Icma.az
close
up
RU
Premyer liqa çempionu cəmi ikinci dəfə bu cür aqibətlə üzləşdi

Premyer liqa çempionu cəmi ikinci dəfə bu cür aqibətlə üzləşdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

''Liverpul'' qəribə mövsüm keçirməkdə davam edir. İlk baxışdan son çempion statusunda olan komanda üçün mövsüm heç də pis başlamamışdı.

Superkubokda penaltilər seriyasında ''Kristal Pelas''a uduzmaqla ''futbol ili''nə başlayan mersisaydlılar sonrakı ardıcıl 7 rəsmi oyundan qələbə ilə ayrılmışdılar. Özü də komandanın tez-tez xarakter nümayiş etdirməsi diqqət çəkirdi. ''Qırmızılar'' bu 7 qələbədən 6-da həlledici qolları 80-ci dəqiqədən sonra vurmuşdu. 3-də isə ümumiyyətlə qələbə qolları əsas vaxta əlavə olunmuş dəqiqələrə təsadüf etmişdi. Amma son oyunlarda tamamilə əks bir mənzərə izləyirik.
Ötən həftə ''Kristal Pelas''a, həftəiçi Çempionlar Liqasında ''Qalatasaray''a uduzan ''Liverpul'' dünən də ''Çelsi''yə boyun əydi. Özü də komanda son iki premyer-liqa matçında 90-cı dəqiqədən sonra buraxdığı qollarla məğlub olub! Buna qədər premyer-liqada son çempionun mövsüm ərzində iki dəfə 90-cı dəqiqədən sonra buraxdığı qollarla uduzması faktına yalnız bir dəfə rast gəlinmişdi. Bu aqibəti 2004/05-də ''Arsenal'' yaşamışdı.
Onu da bildirək ki, ''Liverpul''un ardıcıl 3 rəsmi oyunda uduzması sonuncu dəfə 2023-cü ilin mart-aprelində baş vermişdi. Həmin vaxt Yürgen Kloppun başçılıq etdiyi komanda ''Bornmut''a (0:1), ''Real''a (0:1) və ''Mançester Siti''yə (1:4) boyun əymişdi.
''Liverpul''un indiki çalışdırıcısı Arne Slot isə məşqçi karyerasında ilk dəfə bu cür uğursuz seriya ilə üzləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri