Icma.az
close
up
RU
Polşa XİN rəhbəri Münhen konfransında tarix yazılacağını gözləyir

Polşa XİN rəhbəri Münhen konfransında tarix yazılacağını gözləyir

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın yeni administrasiyasının nümayəndələri ilə gözlənilən danışıqlar transatlantik əməkdaşlıq və Avropanın təhlükəsizliyi üçün həlledici olacaq.  

Qaynarinfo xəbər verir ki, nazirin sözlərini "Ukrinform" yayıb.  

Sikorski bildirib ki, "bu, çox mühüm konfrans olacaq və orada tarix yazılacaq".  

Onun sözlərinə görə, qitənin təhlükəsizliyi üçün ən yaxşı təminat sıx transatlantik əməkdaşlıqdır.  

"Lakin Avropa öz müdafiəsi üçün getdikcə daha çox iş görməlidir. Mən səmimi-qəlbdən inanıram ki, biz ABŞ ilə birlikdə təhlükəsizlik və ticarət siyasəti sahəsində qarşılıqlı faydalı dialoq qaydalarını işləyib hazırlaya bilərik", – deyə Polşa XİN rəhbəri vurğulayıb.  

Sikorski əlavə edib ki, Polşa Ukraynaya hərbi dəstəyin artırılması və Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsi istiqamətində ardıcıl çalışacaq, həmçinin Avropanın rolunun güclənməsi üçün hər şeyi edəcək.  

"Güclü Avropa – güclü ABŞ və güclü transatlantik alyans deməkdir. Biz təkcə dəyərlərimizi deyil, maraqlarımızın əksəriyyətini də bölüşməliyik və birlikdə bizə meydan oxuyan avtoritar rejimlərə uğurla qarşı dura bilərik", – o əlavə edib.  

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.  

Bundan əlavə, Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq da Münhen konfransında iştirak edəcək.  

ABŞ-ın dövlət katibi Marko Rubio isə Münhen Təhlükəsizlik Konfransında əsas məsələnin Rusiyanın Ukraynaya qarşı apardığı müharibə olacağını bildirib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Fevral 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri