Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

Abşeron Milli Parkında mütəmadi elmi tədqiqatlar aparılmalıdır Professor

Saakaşvili: ““Transparency International” məni siyasi məhbus kimi tanıdı”

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

...Postmodern ədəbiyyatın kultu Bəsirə Əzizəli yazır

...Postmodern ədəbiyyatın kultu Bəsirə Əzizəli yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəsirə ƏZİZƏLİ
Filologiya elmləri doktoru

Filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusovanın AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunmuş "Haruki Murakami. Postmodern ədəbiyyatın kultu" monoqrafiyası (Bakı, "Elm və Təhsil", 2025, 260 s.) müəllifin sözləri ilə desək, "dünya ədəbiyyatında da postmodern ədəbiyyatın kultuna çevrilmiş", "Küləyin nəğməsini dinlə" romanı ilə Yaponiyadakı ədəbiyyat səhnəsini dəyişdirməyi bacarmış çağdaş yapon yazıçı"sının zəngin yaradıcılığının tədqiqinə həsr olunub. 

G.Yunusova Haruki Murakamiyə həsr etdiyi kitabında məşhur yazıçının "Peşəm yazıçılıq" əsərindən maraqlı bir nümunə təqdim edir: "İnsanların qəlbinin divarlarında yeni bir pəncərə açıb onu təmiz hava ilə doldurmaq istəyirəm. Roman yazanda həmişə düşündüyüm və arzuladığım budur. Məntiqi bir kənara qoyaraq, ancaq və ancaq ən saf şəkildə".

Kitab özünə kənardan baxmağı bacaran orijinal bir yazıçını Azərbaycan oxucusuna geniş bir çərçivədə təqdim edir. Bu, görkəmli postmodernist yazıçının çoxsaylı romanları ilə yanaşı, XX əsrin sonları və yeni yüzilliyin əvvəllərindəki yapon ədəbiyyatının öyrənilməsi, ümumi ədəbi tendensiyanın müəyyənləşdirilməsi sahəsində də ədəbiyyatşünaslığımızda ilk monoqrafiya kimi dəyərli və yolgöstərəndir.

Haruki Murakami fərqli ədəbi görüşləri, həyatı fəlsəfi dərki, reallığa özünəməxsus baxışı, problemləri orijinal çözümü, yaxud da çözümsüzlüyü ilə seçilən yazıçılardandır. Ədib, eyni zamanda, mühitində yeni bir mərhələnin başlanğıcı və dünyaya ötürücüsü idi. G.Yunusovanın haqlı olaraq yazdığı kimi, "Haruki Murakami böyüməkdə olan postmodern yapon cəmiyyətinin tipik nümayəndəsi idi və bu cəmiyyətin əsas narahatlıqlarını böyük məharətlə qələmə alaraq dünya arenasına çıxartmışdır".

Gülnar Yunusova Murakami yaradıcılığında postmodernizmi tədqiq etməklə, eyni zamanda, yazıçının ədəbi nümunələrinin başlıca xüsusiyyətlərini də müəyyən edir və bu nəticəyə gəlir ki, postmodernizm Murakami əsərlərinin əsas təzahür forması kimi ön plana çıxır. Bu baxımdan, G.Yunusova haqlı olaraq, H.Murakaminin ədəbi dünyagörüşünün ədəbiyyatlar və daha geniş mənada, mədəniyyətlərarası ortaq ədəbi-fəlsəfi konsepsiyalar əsasında formalaşdığını və bunun yazıçının bütün yaradıcılığını izlədiyini elmi şəkildə, bədii nümunələrə istinad edərək əsaslandırır. Burada milli ədəbiyyat, Qərb mədəniyyətinin müasir istiqamətləri və onların ortaq müstəvisində multikultural ədəbi dəyərlərin ifadəsi H.Murakami yaradıcılığının əhəmiyyətli cəhəti kimi müəyyənləşdirilir.

Kitabda H.Murakami yaradıcılığı yeni tipli ədəbiyyatın nümunəsi kimi qiymətləndirilir. G.Yunusova bu qənaətə gəlir ki, "mənəvi-psixoloji, ədəbi-fəlsəfi, sosial xarakter daşıyan Haruki Murakami yaradıcılığının tədqiqi, xüsusilə də keçən əsrin sonları və yeni yüzilliyin əvvəllərindəki yeni tipli ədəbiyyatın əsas məziyyətlərini, mahiyyət və forma özəlliklərini özündə ehtiva edən postmodernist nəsrinin öyrənilməsi"dir.

Monoqrafiya XX əsr yapon ədəbiyyatının geniş mənzərəsini təqdim edir. Oka Şyouhey, Noma Hiroşi, Dazay Osamu, İbuse Masucini, Fukanaqa Takehiko kimi yazıçıların fəaliyyəti fonunda yapon ədəbiyyatı mənzərəsini yaradan Gülnar Yunusovaya görə, "Yaponiyada postmodernizm elementləri uzun müddət mövcud olsa da, 1970-1990-cı illərdə daha qabarıq şəkildə ön plana çıxmışdır. 1930-1940-cı illərdən önə çıxan milli kimlik məsələsi 1980-1990-cı illərdə daha da güclənmiş və yapon ədəbiyyatına ciddi təsir göstərmişdir". Müəllif, eyni zamanda, yeni məzmunlu və perspektivli çoxsaylı postmodern ədəbiyyat nümunələrinin meydana çıxdığını qeyd e`dir, Ryu Murakami, Ş.Masahiko, Takahaşi Geniçiro, Kobayaşi Kyouci və digər yazıçıların fəaliyyət göstərdiyi ədəbi mühitə nəzər salır.

Haruki Murakamini "XX əsrin ikinci yarısından sonra yapon ədəbiyyatında önə çıxan, əsərləri ilə bir çox qlobal və bəşəri problemləri ortaya qoyan, milli ədəbiyyata özünəməxsus yanaşma tərzi ilə seçilən yazıçılardan biri" kimi qiymətləndirən G.Yunusova yazıçının həyatı və yaradıcılıq yolunu öyrənərkən də sadəcə bioqrafik məlumatları ardıcılıqla yazmır, dövrün postmodernist xüsusiyyətləri, ədəbi mühitdəki spesifik məsələlər kontekstində yanaşır.

H.Murakamini əsərlərindəki avtobioqrafik cəhətlərin bir müstəvidə və müəyyən sistem daxilində əlaqələndirilməsi həm yazıçının dünyagörüşünü formalaşdıran amillərin daha dərindən açılmasına şərait yaradır, həm də tədqiqat işini zənginləşdirir. "Küləyin nəğməsini dinlə", "Norveç meşəsi", "Sərhəddən cənubda, Günəşdən qərbdə" romanları və digər əsərlərə istinad, yapon cəmiyyətinin milli həyatı və ona təsir göstərən Qərb amillərinin əsərlərdən gətirilən örnəklərlə paralel şəkildə təqdim edərək qoyulan məsələnin daxilinə nüfuz etmək G.Yunusovanın səriştəsindən və geniş araşdırma planından xəbər verir. O, yazıçının yaradıcılığına geniş aspektdə yanaşır, ədibin sırf postmodernist romanlarına qədərki keçid mərhələsində qələmə aldığı, özündə həm postmodernizmin, həm də realizm, surrealizm və kosmopolitizmin cəhətlərini daşıyan əsərlərinin tədqiqinə də yer ayırır. Məlumdur ki, postmodernizm, müəyyən mənada, sinkretik sənətdir, o, özündən əvvəlki bir sıra ədəbi cərəyanlardan fərqlənsə də, onların bəzi xüsusiyyətlərindən də kənarda deyil. Bu baxımdan da, H.Murakaminin yaradıcılığında postmodernizmin xüsusiyyətlərini müəyyən etmək üçün digər məsələləri, yazıçını postmodernizə aparan yolu izləmək çox önəmlidir. Müəllif "yazıçının yaradıcılığını konkret olaraq hansısa bir kateqoriyaya daxil etmək, romanlarının janrını, formasını müyyən etmək bir qədər çətindir. H.Murakaminin postmodern ədəbiyyatda önəmli nümunə hesab olunan yaradıcılığı kosmopolitzm, realizm, sürrealizm, magik realizm, dedektiv, elmi fantastika, şamanizm, ekzistensializm elementlərinin mövcudluğu ilə də səciyyələnir", - deyə yazır. Həmin kontekstdən yanaşdıqda H.Murakaminin "Küləyin nəğməsini dinlə" romanında kosmopolitizmi, "Norveç meşəsi" əsərində yapon gerçəkliklərini, fərqli əsərlərində, eyni zamanda, Murakaminin ən yaxşı postmodern əsərlərindən biri kimi dəyərləndirilən "Kafka sahildə" romanında sürrealist yanaşmaları tədqiq etmək monoqrafiyada diqqəti cəlb edir. G.Yunusova belə qərara gəlir ki, "H.Murakaminin yaradıcılığında müxtəlif ədəbi istiqamətlərin izlənilməsi postmodernizmin plüralist mahiyyətini ehtiva etməkdədir. Müxtəlifyönlülüyü, çoxistiqamətliliyi ilə seçilən postmodernizm özündən əvvəlki mədəniyyətlər, ədəbi istiqamətlər, düşüncə və ifadə tərzləri üzərində qurulur" və bu qənaət yazıçının əsərlərinin tədqiqi zamanı özünü doğruldur.

Kitabda görkəmli yazıçının "həm beynəlxalq miqyasda, həm də çağdaş Yaponiyanın təmsilçisi olmaqla dünya postmodernist ədəbiyyatına mühüm töhfələr verən" romanlarından "Qoyun ətrafında macərə", "Mexaniki quşun xronikası", "Qaranlıqdan sonra", "Küləyin nəğməsini dinlə", "Pinbol 1973", "Dünyanın sonu və Qızğın möcüzələr diyarı" və digər əsərlərinin araşdırılması Azərbaycan ədəbiyyatşünaslığı və oxucularına mühüm töhfədir.

G.Yunusova "Qoyun ətrafında macəra" romanını metaqurğu nümunəsi kimi geniş şəkildə təhlil edir, burada postmodernist romana xas olan intertekstuallıq, metatekstuallıq, metafiksiya kimi ünsürləri özündə cəmləşdirən çoxluluq anlayışını, təhkiyəçi məsələsi, keçmiş tarixi hadisələr və bugünün vəhdətini nəzərdən keçirir. Müəllif haqlı olaraq belə qərara gəlir ki, "Qoyun ətrafında macəra" romanında postmodernizmin mətnlə oyun, semiotika, dəyərlərin yenidən qiymətləndirilməsi, poststrukturalist estetika, rizomatik təfəkkür, metonimiyalılıq kimi nəzəri məsələləri bədii şəkildə təsvir olunmuşdur". Romanda əsas mövzu olan fərdi şəxsiyyət uğrunda mübarizə, cəmiyyətin mövcud quruluşu və hegemon bir kimlik tətbiq etməsi arasındakı döyüş, eyni zamanda, şəxsiyyət axtarışı və həqiqət, valideynlərlə problemli münasibətlər, tarixi hadisələr və indiki zaman, kapitalizm tələsi, marjinal xarakterlərin qeyd olunan postmodernist ünsürlərlə öz bədii həllini tapması nəzəri fikirlərə istinad edərək və bədii nümunələr əsasında ortaya çıxarılır.

"Mexaniki quşun xronikası" romanında postmodernizm məsələlərinin şərhi, postmodernist nəsrin nəzəri və tarixi istiqamətdə dəyərləndirilməsi, məzmun, forma və struktur baxımından təhlili də monoqrafiyanın önəmli hissələrindəndir. G.Yunusova romanın əsas səciyyəsini açmağa nail olur, müxtəlif hekayətlər - üz-üzə hekayələr, məktublar, qəzet məqalələri, kompüterdə saxlanılan yazılar və röya kimi vasitələrlə təqdim olunan əsərin, "həm tarixi həqiqətləri, həm də uydurmanı bir-biri ilə birləşdirən hekayə mozaikası" kimi dəyərləndirdiyi romanın səciyyəvi keyfiyyətlərini şərh edir. H.Murakaminin postmodernist romanları arasında müqayisə də aparan G.Yunusova haqlı olaraq belə bir qənaətə gəlir ki, "Qoyun ətrafında macəra" romanında öz kimliyini axtaran Bokunun səyahətinin Yaponiyanın tarixi hadisələrindən süzülərək keçməsinə baxmayaraq, "Mexaniki quşun xronikası" romanı H.Murakaminin tarixə yönəlməsini və fərdin postinsana çevrilməsinin birbaşa təmsil etdiyi cəmiyyətin tarixində yaşananlarla bağlı olmasını ən qabarıq şəkildə nümayiş etdirən əsərdir".

"Qaranlıqdan sonra" romanında yazıçı postmodern cəmiyyətin təşviq duyğularını bədiiləşdirməyə davam etmişdir" düşüncəsindən yola çıxan G.Yunusova müəyyən mənada ssenari şəklində yazılmış romanda yazıçının coğrafiya, bədən və kinematik vizuallaşdırma ilə təcrübələr apardığını qeyd edir. Orijinal quruluşa malik romanın bir-biri ilə kəsişən hekayətləri əhatə etdiyi və bütün bunların oxucuya hadisələri görünməz şəkildə, sanki bir müşahidə kamerası kimi izləyən üçüncü naməlum şəxs tərəfindən çatdırıldığı müəllif tərəfindən doğru şəkildə təsbit edilir.

Kitabın tərtibatı, elmi strukturu, bir sıra ingilisdilli və yapondilli elmi əsərləri, ilk dəfə olaraq, elmi dövriyyəmizə daxil etməsi, H.Murakaminin tədqiqata cəlb olunan bütün əsərlərinin orijinallarına müraciət olunması da çox əhəmiyyətli cəhətlərdəndir.

Haruki Murakaminin "mənim, "bəli, mən roman yazım", - deyə ilk dəfə ağlımdan keçirdiyim andı bu. Açıq səma, yaşıl tər çəmənlərin toxunuşu, beyzbol çomağının həzz verən səsini hələ də xatırlayıram. O an göylərdən bir şey səssizcə süzülərək aşağı enmiş və mən də onu uğurlu şəkildə yaxalamışdım sanki" sözləri ilə başlayan kitabını Gülnar Yunusova da belə uğurlu şəkildə yazaraq nəşr etdirmişdir. Bu kitabın da Azərbaycan elmi mühiti və oxucuları üçün yapon ədəbiyyatına yeni bir pəncərə açacağına inanıram.

Haruki Murakami "dərin çaylar səssizcə axır" deyirdi. Yazıçının yaradıcılığı səssiz axan çaylara bənzəyir, dərinliyindəki təlatümləri görmək üçün dinləməyi bacarmaq lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

Abşeron Milli Parkında mütəmadi elmi tədqiqatlar aparılmalıdır Professor

27 Sentyabr 2026 22:22see151

Saakaşvili: ““Transparency International” məni siyasi məhbus kimi tanıdı”

27 Sentyabr 2026 22:25see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri