Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

İçərişəhərdə turizm bələdçiləri üçün elmi praktik təlim keçirilir

İçərişəhərdə turizm bələdçiləri üçün elmi praktik təlim keçirilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 fevral, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən muzey-sərgi zalında “Milli, maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda elmi-praktik təlim-treninq təşkil olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə birgə təşkil edilən tədbirin əsas məqsədi turizm bələdçilərinin peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulamaq, mədəni irsin elmi əsaslarla şərhini təşviq etmək və müasir bələdçilik yanaşmalarını ictimai müzakirəyə çıxarmaqdır. Təlimlər gənclərin inkişafını və praktiki təcrübə qazanmasını dəstəkləyən “Könüllülük Proqramı” çərçivəsində institutun yeni yaradılmış Arxeoloji Dərnəyinin fəal iştirakı ilə keçirilib.

Tədbirin mahiyyəti və aktuallığı barədə məlumat verən institutun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov maddi-mədəni irsin qorunması, elmi əsaslarla təqdim olunması və cəmiyyətə düzgün çatdırılması məsələlərini vurğulayıb.

İnstitutun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova, ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının professoru Lətifə Summerer, ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Əli Abuzərov turizm bələdçilərinin milli kimliyin təbliği və ölkənin beynəlxalq imicinin formalaşdırılmasındakı rolunu xüsusi vurğulayıblar.

Tədbirdə “Arxeoloji qazıntıdan arxeoturizmə və muzey arxeologiyasına”, “Müasir bələdçilik fəaliyyəti və kommunikasiya bacarıqları”, “Muzeylərdə arxeoloji irsin tədrisi - elmi-metodik yanaşmalar və perspektivlər”, “Muzeylərdə maddi-mədəniyyət nümunələrinin düzgün tanıdılması”, “Tarixin canlı səsi: peşəkar muzey bələdçisi”, Bələdçinin uğur modulu nədir?” mövzularında məruzələr dinlənilib. Çıxışlarda axeoloji tədqiqatların əhəmiyyəti, arxeoloji irsin turizm potensialı və muzey mühitində təqdimat mexanizmləri barədə geniş elmi məlumat verilib. Bələdçilərin peşəkar etikası, auditoriya ilə effektiv ünsiyyətqurma bacarıqları və beynəlxalq standartlara uyğun fəaliyyət prinsipləri barədə fikirlər bölüşülüb. Qeyd olunub ki, bələdçi yalnız məlumat ötürən şəxs deyil, həm də tarixi yaddaşın daşıyıcısı və auditoriya ilə mədəni dialoq qurmağı bacaran peşəkar kommunikator olmalıdır. Müasir bələdçinin peşəkar inkişaf modeli, kommunikasiya bacarıqları, etik davranış prinsipləri və auditoriya ilə interaktiv əlaqə qurma üsullarından söz açılıb. Məruzələrdə muzeylərin təhsil prosesində rolu, arxeoloji eksponatların elmi-tədris potensialı və “muzey - tədris laboratoriyası” modeli barədə ətraflı məlumat verib. Bildirilib ki, eksponatların elmi interpretasiyası, təqdimat dili və terminoloji dəqiqlik məsələlərinə toxunub.

İştirakçılar arasında turizm bələdçiliyinin elmi-metodik əsasları ətrafında fikir mübadiləsi aparılıb.

Təlim-treninqlər fevralın 24-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri