Icma.az
close
up
RU
Kitabların sayı, ədəbiyyatın təsnifi Pərvanə Bayramqızı yazır

Kitabların sayı, ədəbiyyatın təsnifi Pərvanə Bayramqızı yazır

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Müəlliflər kitablarının sayı ilə öyünürlər. Deyirlər, on kitabım, yaxud iyirmi kitabım çap olunub. Mənə aydın olmur, həmin kitabların hamısında yeni mövzular yer alır? Bir kitabdakı material digərində olmur? Əgər yazanın cəmi-cümlətanı otuz mətni varsa, bunu hər il müxtəlif ad, müxtəlif cildlə yenidən çap etdirirsə, nəyi yeni kitab olur? Bu  sadəcə, say artımıdır. Yazıları yeni adla təqdim etməyin faydası nədir? (Təkrar nəşrə zərurət yarandığını nəzərdə tutmuram) 

Məsəlçün, mənim altı kitabım çap olunub. Beşi bir-birindən fərqlidir. İçindəkilər hamısı ayrı-ayrı mətnlərdir. Sonuncu kitabım hekayələr toplusu olduğundan yalnız oraya əvvəlki kitablardakı bəzi hekayələr təzədən salınıb. Bir-birindən fərqli kitablardır. Yəni təkcə sayca artmayıb, məzmun yeniliyi ilə altıncıdır.

Otuz eyni mətni təzədən çap etdirmək oxucuya yox, kəmiyyətə işləməkdir. 

On şeiri əlli kitabda görməkdən yorulduq. 

Yeddinci kitabım da yeni yazılardan ibarət olacaq.

Ondan sonra indiyədək yazdıqlarımı mövzular üzrə qruplaşdırıb çap etdirəcəm. Sayını sonuncu kitabla ölçməyəcəm.  Elə "yeddi kitabım var" deyəcəm.

Kitablarının, dost-tanışının sayı, vəzifəsi, varı, mövqeyi ilə öyünən biri kitablarının, dost-tanışının sayı, vəzifəsi, varı, mövqeyi ilə öyünən birinin mətnini paylaşıb cavanlara xitabən yazıb: yazı belə olar, baxın, öyrənin. Yazını da oxuyanda köhnə üslubdan başqa bir şey görmürsən. Yeni ab-hava yoxdur, sadəcə, xəbərin, mübtədanın yeri düzgün təyin edilib, bir də məşhur ədatlar – “da, də” ayrı yazılıb. 
Çoxdanıncı illərdə yaşayıb-yaratmış, cavanlara nümunə göstərilən bu jurnalistin sonuncu çap olunan kitabına seçdiyi mənasız, hətta gülünc ada baxanda adam təəccüblənir, özünə sual verir: "bundan öyrənim?", "bunun yolu ilə gedim?", "budur yaxşı yazan?" Dinə bilmirsən. “Gör kimə səhv tutursan” deyib qınayarlar səni. “Onun titulu sənin tərcümeyi-halından uzundur” tənəsinə dözmək çətindir. 
Belə məqamlarda gənclər: – ay xanım, a bəy, pis yazmağa qalsa, özüm ondan da pis yazıram da, niyə onu nümunə göstərirsiniz? Gərək onu kimi pis yazım? – desələr, ədəbi mühitdə ədəbi qiyamət qopar, yəni sayt əməkdaşları  cəlbedici başlıqla xəbər hazırlayıb manşetə çıxarar, jurnalistlər tanınmış qələm adamlarından mövzuya münasibət bildirməklərini tələb edər, onun sözünü buna, bunun sözünü də ona çatdırıb ortalığı qarşıdırarlar. 

Çox şeyə çox vaxt çoxumuz səs-küydən narahat olduğumuz üçün susuruq.

Çap edilib oxuculara, dostlara satılan, hədiyyə verilən kitabları oxuyanda adam istər-istəməz içindəkiləri qruplaşdırır. Ədəbiyyat sayılan həmin mövzuları bu cür təsnifləşdirmək olar:
oliqarx ədəbiyyatı – öz əvəzinə pul ilə başqasına yazdıranların “yaradıcılığı”;
fağır-füqəra ədəbiyyatı – qara günlərinin ağırlığından taleyinə ağlayanda dilinə gələn söləri düzüb-qoşub “şeir yazmışam” deyənlərin gümültüləri;
yoxsul ədəbiyyat – kitabı son səhifəsinədək varaqlayıb yaddaqalan, ürəkdən xəbər verən bircə misra, bircə cümlə tapa bilmədiyimiz cızma-qaralar;  
müəmma ədəbiyyatı – bütün mətnlər atmacadan ibarət olur, amm dəqiq ünvan göstərilmir;
çılpaq ədəbiyyat – müəllif intim mövzularn hamısını açıb-ağardır;
Ah-nalə ədəbiyyatı – dünyanın, cəmiyyətin dərdi-səri, problemləri ilə yüklənmiş, müəllifin ah-naləsinin göyə qalxdığı əsərlər;
qırıb-çatan ədəbiyyat – xüsusilə Qarabağın işğaldan azad edildiyi günədək yazılanlar.
yalvar-yaxar ədəbiyyat – “dünya, mənlə işin olmasın”, “a qardaş”, “məndən gen durun”, “yazıq canım”, və s. kimi ultimatum verən mətnlər.
zay ədəbiyyat – yuxarıda yazdıqlarımın hamısının toplusu; 
örtülü ədəbiyyat – vaxtilə birinin adından yazılmış, sonradan əsl müəllifi ortaya çıxan ədəbiyyat. Üstü açılanda dostluq pozulur, oxucu məyus olur.

Oğurluq ədəbiyyat – kimin yazdığında nə xoşuna gəlsə zorla, sürüyə-sürüyə gətirib özünə əsər düzəldir.

Nəhayət, ƏDƏBİYYAT ədəbiyyat. Buraya hansıları aid edəcəyinizi özünüz bilirsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Fevral 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri