təhsil müəssisəsi elm ocağıdır, hərənin özbaşına hərəkət edəcəyi yer deyil
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
"Son vaxtlar məktəblərdə və cəmiyyətdə baş verənləri izlədikcə haqlı olaraq sual yaranır: Biz hara gedirik? Məktəb nizam-intizamı, geyim qaydaları hər bir təhsil müəssisəsi üçün qanunla tənzimlənir. Amma təəssüf ki, bu qaydalar seçici şəkildə tətbiq olunur. Niyə ölkəmizdə qanuni məktəb formasından kənara çıxan, hətta təhsil ocağının etikasına zidd olan qısa yubkalarla, makiyajla, saçları açıq və müxtəlif aksesuarlarla məktəbə gələn şagirdlərə qarşı heç bir ciddi tədbir görülmür?"
Newscenter.az xəbər verir ki, bunları BDU-nun məzunu, ictimai fəal Gülarə Babayeva deyib. Onun sözlərinə görə, məktəb nizamnaməsində bunların hamısı qadağan olunduğu halda, hər şeyə səssiz qalınır:
"Ümumiyyətlə, əxlaqsızlığın və intizamsızlığın qarşısı niyə vaxtında və qətiyyətlə alınmır? Niyə qanunlar hamı üçün eyni işləmir? Niyə əsl nizam-intizam pozuntularına göz yumulur, amma başqa məsələlərdə qadağalar işə düşür?".
Gülarə Babayeva qeyd edib ki, təhsil müəssisəsi elm ocağıdır, hərənin özbaşına hərəkət edəcəyi yer deyil:
"Məktəblərimizdə sağlam mühitin, əxlaqın və bərabər qaydaların bərqərar olmasını tələb etmək hər bir vicdanlı vətəndaşın haqqıdır".
Süleyman
Bu mövzuda digər xəbərlər:Özbaşına dölsalmalar
17 Noyabr 2024 09:50
Çin maşını özbaşına hərəkət etməyə başladı VİDEO
03 Oktyabr 2025 17:33
Montessori metodu: sərbəst öyrənmə, yoxsa özbaşına təhsil?
15 Sentyabr 2026 13:14
Özbaşına arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ
04 Aprel 2025 22:35
Allergiya testlərini özbaşına ETDİRMƏYİN
29 Aprel 2026 15:23
Baxış sayı:89
Bu xəbər 30 Oktyabr 2026 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















