Icma.az
close
up
RU
Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 25 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib AZƏRTAC

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 25 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 yanvar, AZƏRTAC

Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 25 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Qarabağ KOB-ları” layihəsi ilə bağlı keçirilən tədbirdə bildirib.

Nazir qeyd edib ki, onlardan 12 min nəfəri özünüməşğulluq proqramına, 1054 nəfəri peşə hazırlığına cəlb edilib, digərləri münasib işlə təmin olunub, özünüməşğulluq proqramı çərçivəsində sosial tərəfdaşlarla birgə həyata keçirilən layihələr üzrə 524 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik təsərrüfatları yaradılıb.

O, 2023-cü ildə icrasına başlanılan “Qarabağ KOB-ları” layihəsinin şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstək verilməsində əhəmiyyətini qeyd edib.

KOBİA tərəfindən təşkil olunan təlimlərlə layihə iştirakçılarının biznes biliklərinin və bacarıqlarının artırıldığı diqqətə çatdırılıb. İcra edilmiş və icrası davam edən layihələr çərçivəsində 130 nəfərin xüsusi biznes təlimlərdən faydalandığı, onlardan 94 nəfərin Dövlət Məşğulluq Agentliyi tərəfindən aktivlər verilməklə kiçik bizneslərinin qurulduğu bildirilib.

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı məşğulluq tədbirlərindən də bəhs olunub, həmin sakinlərdən iqtisadi fəal əhalinin artıq 86 faizinin məşğulluğunun təmin edildiyi qeyd olunub.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclis sədrinin müavini Musa Qasımlı, habelə digər hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, proqrama cəlb olunan şəxslər iştirak ediblər.

“Qarabağ KOB-ları” layihəsi çərçivəsində şəhid ailələri və müharibə iştirakçıları, ailə üzvləri arasından seçilmiş namizədlərə biznes təlimləri, eyni zamanda peşə təlimlərinin keçirildiyi qeyd olunub. Bakı, Gəncə şəhərləri, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Bərdə, Goranboy, Laçın və Füzuli rayonlarını əhatə edən layihə üzrə ümumilikdə 120 yeni KOB subyektinin yaradıldığı diqqətə çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri