Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Premyer Liqanın dayandırılması gündəmdə deyil”

“Premyer Liqanın dayandırılması gündəmdə deyil”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Azərbaycanın U-20 milli komandası Qəbələdə təlim-məşq toplanışı keçirir.

“Qafqazinfo” xəbər verir ki, Qəbələdə olan AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Aprelin 13-dən U-20 yığma komandası təlim-məşq toplanışına yığılıb. Sabah toplanışın son günüdür. Toplanış zamanı 2 futbolçu zədələnib. Biri öncədən zədələnmişdi deyə əvəzinə başqası dəvət edildi. Digəri isə toplanış zamanı zədələndi. Hazırlıqlar gedir. Düşünürük ki, bu toplanış gələcək hazırlıq üçün də faydalı olacaq.

- Növbəti təlim-məşq toplanışının harada keçirilməsi planlaşdırılır?

 - Mayın sonunda başlayacaq, 2 həftəlik olacaq. O da Qəbələdə baş tutacaq. Bu toplanışda yoxlama görüşü olmadı. Məşqçilər korpusunun seçimi idi. Daha çox futbolçuları hiss etmək, tanışlıq xarakterli idi. İkinci təlim-məşq toplanışında isə yoldaşlıq görüşlərinin olması gözlənilir. Lakin hələ qərar verilməyib. Amma hələ qərar verilməyib ki, yerli komanda ilə olacaq, yoxsa beynəlxalq görüş olsun. Bu qərarı millinin məşqçilər korpusu verəcək.

- U-20 dünya çempionatına hazırlıq necə gedir?

- Hazırda davam edir. Müəyyən dövlət qurumları ilə də sıx əlaqədəyik. FİFA bütün proseslərə birbaşa nəzarət edir. Özbəkistanlı həmkarımızla sıx əlaqədəyik. Hazırlıqlar həftəlik formatda davam edir. Sırf açılış-bağlanışla bağlı detallı məlumatlar hazırda yoxdur. Çempionatın tarixinə gəldikdə, təxminən 2027-ci il sentyabr ayının ortalarından oktyabrın əvvəllərinə təsadüf edəcək. Yaxın günlərdə dəqiq tarixlər, açılış-bağlanış oyunu, həm də püşkatma mərasimi ilə bağlı daha detallı məlumatlar əldə ediləcək.

- Futbolçuların oyun praktikasının artırılması ilə bağlı hansısa addım atılacaq? I Liqada hansısa klubun yığmanın bazası kimi fəaliyyət göstərməsi gündəmdədir?

 - Bu qərar verilmədi, bu olmayacaq. U-20 yığması bir ayda 2 həftəlik hazırlıq keçəcək. Sual çempionatlarla bağlıdır, çünki futbolçuların bəziləri Əvəzedicilər Liqasında, bəziləri Gənclər Liqasında oynayırlar. Gördüyünüz kimi, həm PFL, həm də Gənclər Liqasını keçirən departamentlə danışdıq və çempionatları dayandırdıq. Bunu etməyə məcbur idik. Çünki əks təqdirdə, klublar da çempionatda istədiyi kimi çıxış etməyə bilərdilər. Bunun qarşısını almaq üçün gələcəkdə müəyyən istiqamətlər var. Əvəzedicilər Liqasının ləğvi hələ ki müzakirə mövzusudur. İcraiyyə Komitəsində də hazırda müzakirəsi gedir, hələ ki qərarı verilməyib. Amma Əvəzedicilər Liqası ləğv olunmasa belə böyük ehtimalla format dəyişikliyi ola bilər -  həm Əvəzedicilər Liqasında, həm də Gənclər Liqasında. U-20 yığmamızın məşqçilər korpusu bizə 17 aylıq məşq cədvəlini verib. Hansı tarixdə məşq edəcəklərini bildiriblər. Bu gün bilirik ki, U-20 yığması necə və harada məşq edəcək. Aydın məsələdir ki, U-20 yığmasının dünya çempionatındakı iştirakı prioritet məsələdir. Biz AFFA olaraq çalışacağıq ki, digər liqaları təlim-məşq toplanışına uyğunlaşdıraq. Ona görə də ehtimal var ki, Əvəzedicilər Liqası ləğv olunmasa belə çempionatın formatında dəyişiklik edilsin.

- Bəs Premyer Liqada oynayan futbolçularla bağlı məsələ necə olacaq?

- Bəli, bu məsələ var. Amma hələ detallı müzakirə olunmayıb. İndi də bizdə “Qarabağ”da məşq edən futbolçumuz var. Premyer Liqada bu yaşda olan oyunçular, demək olar ki, əsas heyət üzvləri deyil. “Sumqayıt”da oyunçumuz var. Ona görə də bu klubdan oyunçu dəvət edə bilmədik. Premyer Liqada prioritet idi. Amma gələcəkdə bununla bağlı hansısa klublarla danışıqlar olsun. Premyer Liqanın dayandırılması məsələsi gündəmdə deyil. Lakin ola bilər ki, klublarla danışıqlar olsun.

- Heyətin gücləndirilməsi yönündə ölkə xaricində çıxış edən futbolçularla bağlı hansısa addımlar atılıb?

- Bu toplanışa da ölkə xaricində çıxış edən futbolçuları dəvət edirdik. Təəssüflər olsun ki, onlar liqada davam etdiyinə görə futbolçular toplanışa qoşula bilmədi. Gələcəkdə, əlbəttə ki, onları yenidən dəvət etmək fikrimiz var. Hazırkı toplanışda ölkə xaricindən bizdə ancaq “Marset” futbol məktəbindən oyunçu var.

- Siyahıda olanlar hansı ölkədə oynayan oyunçulardır?

- Türkiyə, İsveçdə oynayan oyunçularımız var. Hansı ki, bundan əvvəl də yığmaya dəvət ediliblər, pasportları var. Almaniyadan da 1-2 oyunçumuz var. Amma detallı məlumat verə bilmirəm. Çünki Azərbaycanla bağlılıqları olsa da, pasportları hələ ki yoxdur.

- AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov hazırda FİFA-da çalışır. Onunla əlaqə necədir, dünya çempionatının keçirilməsi yönündə onun AFFA-ya köməyi var?

- Müəyyən əlaqələr olur. Amma Elxan Məmmədov hazırda milli assosiaiyalar üzrə  rəhbərdir. Sırf dünya çempionatının keçirilməsi ilə bağlı kontaktlar da olur. Amma detallı görüşlərdə birbaşa FİFA-nın Yarışların Keçirilməsi üzrə Departamenti məşğuldur. Sırf həmin departamentlərlə əlaqə qurulur.

- Finalın Azərbaycanda, yoxsa Özbəkistanda keçirilməsi AFFA üçün prinsipial məqamdır?

- Bu məsələ ilə bağlı Özbəkistandan olan həmkarlarımızla danışıqlar gedir. Biz AFFA olaraq DÇ-nın final matçının Azərbaycanda keçirilməsinin tərəfdarıyıq. Danışıqlar gedir.

- U-19 və U-20 yığma komandalarının təlim-məşq toplanışları üst-üstə düşsə, prioritet hansı olacaq?

- Yaxşı sualdır. Bu məsələ ilə bağlı onu deyim ki, belə bir şey baş verə bilər. Çox güman ki, toplanışların üst-üstə düşmələri olacaq. Bu da ondan irəli gəlir ki, U-20 yığmasını hazırlamaq üçün təxmini hər ay 2-3 həftəlik toplanış keçiriləcək. Belə də, digər yığmalarla üst-üstə düşməsi qaçılmazdır. Təxmini görünən odur ki, U-20 yığması və U-19 yığmasının toplanışlarının toplanışları üst-üstə düşəcək. Məşqçilərlə birlikdə qərar verəcək, amma burada daha çox U-20 yığması prioritet götürüləcək.

- U-20 yığmasının dünya çempionatına qarşısına hansı hədəf qoyulacaq?

- Yığma komandamızın, baş məşqçimizin qarşısına əsas hədəf qoyulub ki, komandamız elə çıxış etsin ki, sadəcə iştirakçı kimi görünməyək. DÇ-də iz qoymuş komanda kimi görünmək istəyirik. Ən azından mübarizə aparaq, çox asan şəkildə məğlub olmayaq. Çünki dünya çempionatıdır, reallıqları da nəzərə almaq lazımdır. Keçmiş dünya çempionatlarının qrup mərhələlərinə, iştirakçılarına baxsaq, görəcəyik ki, oradakı iştirakçıların hər biri çox güclü komandalardır. Elə yaş qrupudur ki, bu turnirə xüsusi əhəmiyyət verilir. 17 yaşlılar deyillər, peşəkar müqavilələri olan, böyük klublara da məxsus oyunçuların oynayacağı turnirdir. Biz də AFFA olaraq reallığı anlayırıq. Əsas istiqamətimiz odur ki, komandamız çempionatda mübarizə aparsın.

- Təqvimlə bağlı açıq qalan məsələlər, şəhərlər, tarixlər, bunlara nə vaxt aydınlıq gətiriləcək?

- Dəqiq bir şey demək istəmirəm ki, yalan olmasın. Amma görünən odur ki, yaydakı əsas dünya çempionatından sonrakı həftələrdə bəlli olacaq, təxminən iyul-avqust aylarında.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Aprel 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri