Icma.az
close
up
RU
Poz qazan! , vur dolsun qazan! Dəhşətli faktlar Yeni Gündəm

Poz qazan! , vur dolsun qazan! Dəhşətli faktlar Yeni Gündəm

Yenigundem saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

«Satılan hər 100 kartdan qazanılan 7 manatın da yarısını kəsirlər və bu azmış kimi, üstəlik, hər bir satıcı ayda “Azərlotereya”nın hansısa departamentinə adı məlum olmayan şəxsi karta 91 manat pul ödəyir…»

Gələk birbaşa mətləbə: Sovet dövründə də lotereyalar oynanılırdı. 30 qəpiklik adi, 50 qəpiklik isə OADKYC (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti-Rus dilində «DOSAAF) lotereyaları var idi. Bu lotereyalar cəmiyyətdə çox obyektiv və düzgün qarşılanırdı. Çünki həmin lotereyalarla həm varlılar, həm də kasıblar nəsə uda bilirdilər. Kasıblar maşın udanda isə, varlılar həmin lotereyanı üçqat qiymətinə alırdılar. Çünki nə vaxtsa həbs olunma təhlükəsi olardısa, evi, əmlakı məhkəmə qərarı ilə müsadirə olunan zaman lotereya ilə udulmuş maşına dəymirdilər. Qısası, o dövrdə əhalidə bu lotereyalara böyük inam var idi. Uduşda maşından tutmuş, mebellərə, paltarlara və digər məişət avadanlıqlarına qədər, hər şey var idi. Hətta uduşda nağd pullar da olurdu. Özüm də bu uduşların şahidi və iştirakçısı olmuşam.

Müstəqillik dövründə isə bir çox lotereya oyunlarını görmüşəm və açığı, bunlara heç vaxt inamım olmayıb. Son illər isə “Azərlotereya” ASC-nin “Poz qazan” adı altında”Tap qazan”(bunu nədənsə sonradan satışdan çıxartdılar) “Qızıl-9” və s. lotereya oyunları Bakı şəhərini və kəndlərini başına götürüb.

Özü də bu oyunlara ən çox aludə olan da binəva kasıb-kusublardır. “Bəlkə də bəxtim gətirdi” prinsipi ilə hər bir kasıb ən azından belə lotereyaların gün ərzində 3 və ya 4 ədədindən istifadə edir. Ən çox da guya 25 min manat uduşu olan 1 manatlıq kartlardan istifadə olunur. 2 manatlıq kartlarda 50, 3 manatlıq kartlarda 75, 5 manatlıq kartlarda 100, 10 manatlıq kartlarda isə, yalan olmasa, guya 500 min manat uduşlar var.

Pozub qazanma, yoxsa, yazıb pozulma???
Bu dəfə redaksiyaya daxil olan şikayət və ya müraciətləri araşdırmaq, aydınlıq gətirmək üçün Bakının bir çox yerlərində həmin lotereyaları satanların yanında durub pozan müştəriləri müşahidə etməli oldum… Açığı, özüm də həvəslənib, banka borclu olduğumdan, “Bəlkə qazandım” arzusu ilə bu oyuna qoşularaq, bu dəfə qurbanlardan biri oldum. Məsələn, iki il ərzində, az da olsa inanmışam ki, bəlkə növbəti dəfə bəxtim gətirdi. Iri məbləğdə olan uduşlara qətiyyən ümid etməmişəm. Fikirləşmişəm ki, bəlkə 100, 1000 manat uda bildim. Aylarla bu uduşları nə özümdə, nə də başqalarında görmədiyimdən ümidimi 5, 10, ən çoxu isə 20 manatlığa bağlamışam. Həftədə 10-12 manat bu oyunlara pul xərcləmişəm ki, bəlkə hansısa bir uduşum oldu. Amma və lakin…

Udub-uduzanların «Poz-qazan!» şəhəri…
Bu iki il ərzində inanın ki, nə mənə, nə də bir başqasına 20 manatdan yuxarı uduş düşməyib. Mənə cəmi 2 dəfə 20 manat düşüb. Nadir halda isə 1, 2, 3, 5 manatlıq uduşlar olub. Yəni, uduş bu məbləğlərdə olur. Artıq adamda şübhə yaranır ki, bu kartları mikroskopdan keçirib satışa buraxırlar. Ona görə də sonuncu manatını böyük ümidlə bu kartlara verən bədbəxt kasıb müflis olmasın, neyləsin…

***
…Burada bir maraqlı məqamı qeyd etmək istəyirəm. Həmin biletlərin sağ tərəfində “Bonus oyunu” deyilən yeri pozanda pul şəkli çıxsa, deməli, onun altında yazılan məbləği udmuş olursan. Çox vaxt isə həmin yerdən çətir, boyunbağı, at nalı, zər, tac və digər əşyaların şəkli çıxır. Altından yenə də 1, 3, 5, 10, 20 manat və sair rəqəmlər yazılmış olur. Bu lotereyanı dizayn edənlərin bir qram da olsun dəqiqliyi yoxdur. Əgər pul şəkli çıxıb, altında hansısa rəqəm varsa, deməli, həmin məbləğdə pulu udmusan də! Amma çətir şəklinin altında müxtəlif uduş rəqəmlərini yazmağın nə mənası var? Onsuz da çətirin altından çıxan rəqəm uduşlu deyil. Yaxşı olmazmı ki, həmin bonus yerində çıxan şəklin altında heç bir rəqəm olmasın! Yalnız pul şəkili çıxanda, müştəri onun altındakı rəqəmli pulu udduğunu biləcək. Əgər uduş üçün pul şəkli yoxdursa, çətirin altında 5 manat, 10 manat yazmağın mənası yoxdur!

Kim uduzdu, kim uddu…
İndi keçək mətləbə: dediyim kimi, araşdırma yazı hazırayıb bəzi mətləblərə aydınlıq gətirilməsi üçün bu biletlər satılan yerlərdə çoxsaylı müşahidələr aparmışam, şəkillər çəkmişəm. Neçə ay ərzində apardığım müşahidələr zamanı bircə dəfə də olsun iri məbləğdə pullar udan görməmişəm. Düzdür, ara-sıra eşidirəm ki, kimsə guya 25-50-100 min manat udub. Nəyə desəniz and içərəm ki, bunlar hamısı feykdir, ya da… o söz! Həmin “şanslı” adamlar niyə mediada sevincini bəzi klipli müğənnilər kimi paylaşmırlar, kimliklərini aydın şəkildə ictimaiyyətə açıqlamırlar???

Məsələ ondadır ki, imkanlıların onsuz da bu məbləğlərə ehtiyacı yoxdur. Çünki hər birinin korrupsiya və rüşvət yoluyla qazandıqları milyonlar var. Nəyinə lazımdır onlar üçün “semiçka pulu” olan 50 və ya 100 min manat? Amma o yazıq kasıbların 10-20 manata da ehtiyacları var. Elə bu “Poz-qazan” lotereyasını yaradıb, ortaya çıxardanlar da yalnız kasıblara “stavka” ediblər. Kasıblara da ki, bir hay lazımdır. İşsiz olduqlarından bütün günü düşürlər bu “Poz-qazan” lotereyalarının canına ki, guya onlar da nə vaxtsa, varlanacaqlar. Amma onların pulu ilə bəzi işbazlar babat varlanmayqdadırlar…

***
Çox təəssüf ki, bu lotereyaların tirajlarından məlumatım yoxdur və bunu öyrənmək də mümkün deyil. Amma axtarışlarımdan və sosial şəbəkələrdən öyrənmişəm ki, bu “Poz-qazan” lotereyasını buraxanların illik qazancı 628 milyon manatdır. Təsəvvür edirsinizmi? Onun kağızını və mətbəə xərclərini nəzərə alsaq, az qala “semiçka” puludur. Amma qazanca fikri verin – 628 milyon manat! Bu çox böyük rəqəmdir. Heç bir istehsal sahəsi olımayan, hansısa bir məhsul istehsal etməyən, adi kiçik bir kağız parçası ilə bir ildə 628 milyon manat qazanılması heyrətamizdir.

Dövlətə nə qədər vergi verilirsə, bu da məlum deyil. Məlum olan odur ki, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”. Bu “Poz qazan” lotereyasının çanağı kasıbların başında çatlayır. Məhz o kasıbların sayəsində bu varlılar kapitallarını daha da artıraraq, necə deyərlər, qaz vurub, qazan doldururlar.

Bir çox instansiyalara müraciət etsəm də, bu, qazan dolduran “Poz-qazan”nın sahibinin kim olduğunu müəyyən edə bilmədim. Bu oyunun başında duran məmur kimdirsə, bəlli deyil…
***
Azərbaycanda qumar oyunları rəsmi qaydada qadağan edilib. Amma bu “Poz-qazan” lotereyaları elə əsl qumar oyunudur ki, var. Yəni, cüzi pula “stavka” etməklə milyonlar qazana bilirlər. Düzdür, “Azərlotereya” ASC rəsmi qurum sayılır.
Bəs əmək qanunvericiliyinə “Azərlotareya” ASC-də necə əməl edilir?
Araşdırmamıza əsasən demək olar ki, bu qurumda əmək qanunvericiliyinin heç bir bəndinə əməl olunmur. Məlumat üçün deyim ki, Bakının küçələrində, ətraf qəsəbə və kəndlərdə, həmçinin rayonlarda bu kartları satanların sayını müəyyən etmək mümkün deyil. Belə insanların sayı minlərlədir. Bu insanların heç birinə aylıq əmək haqqı verilmir. Maraqlı deyilmi? Qeyd etdiyim kimi, qazanc ildə 628 milyon manatdır. Amma bu puldan heç kimə əmək haqqı nəzərdə tutulmur. Üstəlik, bu işçilərlə heç bir əmək müqaviləsi də bağlanmır. Bu isə açıq-aşkar vergidən yayınma və korrupsiya faktı deyilmi? Əlbəttə, məhz belə qanusuzluqların sayəsində bu oyunun arxasında duran işbazın bir ildə 628 milyon manat qazanması təəccüb doğurmamalıdır… Çünki uduşa pullar qoymur, ona bu milyonları qazandıranlara isə, əmək haqqı verilmir. Belə olan surətdə də kasıbların hesabına pullar sel kimi gələcək və necə ki, gəlir.
«Poz-qazan»ın sirri açılır…
Araşdırma zamanı müəyyən etdim ki, bu kartları satanlar hər satılan 100 kartdan 7 manat, kart sahibləri isə 93 manat qazanır. Gün ərzində yağışdan sonrakı göbələklər kimi artmış bu dəmir köşklərin hər birində 400, 450 və 500 ədəd birmanatlıqdan 10 manatlığa qədər olan kartlar satılır. Bu satışdan satıcılara əmək haqqı olaraq qazandıqları 7 manatdan yox, yuvarlaqlaşdırıb 400-dən 500 manata qədər pul verirlər. Yəni, satılan hər 100 kartdan qazanılan 7 manatın da yarısını kəsirlər və bu azmış kimi, üstəlik, hər bir satıcı ayda “Azərlotereya” ASC-nin hansısa departamentinə “KapitalBank»dan olan şəxsi karta 91 manat pul ödəyir. O da maraqlıdır ki, heç kim də onlara demir ki, bu 91 manat nədir və nə üçün ödənilir? O da təəccüblüdür ki, həmin 91 manatı ödəmək üçün satıcılara verilmiş 16 rəqəmli kodu yığanda heç bir ad, soyad çıxmır. Pul banka yox, adı məlum olmayan şəxsin hesabına ödənilir. Bu şəxsi heç satıcılar da tanımır. Qədimlərdə yığılan “dinmə, ver” töycüsü kimi, həmin şəxs də satıcıları beləcə soyub, talayaraq, qul kimi istismar edir. Özü də yüksək texnologiyalar dövrü olan XXI əsrdə, belə talançılığı etməyə risk edirlər. Bu faktlardan korrupsiya iyi gəlmirmi? Bəs Dövlət Vergi Xidməti hara baxır? Əmək müfəttişləri də yəqin uzun müddətli “ezamiyyətə çıxıblar…”.

Hamının gözü qarşısında baş verən bu boyda cinayətləri niyə görmək istəmirlər? Axı şəhərin bütün nöqtələrində bu lotareyaları satanların heç bir zvzr müqaviləsi yoxdur, az olan əmək haqqı nağd şəkildə verilir, pullar bank hesablarına yox, adı məlum olmayan şəxsi kart hesabına ödənilir və s. Bunu bizə söyləyən satıcılar var… Daha nə baş verməlidir ki, sadladığım qurumlar qanunsuzluqları aradan qaldırmaq üçün hərəkətə keçsinlər? Maraqlıdır, deyilmi? Yayın istisində, qışın soyuğunda, səhərdən axşama qədər açıq havada bir tikə çörək puluna görə dözüb dayanan bu insanları anlamaq çətindirmi?

Bi məqamı da qeyd etmək istəyirəm. Qiymətindən asılı olmayaraq, hər bir kart bağlamada 200 ədəddir. Həmin bağlamaya satıcılar 186 manat verib hansısa adını bilmədikləri departament rəsmisindən qəbul edirlər. Qazancları isə zəhmət haqqına uyğun olmur. Satıcılarla etdiyim söhbətdən aydın olur ki, onlarla əmək müqaviləsi yox, bu lotareyaları satmaq üçün adi bir müqavilə bağlanır. Deməli, bu yazıq insanlar üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) heç bir pul köçürülmür. Bu isə o deməkdir ki, pensiya yaşına çatanda əməyə görə yox, yaşa görə çox cüzi məbləğdə pensiya alacaqlar. Bu gün qazandıqları 3-5 manata “şükür” edənlər, gələcək həyatlarının problemlərini düşünmürlər. Amma onları qınamağın da yeri yoxdur. Bu satıcılar haqqında onları qul kimi işlədən, özləri isə bir ildə 628 milyon manat qazanan “Azərlotareya” ASC-nin sahibləri düşünməlidirlər.

Bundan əlavə, hamının gözü qarşısında minlərlə insanı müqaviləsiz işlədərək vergidən yayınan bu qurumun qanunsuzluğuna göz yuman Dövlət Vergi Xidməti, Əmək Müfəttişliyi də öz sözünü deməlidir. Baş Prokuror yanında Korrupsiyaya Qaşı Mübarizə Baş idarəsinin rəsmiləri, nəhayət, yerindən silkələnməli və üzünü baş verən korrupsiya faktına tərəf çevirməlidir.

Yazımı türk dünyasının nəhəng şairi Bəxtiyar Vahabzadənin 1996-cı ildə yazdığı “Vaydır əkdiyiniz” şeirinin 1-ci və sonuncu bəndləri ilə tamamlayıram:

“Ey cibləri dolu, ürəyi boşlar,

Ey sərvət dəlisi, köhnə naxoşlar…».

Nə isə…

Elçin MƏMMƏDLİ
/tezadlar.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 23 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see177

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see166

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see159

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see124

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see122

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see121

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see118

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see117

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri