Postmüharibə dövründə 26,2 min şəxsin məşğulluğuna dəstək göstərilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 12,4 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Onlar aktivlərlə təmin edilərək özlərinə kiçik bizneslər qurublar.
Proqrama cəlb olunanların qalan hissəsi isə münasib iş yerləri ilə təmin edilib, habelə peşə hazırlığı kurslarına göndərilib. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı üçün də işlər görülüb.

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 25 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib AZƏRTAC
10 Yanvar 2025 15:56
Suriya postmüharibə dövründə FOTO
06 Yanvar 2025 16:53
Postmüharibə dövründə Azərbaycan diasporu
15 Aprel 2025 15:35
Postmüharibə dövründə sosial dəstək paketi 130 min şəxsi əhatə edib AZƏRTAC
27 Dekabr 2024 15:04
525 ci qəzet Postmüharibə dövründə sosial dəstək paketi 130 min şəxsi əhatə edib
28 Yanvar 2025 12:18

