Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 11 iyun, AZƏRTAC
Polşa polisi sərhəd mühafizəçiləri ilə birgə ölkə daxilində ədalət mühakiməsindən yayınanların müəyyən edilməsinə yönəlmiş tədbirlər həyata keçirib.
AZƏRTAC xəbər verir ki, polis orqanlarının məlumatına görə, kampaniyanın gedişində axtarışda olan təxminən 2 min şəxs və Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb.
“Saxlanılan şəxslər arasında 117 Ukrayna, 12 Gürcüstan, 6 Belarus, 2 Moldova, 1 Rusiya vətəndaşı və digər ölkələrin 31 vətəndaşı olub”, - deyə polisin açıqlamasında bildirilir.
Əməliyyat zamanı zorlama, narkotiklə əlaqəli cinayətlər, mütəşəkkil cinayətkar dəstədə iştirak və xeyli miqdarda narkotik və psixotrop vasitələrin ticarəti də daxil olmaqla, ağır cinayətlərə görə axtarışda olan şəxslər saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















