Icma.az
close
up
RU
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur TƏHLİL

Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur TƏHLİL

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ərdoğanla Qərb arasındakı gərginlik çox vaxt demokratiya və insan haqları dili ilə izah edilir, amma bu, məsələnin yalnız üz qabığıdır. Əsl problem ondan ibarətdir ki, Türkiyə artıq itaət edən periferik aktor rolundan çıxıb və Qərbin diktə etdiyi normativ çərçivəni qəbul etməyən yeni bir dövlət modeli ortaya qoyub.

Ərdoğanla Qərb arasındakı qarşıdurmanı hələ də Türkiyədə keçirilmiş son prezident seçkisinin emosional fonu ilə izah etməyə çalışanlar var. Guya problem seçki öncəsi ritorika idi və nəticələr elan olunduqdan sonra gərginlik azalacaqdı. Bu, reallıqdan qaçmaqdır. Prezident seçkisi ərəfəsində Qərb-Ərdoğan münasibətləri necə idisə, bu gün də mahiyyət etibarilə eynidir. Üslub dəyişə bilər, diplomatik dil yumşala bilər, amma strateji narahatlıq olduğu kimi qalır. Çünki məsələ nə bir seçkidir, nə də bir siyasi mərhələ. Məsələ Türkiyənin hansı yola çıxdığıdır.

Qərb mediası iddia edir ki, onun Türkiyə ilə problemi demokratiya, insan haqları və institutlardır. Amma bu iddia artıq inandırıcılığını itirib. Çünki eyni Qərb daha ağır, daha sərt, daha qəddar avtoritar rejimlərlə problemsiz işləyir, onlarla iqtisadi və təhlükəsizlik tərəfdaşlığı qurur və hətta onları sabitlik amili kimi təqdim edir. Deməli, problem avtoritarlıq deyil. Problem Ərdoğandır. Daha dəqiq desək, Ərdoğanın təmsil etdiyi Türkiyə modelidir. Bu yazı bir sualın cavabını axtarır: niyə Qərb Ərdoğanın getməsini bu qədər israrla arzulayır və niyə CHP-ni Türkiyə üçün normal gələcək kimi təqdim edir. Cavab siyasətdə deyil. Cavab sivilizasion müstəvidədir.

Qərb mediasının dili diqqətlə oxunanda ortaq bir çərçivə açıq görünür. Türkiyə “yoldan çıxıb”. Yəni Qərbin çəkdiyi trayektoriyadan kənara çıxıb. Bunu ən açıq şəkildə The Economist yazır: “Turkey under Erdogan has drifted far from Western norms.” (“Ərdoğan dövründə Türkiyə Qərb normalarından xeyli uzaqlaşıb.”)

Buradakı açar anlayış “Western norms”dur. Ölçü Türkiyənin milli maraqları, təhlükəsizlik ehtiyacları və tarixi iddiaları deyil. Ölçü Qərbin normativ rahatlığıdır. Eyni nəşr Ərdoğan hakimiyyətini belə xarakterizə edir: “Erdogan has turned Turkey into a personalist regime.” (“Ərdoğan Türkiyəni şəxsi idarə olunan rejimə çevirib.”) Bu cümlədə problem sistem deyil, liderin özüdür. Mesaj sadədir: lider getsə, problem də bitəcək.

Financial Times Türkiyəni tez-tez “awkward ally” adlandırır. (“Narahat, uyğunsuz müttəfiq.” ) Diplomatik dildə bu, əmrləri avtomatik yerinə yetirməyən, xəttə oturmayan, öz marağına görə qərar verən aktor deməkdir. Eyni qəzet daha da irəli gedir və yazır: “Western capitals are preparing for a post-Erdogan Turkey.” (“Qərb paytaxtları artıq Ərdoğandan sonrakı Türkiyəyə hazırlaşır.”) Bu artıq analiz deyil. Bu, seçkini, xalq iradəsini və suverenliyi kənara qoyan siyasi arzu formasıdır. Sual “seçki necə olacaq?” deyil. Sual “Ərdoğandan sonra nə edəcəyik?”dir.

Ərdoğan dövründə Türkiyə NATO üzvü olaraq qalır, amma avtomatik itaət etmir. Rusiya ilə rəqibdir, amma dialoqu kəsmir. ABŞ-la açıq mübahisə edir, amma körpüləri yandırmır. Özünü Qərbin ucqarı kimi yox, müstəqil güc mərkəzi kimi aparır. Məhz bu davranış Qərb üçün qəbuledilməzdir. Le Monde bunu açıq şəkildə etiraf edir: “Erdogan embodies Turkey’s refusal to be a subordinate power.” (“Ərdoğan Türkiyənin tabe güc olmağı rədd etməsini təcəssüm etdirir.”)  Bu cümlə hər şeyi izah edir. Problem demokratiya deyil. Problem itaətsizlikdir. Bu, siyasi problem yox, sivilizasion üsyandır.

Burada mühüm bir məqam da var. Baxmayaraq ki, Donald Tramp ilə Rəcəb Tayyib Ərdoğan arasında şəxsi münasibətlər açıq şəkildə isti olub, Tramp dəfələrlə Ərdoğanı güclü lider və çətin bölgədə balans qura bilən siyasətçi kimi tərifləyib, bu, Qərbin ümumi mövqeyini dəyişməyib. Tramp–Ərdoğan münasibəti istisnadır, qayda deyil. Transatlantik siyasi elita Ərdoğana struktur problem kimi baxır.

Çünki Ərdoğan Türkiyəni passiv, periferik, tarixi iddiasız NATO əlavəsi kimi görmür. O, Türkiyəni tarixi yaddaşı olan, Osmanlı mirasını nostalji yox, siyasi şüur kimi daşıyan, regional və sivilizasion mərkəz olmaq istəyən dövlət kimi təqdim edir. Qərbin “neo-Osmanlı” adlandırdığı şey əslində imperiya romantikası deyil. Bu, sivilizasion iddiadır. Və məhz bu iddia Qərbi narahat edir.

Bu səbəbdən Qərb mediası CHP-ni inqilabi qüvvə kimi deyil, bərpaedici mexanizm kimi təqdim edir. Məqsəd Türkiyəni dəyişmək deyil. Məqsəd Türkiyəni əvvəlki halına qaytarmaqdır. The New York Times bunu açıq yazır: (“Turkey’s opposition promises a return to democratic norms and repaired relations with the West.” ) (“Türkiyənin müxalifəti demokratik normalara dönüş və Qərblə münasibətlərin bərpasını vəd edir.” ) “Return” (dönmək) və “repair” (təmir, burada bərpa etmək anlamında) sözləri təsadüfi deyil. Bu, gələcək layihəsi yox, geriyə dönüş planıdır.

Politico isə diplomatik maskanı tam çıxarır: (“Western diplomats quietly hope Turkey’s opposition can reset Ankara’s foreign policy.” ) (“Qərb diplomatları səssizcə ümid edirlər ki, Türkiyə müxalifəti Ankaranın xarici siyasətini sıfırlaya biləcək.”) Bu cümlədə demokratiya sözü yoxdur. Burada açıq şəkildə xarici siyasətin sıfırlanmasından danışılır.

Bu qarşıdurma nə Gezi hadisələri ilə başlayıb, nə də bir seçki ilə bitəcək. Bu, Türkiyənin özünü necə gördüyü ilə Qərbin Türkiyəni necə görmək istəməsi arasındakı dərin və uzunmüddətli toqquşmadır. Qərb üçün ideal Türkiyə sakit, proqnozlaşdırılan, ideoloji iddiasız və periferik aktordur. Ərdoğanın Türkiyəsi isə səsli, iddialı, tarixi yaddaşlı və mərkəz olmaq istəyən Türkiyədir.

Qərb bu arzusunu demokratiya dili ilə örtür. Amma bu dil seçicidir və riyakardır. Əgər problem həqiqətən demokratiya olsaydı, müzakirə liderin siyasi xətti yox, seçki mexanizminin özü olardı. Halbuki əsas narahatlıq Türkiyənin istiqamətidir.

Nəticə etibarilə Qərb Ərdoğanı yox, presedenti istəmir. Ərdoğan təhlükə deyil. Ərdoğan nümunədir. O nümunə göstərir ki, NATO üzvü olub müstəqil olmaq mümkündür. Qərb institutlarının içində yer alıb Qərbə tabe olmamaq mümkündür. Sivilizasion iddia ilə siyasət aparmaq mümkündür. Qərb məhz bunu istəmir.

Bu, demokratiya ilə avtoritarizm arasında mübarizə deyil. Bu, itaət ilə suverenlik arasında sivilizasion toqquşmadır. Və bu toqquşma seçkilərlə bitmir, liderlərlə məhdudlaşmır, zamanla da aradan qalxmır.

Elbəyi Həsənli. Sürix

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Yanvar 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri