Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Təbrik, yoxsa MANİPULYASİYA RİTORİKASI TƏHLİL

Təbrik, yoxsa MANİPULYASİYA RİTORİKASI TƏHLİL

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baş nazir Nikol Paşinyanın özünə məxsus sosial şəbəkə hesabında Qurban Bayramı təbrikinin erməni cəmiyyətində, bütövlükdə haylar arasında rezonans doğurması başadüşüləndir. Bəli, məhz erməni baş nazirin belə bir təbrik yazmasını hayların əksəriyyətinin qətiyyən qəbul edə bilməmələrinin səbəbi də bəllidir və istənilən halda, müsəlman dünyasına, xüsusən də Türkiyəyə və Azərbaycana qarşı bu qədər nifrətin olması fonunda onların belə bir təbriki qəbul edə bilməmələri aydındır. Ümumilikdə, dünya ictimaiyyəti üçün aydın olmayan, daha dəqiq desək, maraqlı olan isə odur ki, bu qədər müddət ərzində niyə məhz indi Nikol Paşinyanın belə bir təbrik yazmasıdır. Maraqlıdır, bu qədər illər ərzində belə bir bir təbrik ağlına gəlməmişdi, yoxsa, yenə də manipulyasiya ritorikası ənənəsi yada düşüb?

Məscidlərimizin təhqir edilməsinə göz yuman, rəvac verən birinin təbriki manipulyasiya ritorikasıdır

Şübhəsiz ki, 44 günlük müharibədən öncə Nikolun ritorikasının tamamilə fərqli olduğunu təkcə biz yox, bütün dünya ictimaiyyəti unutmayıb. Hər halda, “Qarabağ Ermənistandır və nöqtə”, deyə onun sayıqladığı da hafizələrdən silinməyib. Yaxud, 2020-ci ilin yayında Tovuz döyüşlərinə Vovayeviçin rəvac verməsi də yaxşı yadda qalıb. Yəqin ki, məhz erməni baş nazirinin göz yumduğu, rəvac verdiyi həmin hadisələrin fonunda Polad Həşimov kimi bir generalın şəhid olması nə xalqımızın, nə də hümanizmə, sülhə, insanlığa dəyər verən istənilən dünya insanının yadından çıxa bilməz. İndi məhz bizi də, həmin insanları da belə bir sual maraqlandırır ki, görəsən, niyə həmin zamanlarda Nikol Paşinyan belə bir bayram təbriki yazmırdı? Axı bu bayramı müsəlman dünyası, Azərbaycan və Türkiyə əsrdə, onillikdə bir yox, ildə bir dəfə qeyd edir.

Bəlkə, Nikol Paşinyan onillər boyu ermənilər tərəfindən işğal altında saxlanılan Qarabağda, bizim ərazilərimizdə bizə məxsus olan məscidlərdə donuz saxlanılmasından da xəbərsiz olub? İndi təbrik yazdığı həmin o Qurban Bayramını qeyd edən müsəlmanların ibadət etdikləri, ən müqəddəs saydıqları məscidlərin zibilliyə çevrilməsini bir zaman seyr edən bir adamın yoxsa, vicdanı oyanıb? “Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram”, deyə öz sosial şəbəkə hesabında yazan erməni baş nazirə həmin o məscidlərdə ermənilərin etdikləri “pislikləri” xatırlatmaq, zənn edirik ki, tamamilə yerinə düşür. Çünki bir xalqın, bəlli bir inanc sahibi olanların ən müqəddəs məkanını təhqir etməklə, belə bir təhqirə göz yummaqla, rəvac verməklə indi ünvanlanan təbrik heç də üst-üstə düşmür. Dərhal məntiqi olaraq, belə məlum olur ki, bu, sadəcə, təbrik yox, Paşinyana xas olan manipulyasiya ritorikasıdır...

Reallığı, manipulyasiyaları ortaya çıxaran məntiqi suallar...

Məntiqi suallar kifayət qədər çoxdur və bu suallar məsələnin əsl mahiyyətinin orataya çıxması üçün bəs edir. Hazırda erməni cəmiyyətinin özündə də Paşinyana məntiqi suallar ünvanlanır. Bizim həmin cəmiyyətin niyyəti, məqsədi, məramı ilə razılaşmaq kimi bir fkrimiz yoxdur, amma erməni baş nazirə ünvanladıqları sualların məntiqi olması barədə mübahisə də etmirik, çünki həqiqətən də məntiqidir. Məsələn, haylar sual edirlər ki, Nikol Paşinyan nə zamandan dini məsələlərə önəm verən olub ki, indi lap elə müsəlmanlar yadıma düşüb? Axı həqiqətən də onun məhz erməni kilsəsi ilə belə uzun zamandır ki, bir araya gələ bilmədiyi, ermənilərin özlərinin də inanclarına hörmətsizlik etdiyi bəllidir və bunun fonunda Vovayeviçin yadına müsəlmanlara xas olan bayramın düşməsini heç haylar da başa düşə, qəbul edə bilmirlər. Bəli, başa düşə bilməməkdə də haqlıdırlar, çünki bunun adı təbrik yox, manipulyasiyadır.

Hazırda, daha dəqiq desək, Paşinyanla kilsə arasında olan qalmaqalı erməni cəmiyyəti müzakirə etdiyi bir dövrdə “qəflətən” onun təbrik mesajı barədə haylar özləri də eşidəndə həqiqətən də “şok” yaşamış olublar. Doğrudur, bəzi müxalifət qüvvələri bu məsələyə öz prizmalarından yanaşırlar və bunu satqınlıq kimi qələmə verməklə, ictimai rəyə təsir etmək və onu “kənarlaşdırmağa”, özlərinə yer eləməyə çalışırlar. Bizim onların fikirlərinə münasibət bildirmək kimi də bir niyyətimiz yoxdur, amma hayların bəzilərinin məhz Paşinyanın yadına indi müsəlman inancına məxsus olan bir bayramın düşməsini başa düşə bilməmələri hardasa anlaşılandır. Sadəcə, anlaşılmayan odur ki, haylar axı onun manipulyator, avantürist olduğunu yaxşı bilirlər və 2018-ci ildən bu vaxta qədər kifaəy qədər belə manipulyasiya ritorikası ilə rastlaşıblar və indi qətiyyən təəccüblənməməli idilər. Əksinə, bunun da bir manipulyasiya ritorikası olduğunu qəbul edərək, baş nazirlərinin kim olduğuna, yəni bir manipulyator olduğuna bir daha əmin olmaları lazım idi. Necə ki, bütövlükdə müsəlman dünyasında belə bir əminlik var və bu səbəbdən Vovayeviç cavabsız qalıb...

Erməni baş nazirin dini məsələlərə “münasibətinin” birbaşa göstəricisi, təzahürü göz önündədir

Təbii ki, Nikol Paşinyanın Anna Akopyanla olan münasibətlərinin, xüsusən də onların ailələrinin nəinki rəsmi, heç kilsə nigahı belə olmadan qurulduğu barədə son zamanlar erməni cəmiyyətində olan spekulyasiyalar da səbəbsiz deyil. Əgər səbəbsiz olsa idi bu zamana qədər də bu barədə haylar hay salardılar indiki kimi. Amma görünən odur ki, məhz indi bu məqama toxunmalı olublar. Həqiqətən də maraqlıdır ki, niyə məhz indi bu barədə Ermənistana məxsus mətbuat səhifələri belə yazmalı olublar? Məgər həmin erməni mətbuatı bu vaxta qədər bilmirdimi Anna ilə Nikolun ailə münasibətlərinin nigahsız, xüsusən də kilsə nigahı olmadan qurulduğunu? Bilirdi. Xüsusən də məhz ermənilərə məxsus olan “Aykakan Jamanak” nəşrinin yaradıcısı Akopyan və eləcə də jurnalist olan Paşinyan barədə Ermənistana məxsus mətbuat səhifələrinin “ən kiçik detallar” barədə məlumatsız olması heç düşünüləcək, ağıla gələcək belə deyil. Bəs niyə indi bu barədə yazılır və indi rezonans doğurur? Yəqin ki, bunun diqqətçəkən olduğu mübahisə belə edilən deyil...

Sözsüz ki, haylar özləri də, onlara məxsus mətbuat səhifələri də bu məqama toxunmaqla “onlara lazım olan məsələləri” qabartmaq niyyəti güdüblər. Bəli, həqiqətən də erməni baş nazirinin ailəsi nə rəsmi, nə də kilsə nigahı olmadan qurulub, lakin bizim hansısa erməni ailəsini müzakirə etmək kimi bir fikrimiz əsla yoxdur, sadəcə, bu məqam özü də bəzi məntiqi nəticələr üçün lazımdır deyə, toxunuruq. Məsələ burasındadır ki, erməni baş nazirin kilsə nigahının olmaması onun kilsəyə, dini məsələlərə “münasibətinin” birbaşa göstəricisi, təzahürüdür. Bu həm də o deməkdir ki, Nikol təkcə son zamanlar belə kilsə əleyhinə olmayıb və onun lap əvvəldən erməni kilsəsinə, ümumilikdə, dini məsələlərə heç fikir vermək niyyəti də yox imiş. Əgər həqiqətən də Paşinyan dini məsələlərə “baş vuran” olsaydı, ilk əvvəl kilsə nigahı bağlayardı. Deməli, tamamilə haqlıyıq ki, onun belə bir marağı qətiyyən olmayıb. Ümumiyyətlə, nəinki kilsəyə, heç bir dini məsələlərə, bayramlara xoş münasibət bəsləməsi ilə bağlı bircə dənə də olsa fakt, arqument yoxdur. İndi hardan peyda oldu belə bir istək ki, xristianları da yox, məhz müsəlmanları öz sosial şəbəkə hesabında da olsa, təbrik etməli, Azərbaycan və Türkiyə üçün təbrik ünvanlamalı oldu? Əlbəttə ki, ünvanlanan “təbrik” məsələnin görünən tərəfidir və onun görünməyən tərəfləri də var axı...

Sülhə mane olan şərtləri aradan qaldırdıqdan sonra dedikləri təbii və məntiqi səslənə bilər

Artıq bəlli olur ki, Nikol Vovayeviç Paşinyan indi yenə də öz avantürasını işə salmaq qərarına gəlib. Bəlli olur ki, erməni baş nazir yenə də manipulyasiya etmək ənənəsini yada salıb. Amma bu dəfə bu ənənəsindən haylara qarşı istidfadə etmək niyyətində deyil və elə ən böyük səhvi də bundadır. Məsələ burasındadır ki, xalqımız onun belə manipulyasiyasından, oyunbazlığından həm xəbərdardır, həm də haylardan fərqli olaraq, Azərbaycan xalqı heç zaman hansısa oyunlara alət olan xalq deyil. Paşinyan başa düşməlidir ki, onun belində çanta gəzdirərək və əlini sarıyaraq meydanlarda səsi tutulana qədər pafoslu şəkildə qışqırmaqla aldatdığı hay tayfası ilə bizi qarışıq sala bilməz. Onun necə populist olduğunu bildkdən sonra bayram təbriki də elə populizm nümunəsi kimi səslənir. Əgər həqiqətən də Nikol Paşinyan, öz qeyd etdiklərini, daha doğrusu, xalqlar arasında sülhü, əmin-amanlığı arzulayırsa, o zaman qarşıya qoyulan şərtləri yerinə yetirsin və sülh sazişini uzatmasın. Əgər həqiqətən də firavanlıq istəyirsə, o zaman ilk növbədə bizə məxsus olan ərazi iddialarına son qoyulması üçün konstitusiya dəyişikliklərinə nail olsun və sülhə mane olan şərtləri aradan qaldırsın. Bax bundan sonra onun hansısa təbriki təbii və məntiqi səslənə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri