Polşalı alimlər Şərqşünaslıq İnstitutunun tədqiqatları barədə məlumatlandırılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 mart, AZƏRTAC
Polşanın Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı professor Aqata Bereja Starjinska və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova martın 16-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə keçirilən görüşdə polşalı alimlər Varşava Universitetinin fəaliyyəti və Azərbaycan Araşdırmaları Mərkəzində görülən işlər barədə məlumat veriblər. Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar və institutun beynəlxalq əlaqələri barədə danışıb.
Görüşdə Varşava Universiteti ilə Şərqşünaslıq İnstitutu arasında da elmi əlaqələrin qurulmasının labüdlüyündən söz açılıb və əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflərin qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi tədbirlərin təşkili, elmi ədəbiyyat mübadiləsi, elmi jurnallarda məqalələrin dərci və s. imkanlar nəzərdən keçirilib. Qarşılıqlı əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Mart 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















