Icma.az
close
up
RU
“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu Elnarə Qaragözova

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu Elnarə Qaragözova

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Kamal Abdullanın "Beyrək" pyesi haqqında Elnarə Qaragözovanın "“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu: xor və yum dekonstruktiv kontekstdə" adlı yeni məqaləsini təqdim edir.

Postmodernizm bütün sakrallaşmış narrativləri şübhə altına alır, miflərlə, dastanlarla, antik mətnlərlə postmodern oyun quraraq oynayır, onları yenidən şərh və dekonstruksiya edir. Mətnə bu cür postmodern yanaşma müəllifə zamanın doqmatik qavrayışlarından azad olmaq və onun yeni şərhlərini yaratmaq imkanı verir. Azərbaycan postmodern ədəbiyyatında aparıcı mövqedə duran Kamal Abdulla yaradıcılığında bu məqamlar yalnız nəsr və poeziyada deyil, dramaturgiyada da öz parlaq əksini tapır.

Kamal Abdullanın “Kim deyir ki, Simurq quşu var imiş”, “Ruh“, “Pis kişi”, “Yağmurlu gecələr” və “Elə bil qorxa-qorxa”, “Bir,iki–bizimki!”,"Casus", “Şah İsmayıl, yaxud hamı səni sevənlər buradadır” kimi dram əsərləri Azərbaycan postmodern dramaturgiyasının mərkəz xəttini təşkil edən əsərlərdir. Kamal Abdulla yeni “Beyrək” adlı pyesində də “Kitabi Dədə Qorqud” motivlərinə yeni zamanın – XXI əsrin mətn tendensiyaları ilə yanaşaraq postmodern Azərbaycan dramaturgiyasının növbəti nümunəsini yaratmışdır. “Beyrək” dramında ilk diqqəti cəlb edən şaman rəqsidir. Belə ki, qara çadıra etiraz edən Baybura ilə Baybecan dastanda Dədə Qorqudun məsləhəti ilə yetim sevindirməklə, qurban və dua ilə övlad sahibi olurlar. Pyesdə bu məqam bir qədər fərqli təqdim olunur. Kamal Abdulla tanrıdan övlad istəmə ritualına şaman rəqsi də daxil etməklə orijinal dastan mətninin bizə çatan yazılı mətndən daha qədim olduğuna dair mesaj verir: “Qazan. (naiblərə) Gedin, çağırın dədə gəlsin. (Bəylərə) Siz də tanıq olun, o da tanıq olsun. Gəlin, gəlin tanrıya dualar edək. Bəlkə Allah-taala Baybecan bəyə bir qız övlad, Baybura bəyə də bir oğlan övlad verə. Bunlar dəxi muradlarına yetişsinlər. Bəylərdən bir-ikisi səhnədən çıxır. Digər bəylər rəqs edə-edə dua edirlər.”

Pyesdə orijinal mətnin incə bir şəkildə dekonstruksiyası bir çox məqamda qarşımıza çıxır. Biz bu yazımızda pyesdə diqqət cəlb edən belə məqamlardan birinin - pyesə milli dramlar üçün qeyri-ənənəvi olan xorun daxil edilməsi üzərində dayanacağıq. Öz kökünü qədim yunan faciəsindən başlayan xor həmin dövrdə əsərdə keçmişin əks-sədası olduğu qədər, gələcəyin xəbərçisi kimi də çıxış edirdi. Daha sonrakı dövrlərdə xor elementinin qədim yunan dramaturgiyasındakı funksiyasında daha az istifadə edilsə da, onun əsərin məğzinə təsir potensialı sonralar da öz əhəmiyyətini saxlaya bildi. Məsələn, Bertolt Brextin "Kuraj ana və uşaqları" əsərində xor hadisələri şərh edir və tamaşanın müharibə əleyhinə mesajını vurğulayırdı. Müasir dramatik mətnlərdə də xor tamaşaçını mətnin alt qatına yönləndirərək geniş sosial və siyasi kontekstlərə diqqət çəkir. Postmodern dramaturgiyada xor tam yeni və gözlənilməz rolda çıxış edərək milli ədəbiyyatda möhkəmlənmiş ənənəvi formanın quruluşunu dekonstruksiya etmək üçün də istifadə edilir. Kamal Abdullanın “Beyrək” pyesində biz xorun əsərin teksturasında yalnız formal element kimi qalmadığını, əksinə əsərə birbaşa müdaxilə edərək müxtəlif funksiyaları yerinə yetirdiyini müşahidə edirik. Əsərin əvvəlində xor Dədə Qorqudun kəlamlarını ifa edir, Baybura və Baybecanla birgə xudaya dua edir.Pyesin kulminasiya nöqtəsinə yaxınlaşdıqca xor daha da aktivləşir, presmologiyaya keçir, gələcək taleyi haqqında Beyrəyə xəbər verir. Maraqlıdır ki, pyesdə qəhrəmanla xorun qarşılıqlı dialoqu da önə çıxarılır. Bu dialoqun yaranmasının səbəbkarı da məhz xor olur. Belə ki, “Beyrək ” pyesindəki xor yalnız gələcəyi xəbər verməklə öz işini bitmiş bilmir, qəhrəmana məsləhət vermək üçün onunla birbaşa dialoqa girir. Belə ki, gələcəklə bağlı xorun xəbərdarlığına və Banuçiçəyə sevdasından əl çəkmək məsləhətinə Beyrək qəti şəkildə etiraz edir:

“ Xor:
.....
İgid Beyrək!
Bəlkə sən bu sevdadan əl çəkəsən?!
Bir kənara çəkiləsən?!
Bu yolda səni nə gözlər, bilməzsən.
On altı il qürbət eldə həbslərdə çürürsən,
Oğuza geri gəlməzsən.
İgid Beyrək, bəlkə sən
bu sevdadan vaz keçəsən, çəkiləsən?!
Beyrək. (Banuçiçəyə bir daha diqqətlə baxır, sonra Xorun qarşısına gəlir, Xora) Yox! Yox!! Bir dəxi yox!!! Vaz keçməm”.

Daha sonrakı bölümlərdə xorun Bayburdla dialoqundan onun nəinki gələcəyi görmək, qəhrəmana məsləhət vermək, hətta əsərdə konflikt yaratmaq funksiyası da meydana çıxır. Casusla birgə nifaq yaratmaq üçün hərəkətə keçən xor bu məqamda əsərin əsas mənfi qəhrəmanlarından birinə çevrilir:

Casus. Olarmı, Bayburd məliyim, sözlə yox, hərəkətlə söyləyim?!
Bayburd. O necə olur?!
Musiqi səslənir. Casus rəqs edir. O rəqs etdikcə...
Xor. Bayburd bəyi, bilirmisən, nələr oldu?!
İç Oğuzda qanlı düyün quruldu.
Beyrək sabah gecə gərdəyə girir
Bayburd. Girsin. Mənə nə?!
Xor. Baybura oğlu Beyrək
sabah gərdəyə girir.
Bir sor kiminlə girir?!

Bu funksiyası ilə xor həm də gələcəkdə baş verəcək İç Oğuz Dış Oğuz konfliktinin də başlanğıcını qoyur, həmin konfliktdə də öz rolunu məharətlə ifa edir. Burada bir məqamı da vurğulamaq yerinə düşər. Xorun pyesdə bu şəkildə aktivliyi antik dramaturgiyadan gələn məqamlarla yanaşı postmodern poetika ilə də əlaqəli bir məqamdır. Klassik dramaturgiyada mövcud olan aktyorlar və tamaşaçılar arasındakı görünməz “dördüncü divar” postmodern dramaturgiyada çöküşə uğrayır və aktyorlar birbaşa tamaşaçılara müraciət, baş verənləri şərh, hətta müəlliflə mübahisə kimi üstünlüklər əldə edirlər.

Əsərin sonunda Dədə Qorqudun yum yumlaması ilə xorun nəğməsi sintez şəklində təqdim edilir. Kamal Abdulla bu məqam vasitəsilə Kitabi Dədə Qorqud boyları ilə yunan mif-dramları arasındakı oxşarlığı poetik element səviyyəsində oxucuya çatdırır.

Beləliklə, postmodernizmdə dramla epik mətnin kəsişmə nöqtəsində insan, eləcə də onun tarixdə, mədəniyyətdəki yeri haqqında yeni narrativ yaranır. Bu narrativ müəllifin ironiya, parodiya və oyundan istifadə edərək xaosda kosmosu axtarmaq cəhdidir. Kamal Abdullanın “Beyrək” pyesində də isə bu postmodern axtarış yalnız epos və dram kontekstində deyil, həm də antik yunan mətni, qədim türk epos ənənəsi və müasir postmodern poetika kontekstində reallaşır.

Məni o kanala dəvət etdilər və aldatdılar Labroides - Nahid Hacıyevin yeni hekayəsi Məşhur aktyorun həyat yoldaşı vəfat edib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Aprel 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri