Icma.az
close
up
RU
Premyer Liqa: Sumqayıt Neftçiyə qalib gəlib

Premyer Liqa: Sumqayıt Neftçiyə qalib gəlib

Misli Premyer Liqasının XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib.

"Report"un məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.

Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sumqayıt" altıncı pillədə yer alıb. "Neftçi" isə 13 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:33
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri