Polşada Azərbaycan şirkətinə cinayət işi açılıb “Boeing” şinlərinə görə...
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Polşanın Milli Gəlir İdarəsi (NRA) mayın 19-da bildirib ki, gömrük əməkdaşları Belarus və Rusiyadan keçərək Azərbaycana göndərilməkdə olan, mülki “Boeing” təyyarələri üçün nəzərdə tutulmuş beş tonluq şin partiyasını ələ keçiriblər.
“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı Polşanın “Zamosc” Televiziyası, adıçəkilən quruma istinadla yayıb.
NRA-nın açıqlamasına görə, Polşanın şərqində, Belarusla sərhəddə yerləşən Koroşin şəhərində bir yük maşınına baxış zamanı bəyan edilmiş minik və avtobus şinləri əvəzinə, mülki “Boeing” təyyarələrində istifadə olunan şinlərin daşındığı müəyyən edilib.
Məlumata əsasən, malların göndəricisi İspaniya, alıcısı isə Azərbaycan şirkətidir. Gömrük sənədlərində saxtakarlıq aşkar edildiyi üçün cinayət işi başlanıb, mallar isə müsadirə olunub.
Qeyd edək ki, Polşa tərəfi Azərbaycan şirkətinin adını açıqlamayıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















