Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Milli ədəbiyyatın modern nasiri

Milli ədəbiyyatın modern nasiri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yusif SƏMƏDOĞLU – 90

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan elmi sessiya keçirilib.

Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə baş tutan sessiyada əvvəlcə görkəmli yazıçının həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Mərasimi giriş sözü ilə açan akademik İsa Həbibbəyli elmi sessiyanın ölkə Prezidenti İlham Əliyevin “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” 4 sentyabr 2025-ci il tarixli sərəncamına əsasən keçirildiyini bildirib.

Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından biri, Səməd Vurğun ocağının genetik və ədəbi davamçılarından olan Yusif Səmədoğlunun yaradıcılığı barədə məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, dərin ictimai-mənəvi məzmunlu əsərləri, hekayə və romanları ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri var. Yusif Səmədoğlunun azsaylı, dərin məzmunlu hekayələri Azərbaycan ədəbiyyatının nadir nümunələri sayılmağa layiqdir.

Akademik İsa Həbibbəyli Yusif Səmədoğlunun Azərbaycanda yeni tipli ədəbiyyatın yaradılmasının aparıcı simalarından biri olduğunu qeyd edib. O, Yusif Səmədoğlunun yaradıcılığında “Qətl günü” romanının xususi yer tutduğunu vurğulayıb. AMEA rəhbəri parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanının ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırdığını söyləyib.

Ümummilli lider Heydər Əliyevin Xalq yazıçısı Yusif Səmədoğlunun yaradıcılığını daim diqqət mərkəzində saxladığını deyən AMEA rəhbəri Ulu öndərin yazıçının xəstəliyində onun müalicəsi ilə bağlı xüsusi göstəriş verdiyini və xəstəxanada Yusif Səmədoğlunu ziyarət etdiyini xatırladıb. Vurğulayıb ki, Yusif Səmədoğlunun 90 illiyi ilə bağlı imzalanmış müvafiq sərəncam Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan ədəbiyyat xadimlərinə hörmət və ehtiram ənənəsinin dövlət səviyyəsində ardıcıl şəkildə davam etdirməsinin bariz nümunəsidir.

“Azərbaycan bədii nəsrində magik realizm istiqamətli əsərləri sadalayarkən Yusif Səmədoğlunun “Qətl günü” və “Deyilənlər gəldi başa” romanları ağla gələn ilk əsərlərdəndir”, – deyən akademik İsa Həbibbəyli yazıçının yaradıcılığında folklor, mif, tənhalıq və buna bənzər magik realizmlə bağlı məsələlərin ön planda dayandığını bildirib.

AMEA rəhbəri Yusif Səmədoğlunu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan biri kimi xarakterizə edib, onun müstəqillik uğrunda mübarizədə vətəndaş-ziyalı mövqeyi ilə seçildiyini diqqətə çatdırıb.

Sonra AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli yazıçının Azərbaycan ədəbiyyatında xidmətlərindən, yaradıcılıq xüsusiyyətlərindən bəhs edib. Qeyd olunub ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu böyük bir nəsli təmsil edən istedadlı insan olub. O, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durub, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşayıb.

Xalq yazıçısı Anar Yusif Səmədoğlunun ilk irihəcmli “Qətl günü” romanını Azərbaycan ədəbiyyatının şah əsəri kimi dəyərləndirib. O, görkəmli yazıçı ilə birgə səfərlərindən, unudulmaz görüşlərindən, dostluq münasibətlərindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb.

Daha sonra şair-publisist Azad Yaşar “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin “Yusif Səmədoğlu şəxsiyyəti xatirələr işığında” adlı məruzəsini təqdim edib.

Elmi sessiyada filologiya elmləri doktoru Vaqif Yusiflinin “Qətl günü”ndən əvvəl – hekayələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Azərbaycan romanının təkamül prosesində “Qətl günü” əsərinin rolu”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Yusif Səmədoğlu mətninin poetikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Gündəliklərdən görünən Yusif Səmədoğlu” və filologiya üzrə fəlsəfə doktoru Südabə Ağabalayevanın “Yusif Səmədoğlu yaradıcılığı milli yaddaş kontekstində” adlı məruzələri dinlənilib.

Mərasimdə, həmçinin filologiya elmləri doktoru Bahar Bərdəli görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşüb.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri