Polşada NATO obyektlərini izləyən əcnəbi saxlanıldı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Polşanın təhlükəsizlik orqanları bu ölkənin və NATO-nun strateji əhəmiyyətli bir sıra müdafiə obyektlərini izləməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
Axar.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.
Məlumata görə, Varşava prokurorluğu Belarus vətəndaşı olan həmin şəxsin 2024-cü ilin iyunundan etibarən Polşa, Almaniya və Litvada məlumat topladığını açıqlayıb. Onun kritik infrastruktur obyektlərini və hərbi qurğuları müşahidə etdiyi bildirilir. Həmin obyektlər arasında Polşa və NATO-nun müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən qurumlar da var.
Hazırda istintaq təcridxanasında saxlanılan həmin şəxslə bağlı iş üzrə Polşa, Almaniya və Litvanın hüquq-mühafizə orqanları birgə əməkdaşlıq edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 23 Fevral 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















