Polşada əcnəbi nəqliyyat vasitəsi sahiblərinə qoyulan tələb...
Icma.az bildirir, Sia Az portalına istinadən.
...Polşada yaşayan əcnəbilərdən nəqliyyat vasitələrini bu ölkədə qeydiyyatdan keçirmələri tələb olunacaq. Bu, İnfrastruktur Nazirliyinin təşəbbüsü ilə hazırlanmış qanun layihəsindən irəli gəlir.
SİA-nın məlumatına görə, bunu Most qeyd edib.
Sənəd iki yenilik təklif edir. Birincisi, xarici dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi ildə 185 gündən çox Polşada olarsa, 185 günlük tələbi yerinə yetirdikdən sonra 30 gün ərzində avtomobili Polşada qeydiyyata almalıdırlar.
İkincisi, 185 günlük tələb yerinə yetirilməsə belə, xarici dövlət nömrə nişanlı nəqliyyat vasitəsi sərhədi keçdiyi tarixdən bir ildən artıq müddət ərzində Polşadadırsa, o da Polşada qeydiyyata alınmalıdır.
Əks halda, o, artıq “beynəlxalq hərəkətdə olan nəqliyyat vasitəsi” sayılmayacaq.
Bu o deməkdir ki, belə bir nəqliyyat vasitəsinin sahibinin xarici qeydiyyat sənədi müsadirə oluna və nəqliyyat vasitəsinin hərəkətinə qadağa qoyula bilər.
Bundan əlavə, layihə müəllifi Polşa yollarında uzun müddət hərəkət edən bütün nəqliyyat vasitələrinin Polşada texniki baxışdan keçməsini tələb etməyi təklif edir.
Təxmin edilir ki, hazırda Polşada digər ölkələrdə qeydiyyatdan keçmiş və Polşanın nəqliyyat vasitələrinin yoxlanılması sisteminə daxil olmayan on minlərlə avtomobil ola bilər.
Nazlı Almuradova
Baxış sayı:105
Bu xəbər 25 Sentyabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















