Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka Elnarə Qaragözova

Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka Elnarə Qaragözova

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun «Ədəbi tənqid» şöbəsinin aparıcı elmi işçisi, fil.f.d, dosent Elnarə Qaragözovanın «Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka» yazısını təqdim edir.

Türkiyədə postmodernizm həm ədəbiyyatda, həm də incəsənətdə intensiv təzahür edir. Türk yazıçıları və sənətçiləri öz yaradıcılıqlarında müasir cəmiyyətin rəngarəngliyini vurğulayır və bu rəngarəngliyi əks etdirmək üçün müxtəlif üslub, texnika və janrları sınaqdan keçirirlər. Türkiyə postmodernizmində ənənəvi və müasir elementlərin qarışığından istifadə, simvollar və tarixlə postmodern oyun, eləcə də oturuşmuş sosial-mədəni normaların tənqidi kimi elementlər üstünlük təşkil edir. Postmodern türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Oğuz Atayın “Tutunamayanlar”, “Təhlükəli oyunlar” kimi romanları, eləcə də hekayələri postmodernizmin Türkiyə istiqamətinin parlaq nümunələridir. Oğuz Atayın “Unudulan” hekayəsi isə Türkiyə ədəbiyyatının maraqlı və çox müzakirə olunan nümunələrindəndir. Qeyd etməliyik ki, hekayədə postmodern estetika ilə yanaşı modernizmə xas elementlər də diqqəti cəlb edir. Bu elementlərin ən qabarıq təzahürü hekayədə məhz şüur seli texnikasından intensiv istifadədir. Türkiyə ədəbiyyatının digər məhşur romançısı olan Yusuf Atılqanın “Sərgərdan” (“Aylak adam”) romanı da eyni xüsusiyyətə malik bir əsər kimi diqqəti cəlb edir. Yusuf Atılqanın “Sərgərdan” (“Aylak adam”) romanı modernlə postmodern sərhəddində qiymətləndirilən bir əsərdir və bu gün də türk ədəbiyyatında Yusuf Atılganın bu romanının modernizmə yoxsa postmodernizmə aid olması ilə bağlı müzakirələr davam etməkdədir.

Oğuz Atayın “Unudulan” hekayəsi evin damındakı - çardaqdakı köhnə əşyaların arasında keşmişin qapısını tapan bir insanın monoloqundan ibarətdir. Aşağıda onu gözləyən indiki sevgilisi ilə qadının arasında bir tavan, daha doğrusu unudulan bir keçmiş dayanır. Hekayədə məkan olaraq evin çardağının - dar, tozlu bir yerin seçilməsi Frans Kafkanın modernizm estetikası ilə bənzərlik təşkil edir. Kafkanın “Proses” (“Məhkəmə”) əsərinin qəhrəmanı Yozef K. çardaqdakı dəftərxanaya gələrkən buradakı hava çox boğanaq olduğundan halı pisləşir və dəftərxana işçiləri onu bayıra çıxarmalı olurlar. Havaya çıxan qəhrəmanın halı yaxşılaşır, lakin onu çölə çıxaran dəftərxana işçiləri isə təmiz havada nəfəs ala bilmirlər. Burada ümumiyyətlə bu məhkəməyə və onun apardığı prosesə rəmzi bir işarə vardır. Yozef K. ona görə boğulur ki, bu mühitə yaddır, dəftərxana işçiləri üçün isə azadlıq, təmiz hava dözülməzdir. Frans Kafkanın əsərində ümumi kəsif dünyanın bir parçası olan məkan Oğuz Atayın hekayəsində yaddaşın məskənidir. İlk öncə uşaqlıq travmaları, ata-anası ilə bağlı xatirələr qadını öz keçmişindən diksindirir: “Dirseğiyle tozlarını sildi biraz. Beni de, kendilerini de anlamadılar. Ne kadar ağlamıştım. Aşağıda onlara bir yer bulabilirmiyim? Koridorda, sandık odasında... saçmalıyorum. Onları unutmadım, onları unutmadım. Babasının yüzünde gururlu bir somurtkanlık vardı. Aynı duvara aşamam onları. Evin düzenini hızla gözünün önünden geçirdi. Yan yana olmak istemezlerdi; mezarda bile.” Daha sonra xəyalmı yoxsa şizofrenik bir görüntü olduğu anlaşılmayan səhnə: “Feneri onun yüzüne tuttu: Aman Allahım! Eski sevgilisi yatıyordu yerde. Tozlanmış, örümcek bağlamış; tavan arasındaki her şey gibi. Kitap sandığına ve resim tahtalarına örümcek ağlarıyla tutturulmuş eski bir heykel gibi. Sağ kolu bir masanın kenarına dayalı; parmakları kalem tutar gibi aşağı kıvrılmış, boşlukta. Dizleri titredi, dişleri birbirine çarptı, ayağının altından kayıp gitti döşeme; kayarken de ayağına çarpan resim masası devrildi. Kol gene boşlukta kaldı: Örümcek ağlarıyla tavana tutturulmuştu. Bu eliyle ne yapmak istedi? Bir şeyler mi yazmaya çalıştı? Ne yazık, hiçbir zaman bilemeyeceğim. Sol el yerdeydi, bir tabanca tutuyordu. Ah! Kendini mi öldürdü yoksa? Olamaz! Bir şey yapsaydı ben bilirdim; her şeyi söylerdi bana. Öyle konuşmuştuk. Beni bırakmazdı yalnız başıma.” Aşağıda indiki sevgilisi, yuxarıda isə gəncliyindən xatirə intihar etmiş bir sevgilinin xəyalı... Əsərdə evin damındakı əşyalar, keçmiş sevgilinin xəyalı qadının şüuraltısını simvolizə edir. Qadın öz beyninin onunla oynadığı oyunun həm qurucusu, həm də qurbanı olur. Xatirələr seli monoloqla üzə çıxır, keçmişin bütün yaraları, peşmanlıqları bir tozlu çardaqda yallı getməyə başlayır. Aşağıdakı sevgilinin – şüurun səsi ilə özünə gələn qadın keçmişin tozlu kitablarını satmaq niyyətinə geri dönür, şüuraltı məğlub olur. Kafkanın qeyd etdiyimiz əsərindəki çardaqda dəftərxana yerləşir. Çünki Kafka üçün şüuraltı qanun kimi qüvvətli, öz diqtəsini yeridən bir amildir. Oğuz Atayın hekayəsində isə çardaq köhnə əşyaların saxlandığı bir yerdir. Çünki Oğuz Atay üçün şüuraltı insanın zəif nöqtəsi, unudulmağa məhkum keçmişdir.

Keçmiş heç bir zaman itmir, gözdən uzaq bir küncdə tətikdə gözləyir, zaman yetişəndə bu günü nişan alır. İnsanın keçmişi saxlama cəhdlərindən biri də gündəlik janrına müraciətdir. Maraqlıdır ki, həm Frans Kafka, həm də Oğuz Atay gündəlik janrına xüsusi maraq göstərmişlər. Kafkanın gündəliklərini maraqlı edən əsas cəhət onda şüuraltının tam çılpaqlığı ilə təzahür etməsidir. Kafkanın gündəlikləri oxucular tərəfindən əsl sənət əsəri kimi qəbul olunur. Burada həyat ədəbiyyatla qoşa addımlayır, yuxular reallığa qovuşur, şüuraltının mübhəm pıçıltıları eşidilir və oxucunu yazıçının daxili aləminə həyəcanlı səyahətə aparır. Oğuz Atayın gündəliklərində də yazıçının yaşadıqları, əsərləri və ümumən türk ədəbiyyatı, türk ziyalısı ilə bağlı fikirləri öz əksini tapmışdır. Müəyyən məqamlarda kəskin ifadə tərzi ilə seçilsə də ümumən yeni tipli ədəbiyyatın formalaşmasına mühüm təsir göstərən bu düşüncələr həm də yazıçının daxili təlatümlərini, həyatla ölüm arasındakı gəliş-gedişlərini onun öz dilindən, senzurasız oxucuya çatdırdığına görə dəyərlidir.

Xalq yazıçısı Anar “Yaşayan ədəbi dəyərlər” medalı ilə təltif edildi Geyimin əxlaqa nə təsiri var? - Elmir Həsən “Arşın mal alan” yenidən Ankara səhnəsində
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri