Icma.az
close
up
RU
Bakılı gəncin Rusiyada başına gələnlər Elnarə Qaragözova

Bakılı gəncin Rusiyada başına gələnlər Elnarə Qaragözova

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ədəbi tənqid” şöbəsinin aparıcı elmi işçisi, Fil.f.d., dosent Elnarə Qaragözovanın "Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsində mental savaş və stereotipin arxetipə dönüşümü" adlı yazısını təqdim edir.

Mədəniyyətin, tarixi şəraitin və müəyyən şərti mühitin təsiri altında formalaşan, şüurumuza nüfuz edərək dünyanı qavrayışımıza təsir göstərən stereotiplər müsbət, yaxud mənfi olmasından asılı olmayaraq dünyaya baxışı məhdudlaşdırır və qəlibləşmiş, şablon düşüncəyə, obrazlara çevrilir.

Şüurlu yanaşma və tənqidi düşüncə tələb edən, mürəkkəb və çoxşaxəli proses olan stereotiplərlə mübarizə ümumiləşdirmələrdən xüsusiləşmələrə, qloballıqdan fərdiliyə, statiklikdən dinamikliyə keçiddir. Stereotipin alt şüura keçib gələcəkdə arxetipə çerilməməsi üçün, mənfi kontekstli stereotiplərin dağıdılması üçün yeni obrazlar, yeni stereotiplər yaranmalıdır.

Bədii mətnlərdə əks olunan stereotiplər daha böyük təsirə malik olub, oxucunun dünya haqqında təsəvvürünü formalaşdıran güclü vasitəyə çevrilir. Stereotiplərdən istifadə yazıçıya oxucunu daha mütəhərrik bir şəkildə müəyyən kontekstə, auraya salmaq imkanı verir, artıq qəlibləşmiş obrazın fonundan çıxış edərək tam orijinal süjet yaratmaq, fərqli nüanslara diqqət çəkmə, vurğulama şansı yaranır. Bədii mətndə məhz stereotip obraz və düşüncəyə qarşı meydan yaradılanda müəllif ustalıqla, şablon və yenilik, qəlib və antiqəlib, şüur və altşüur arasında tarazlığı, balansı gözləyərək oxucunun gözləntiləri ilə oynaya, formalaşmış ideyaları dağıdaraq, yaxud təsdiqləyərək məlum kontekst üzərində yeni, daha mürəkkəb və çoxşaxəli obrazlar yarada bilir.

Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsi müasir ədəbi prosesdə ənənəvi nəsrimizin mövqeyinin hələ də möhkəm olduğunu və bu proza xəttinin uğurla davam etdiyini göstərən bariz bir nümunədir. Hekayənin əsas obrazı olan Bakılı gənc qonaq müəllifin prototipi kimi qəbul edilsə də, əslində, özündə Qafqaz, Şərq kişisinin ümumi obrazını təcəssüm etdirir.

Günəşli, qaynar Qafqazın övladı soyuq, yağışlı, Sankt-Peterburqa qədəm basdığı andan öz stereotiplərinin təcəllisini görmək arzusu və reallıq arasında çırpınır. Onun aləmində "Piterə həmişə qar yağır" və qarın yağmamasından pəjmürdə olmasının altında əslində öz mental yaddaşında qoruduğu mənzərənin pozulması qorxusu dayanır. Sevgisinə isindiyi Svetanı da, əslində, stereotip bir obrazda gördüyü üçün onunla münasibətini ciddi qəbul edə bilmir. Svetanın bacısı İrina da məhz bu stereotipi onun üzünə vurur:

"Siz niyə elə bilirsiz ki, rus qızları ancaq əylənmək üçündü? – budəfəki sualında inciklik hiss olundu.

– O nə sözdü? Mən elə fikirləşmirəm".

Hekayənin qəhrəmanı burada əks tərəfin stereotip düşüncəsi ilə üz-üzə gəldiyi üçün dərhal müdafiəyə keçir. Amma əslində bu suala verəcək bir cavabı yoxdur. Çünki hər iki cəmiyyətin uzun illər ərzində formalaşmış, qəlibləşmiş düşüncəsi bu suala cavab yeri qoymur. Çünki hər iki stereotip təfəkkür qarşı cəbhənin xarakterik xüsusiyyətlərini, obrazını teorem kimi yox, hipotetik şəkildə qavrayır. İzaha, mizaha, isbata gərək yoxdur. Qəhrəmanın hekayənin əvvəlində Svetaya verdiyi sual da, əslində, onun öz içindəki obrazın doğruluğuna bir daha əmin olmaq ehtiyacından doğur:

" – Ora İsakiev kilsəsidi. On doqquzuncu əsrdə tikilib... qırx ilə! Həm kilsədi, həm də muzey, – əli ilə ehtişamlı, qızılı günbəzli kilsəni göstərdi.

– Pravoslav kilsəsidi? – ağlıma gələn ilk sualı verdim.

– Əlbəttə! – təəccüblə mənə baxdı. Söhbətimiz kəsildi".

Gəncin "ağlına gələn ilk sual" əslində elə təhtəlşüurdan gələn doqmadır. Təhtəlşüur qorxur ki, birdən Piterə həmişə qarın yağması kimi bu doqma da səhv çıxar. Qəhrəmanı təəcübləndirən əsas məqamlardan biri də qonaq qaldığı evdə yeni il ağacının olmamasıdır. Axı bu necə ola bilər? Çar Rusiyasının, sonra isə Sovet İttifaqının mirası kimi qavradığımız yeni il ağacının ona doğma məkanda olmaması qəhrəman üçün ağlasığmazdır.

Hekayənin qəhrəmanı şüurunun, təhtəlşüurunun yaşatdığı obrazın dağılmasına dözə bilmir. Və məhz onun təklifi ilə yeni il ağacı alınır:

"– Sizin evdə yolka yoxdu? – soruşdum.
– Deyəsən, yoxdu, – bir az fikirləşib cavab verdi.

– Yolkasız bayram olar?! Gəl, balaca da olsa, birini alaq.

Etiraz eləmədən razılaşdı, böyük suvenir mağazalarından birinə girdik. Yolkanı mən, bəzəklərini və işıqlarını Sveta seçdi".

Hekayənin qəhrəmanı üçün Sveta sadəcə bir şimal şəfəqidir, onun saf görünən sevgisinin xəyanətkar potensiallı olması da Piterə daim qarın yağması qədər böyük bir ehtimaldır. Bu ehtimalı yoxa çıxaracaq yeganə məqam Piterə qarın yağmamasıdır. Və hekayənin qəhrəmanı Svetanın otağındakı naməlum kişi ilə qucaqlaşdığını əks etdirən şəkli gördüyünü məhz Piter qarını görənə qədər görməzdən gələ bilir, ancaq o məqama qədər susa bilir:

"Qarın içində itən baxışlarımı bəyaz ənginlikdən güclə yayındırıb Svetaya zilləndim:

– O şəkildəki kişi kimdi?".

Beləliklə, Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsi yalnız mövzu, dil və üslub baxımından ənənəvi, doğma deyil. Əslində bizə, oxucuya doğma gələn əsas məqam mətnin alt qatı, təhtəlşüurdan gələn obrazlar, hər iki cəmiyyətin yaradıb yaşatdığı stereotiplərdir.

Ulucay Akifin yaratdığı qəhrəmanın ən əsas, ən önəmli, yeni və fərqli cəhəti isə obrazın öz içində ikiləşməsi, ənənəvi düşüncə ilə yeni baxış cəhdinin çarpışmasını göstərə bilməsidir. Qəhrəmanın altşüuru ilə şüuru savaşır, sonda yenə də kiçik bir qığılcımla, bir simvolla – Piterə səfərin əvvəlindən gözlənilən qarın yağması ilə altşüur önə keçir, stereotipin arxetipə doğru yolu başlayır.

“Mənə Şəhrizadın nağılın danış” adlı kitab çap olunub Detektiv roman oxumaq ayıbdırmı? - Qismət Rüstəmov Siyahıdan silinən ulduz - Rafael Hüseynov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri