“Praktik kommunikasiya bacarıqları” mövzusunda təlimlər keçirilir
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Praktik kommunikasiya bacarıqları” mövzusunda təlim keçirilib.
Newscenter.az xəbər verir ki, ikigünlük təlimlərdə ümumi təhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.
Təlimdə BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova “Praktik kommunikasiya bacarıqları” mövzusunda təqdimatla çıxış edib.
Həmçinin təlim zamanı kommunikasiya anlayışı, sözsüz ünsiyyət, səs tonu və bədən dili, kommunikasiyanın funksiyaları, effektiv ünsiyyətə mane olan amillər, kommunikasiya istiqamətləri, mesaj və vasitə uyğunluğu, müasir kommunikasiya problemləri, eləcə də təşkilati kommunikasiya ilə bağlı məsələlər müzakirə olunub.
İştirakçılar effektiv ünsiyyətin idarəetmə prosesindəki əhəmiyyəti barədə məlumatlandırılıblar.
Təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:Bakıda Beynəlxalq Elmi Praktik Konqres keçirilir
19 Dekabr 2025 10:34
İnformasiyalaşdırma və Kommunikasiya: PR mühitində nəzəri və praktik fərqlər
05 Mart 2026 18:14
“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər keçirilir
27 Yanvar 2026 10:08
İçərişəhərdə turizm bələdçiləri üçün elmi praktik təlim keçirilir
23 Fevral 2026 12:16
ELMİ PRAKTİK KONFRANS
17 Aprel 2025 13:14
Baxış sayı:156
Bu xəbər 11 İyun 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















