Şərqşünaslıq İnstitutunun kitabları Bağdadda Müstənsəriyyə Universitetinə hədiyyə edilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 16 fevral, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini dosent Elnur Mustafayev İraq Respublikasının paytaxtı Bağdad şəhərində səfərdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas alim səfər çərçivəsində Bağdadda yerləşən Müstənsəriyyə Universitetinin Hüquqşünaslıq fakultəsinin dekanı doktor Malik Mənsi əl-Hüseyni ilə görüşüb.
E.Mustafayev görüş zamanı Şərqşünaslıq İnstitutunun fəaliyyəti haqqında müfəssəl məlumatları Malik Mənsi əl-Hüseyninin diqqətinə çatdırıb.
Tanışlıq zamanı Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, mədəniyyəti, dil və ədəbiyyatı, din və ictimai fikri sahəsində aparılan mühüm elmi tədqiqatların nəticələri və son illərdə bu istiqamətlər üzrə nəşr olunan kitab və məqalələr haqqında ətraflı söhbət açılıb. Bundan əlavə, Şərqşünaslıq İnstitutunun ərəb ölkələri ilə qurulan elmi və mədəni əlaqələrinin inkişafındakı rolundan və bu istiqamətdə ərəb ölkələrinin bir sıra elmi müəssisələrilə bağlanmış əməkdaşlıq memorandumları çərçivəsində həyata keçirilmiş müştərək fəaliyyətlər barəsində zəruri məlumatlar qeyd edilib.
Sonda E.Mustafayev Şərqşünaslıq İnstitutunun nəşr etdiyi elmi tədqiqat əsərlərindən bəzilərini Müstənsəriyyə Universitetinin kitabxanasına hədiyyə edib.
Bu sırada akademik Gövhər Baxşəliyevanın “Nizami Gəncəvinin milli identikliyi” (ingilis və fars dillərində), Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Vidadi Mustafayevin “Bir daha vahid/bütov Azərbaycan haqqında”, Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” monoqrafiyaları, akademik G.Baxşəliyevanın rus dilinə tərcümə etdiyi “Armyanskiye insinuatsii i istoritçeskiye faktı. Voprosı i otvetı” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabı, “Azərbaycanın mədəniyyət paytaxtı: Şuşa” (ərəb, ingilis və Azərbaycan dillərində) və “Xocalı soyqırımı” (ərəb dilində) bukletləri və s. nəşrlər var.
Doktor Malik Mənsi əl-Hüseyni təqdim edilən kitablar üçün öz təşəkkür və məmnunluğunu bildirdikdən sonra, Şərqşünaslıq İnstitutu ilə elmi və mədəni əməkdaşlığın qurulmasında maraqlı olduqlarını ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:213
Bu xəbər 16 Fevral 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















