Polşada keçirilən seçkilərdə qələbə qazanan sağçılar baş nazirin istefasını tələb edirlər
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 2 iyun, AZƏRTAC
Polşada prezident seçkilərinin ikinci turunda müxalif Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotskinin qələbəsindən sonra sağçılar baş nazir Donald Tuskun istefasını tələb edirlər.
AZƏRTAC xəbər verir ki, RMF24 radiostansiyasının məlumatına görə, bu tələbi ilk səsləndirənlərdən biri Hüquq və Ədalət Partiyasının Seymdəki (parlamentin aşağı palatası) nümayəndəsi Anjey Slivka olub.
Deputatın sözlərinə görə, seçkilərdə Karol Navrotskinin əsas rəqibi Varşavanın meri Rafal Tşaskovski deyil, Donald Tusk olub. “Rafal Tşaskovski Donald Tuskun göstərişlərinin icraçısıdır və Tusk uduzub”, - deyə Anjey Slivka bildirib. Onun fikrincə, Karol Navrotskinin qələbəsi “hökumət uçun qırmızı vərəqə”dır.
Qeyd edək ki, Polşanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 faizinin hesablanmasından sonra Karol Navrotski 50,89 faiz səslə qalib gəlib. Onun əsas rəqibi Rafal Tşaskovski isə 49,11 faiz səs toplayıb.
Baxış sayı:169
Bu xəbər 02 İyun 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















