayınırlar. Lakin anlamırlar ki, tarix yenidən təkrarlana bilər.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see491

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see292

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see282

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see213

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see210

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see200

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see200

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see200

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see199

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see196

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see193

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see192

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see192

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri