Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi...

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi...

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Güclü müşahidə qabiliyyəti var. Münasibətlərdə susmağa, müşahidə etməyə, fikir qazanmağa üstünlük verir. Milli adət-ənənələrə, o cümlədən öz keçmişinə çox bağlıdır. Dostluq etdiyi birini tərk etməsi mümkün deyil. Xasiyyətcə mülayim, həssas və qətiyyətli insandır. Sarsılmaz iradəsi onu başladığı hər hansı bir işi başa vurmaqda yardımçı olur. O, istədiyi hər hansı bir nəsnədən asanlıqla əl çəkmir və sonunda ona çatır. Təşkilatçılıq qabiliyyəti xeyli yüksək xanımdır. Güclü yaddaşı var və kifayət qədər bacarıqlıdır. Konkretliyə üstünlük versə də, mücərrəd anlayışlardan uzaq qala bilmir. Bununla belə, onun xəyalları və fantaziyaları həyatının əsas hissəsini təşkil etmir. Sadə həyat tərzini xoşlayır, rəqabətçi xasiyyəti yoxdur. İnsanlarda dürüstlük və zadəganlığı qiymətləndirir. Söz verdisə hökmən icra edəcəyinə inana bilərsiniz. Onun sözü hər bir sənəddən qiymətlidir. Ciddi görünüşə malik olsa da, duyğularında şəfqət və şirinlik var. Bəzən onu emosional görə bilərsiniz, amma daxilən çox zəngindir. Geniş düşünmə qabiliyyəti və geniş təxəyyülü sayəsində həmişə uğur qazanır. Qürurlu xanımdır. Özünə inamı çox yüksəkdir, fəhminə, zəkasına, ağlına həmişə inanıb. Olduqca cəlbedici və xoşa gələndir. Amma tələbkar olduğundan onunla ünsiyyət qurmaq elə də asan deyil, xarizmatik insandır. İdealistdir və hər şeyin ən yaxşı olmağını arzulayır...
Deyir ki:- “Azərbaycan elm və təhsili elə duruma gətirilməlidir ki, hər günü elmi uğur, töhfə ilə tarixdə iz qoysun. Yoxsa ki, içi puç, üstü bəzəkli "əsər"lərlə, dosta, tanışa, əmrə müntəzir duranlara ad və medallar paylaşmaqla elmi inkişaf etdirmək mümkün deyil. Hazırkı durumda durğunluq deyil, Azərbaycan elmində tənəzzülün bütün əlamətləri var, təəssüf ki...”
Xarekteri olduqca güclüdür. Çalışdığı sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün əzmlə addımlaya bilir. Zamana meydan oxuyur, qarşısına çıxan səddi asanlıqla ram etməyi bacarır...
“Həmkarlarıma arzum budur ki, "saat yığma" bəlasından qurtarıb həqiqi elmi fəaliyyətlə məşğul olmağa şəraitləri yaransın, çəkdikləri zəhmətin həm maddi təltifini, həm də mənəvi mükafatını görmək nəsibləri olsun...”- söyləyir...
Hər hansı bir tarixi şəxsiyyətin həyat və yaradıcılığını araşdırıb, heç kimin bilmədiyi faktları üzə çıxarmaq, onu fərqli şəkildə təqdim etmək çox çətindir. Tədqiqatçıdan böyük hünər, ciddi təhlil, dərin savad tələb edir. Haqqında söhbət açdığım filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva məhz belə alimlərimizdəndir. O, qızmar yay günlərinin birində Bakı şəhərində dünyaya gəlib, əslən Qubadlı rayonundandır. Orta təhsilini Bakının Nizami rayonundakı 238 nömrəli məktəbdə bitirərək indiki Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş laborant kimi başlayıb. Hazırda Şərqşünaslıq İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Eyni zamanda, 2015-ci ildən pedaqoji fəaliyyətlə də məşğul olur, Bakı Avrasiya Universitetinin professorudur. Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi var. Neçə illərdir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığını araşdırır. O, Bakı şəhərində dünyaya gəlib. Bu istiqamətdə bir sıra uğurlara imza da atıb...
Deyir ki:- “Nəsiminin müraciət etdiyi janrlar və şeirinin poetikası haqqında bir neçə tədqiqat əsərində bəhs olunsa da, bu şairin söz sənəti haqqındakı görüşləri, əsərlərində yer alan ədəbi kateqoriya və terminlərə indiyədək diqqət yetilməmişdir. Adı daha çox hürufiliklə bağlı yad olunan Nəsiminin ədəbi fəaliyyətinin istiqamətləri, ədəbi-tənqidi görüşləri və poetika elmi ilə əlaqəli nəzəri biliyi barədə indiyədək araşdırmalarda pərakəndə və çox zaman səthi məlumatlar verilmişdir. Halbuki onun hər iki divanında yer alan janr və poetik formalar zənginliyi və rəngarəngliyi baxımından divan ədəbiyyatında çox az şairin ədəbi mirası ilə müqayisə oluna bilər. Nəsiminin əsərlərinin arxitektonikası, onun poetik ənənələri sinkretik təqdimi, fərdi yaradıcılıq eksperimentləri, poetik sözə həssas və elmli münasibəti şeir sənətinə dərindən bələdliyini göstərir. Şairin hər iki divanında şərq şeir sənətinin həm təcrübi və tətbiqi şəkillərini, həm də onun nəzəri biliklərinin ifadələrini müşahidə etmək mümkündür...”
Nəsiminin diri-diri dərisinin soyulmasını və onun həmin zaman şeir söyləməsini xalqın şairə olan məhəbbətindən yaranmış əfsanə olduğunu düşünür. Nəsiminin iki dəfə ailə qurduğunu iddia edir. Bundan əlavə alimlərin ortaq türk dili təklifinə onun da öz yanaşması var...
İşgüzar, çalışqan, əzmkar xanımdır. Maraqlı iddiaları ilə həqiqətin harada olduğunu ortaya çıxara bilir. Yalan danışmağı xoşlamır. Cəsarətli və mərddir. Davranışı, eləcə də yüksək mədəniyyəti ilə seçilir. Müvəffəqiyyət onun üçün çox əhəmiyyətli olduğundan gərgin iş rejiminə, çətinliklərə qatlaşmağı bacarır…
“Azərbaycan elminə gəlmək istəyən gənclərin qarşısına ingilis dilini ingilisdən daha yaxşı bilmə tələbinin qoyulmasının elmin inkişafına vurduğu zərbənin nəticələrini illər sonra görəcəklər. Neçə-neçə istedadlı və qabiliyyətli gənc ingilis dili imtahanına görə bezir, usanır və uzaqlaşır. Halbuki sovet dövründə bu imtahanların adı minimum idi. O dövrdə yetişən alimlərin dil bilgisi də indikilərdən az deyildi. İngilis dilini bilməyə bu aludəlik Azərbaycan elmi fikrini ana dilində ifadəyə marağı azaltmaqla yanaşı, ümumi inkişafın qarşısında da bir əngəldir. Alimin BİR NEÇƏ XARİCİ DİL BİLMƏSİ VACİBDİR, bunsuz mümkün deyil, amma ingilis dilinin ana dilimizdən önə keçməsi təəssüf doğurur. Yeri gəlmişkən, ingilis dilindən yüksək bal toplayan doktorant və magistrlərin ana dilində elmi üslubu nəinki yüksək olmur, əksinə, bərbad olur. Nəzərə alsaq ki, orta məktəblərdən də imla, ifadə və inşa yazıları yığışdırılıb, elmi üslubun gələcək taleyi ciddi narahatlıq doğurur.”- söyləyir.
Bəzən əsəbi və tələbkar görünsə də, bu görünüş sizdə onun qeyri-adekvat olduğu təəssüratı yaratmasın. Çünki o, iddiasını sübut edəcək qədər ağıllıdır. Onun hər zaman məqsədi var və bu məqsədə doğru əmin addımlarla irəliləyir. Xülasə, bu xanımın varlığı Azərbaycan elmində bir hadisədir. Onu sevmək və qiymətləndirmək lazımdır...
Bəli, iyulun 27-si filologiya üzrə fəlsəfə doktoru, professor Səadət Şıxıyevanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri