Icma.az
close
up
RU
“Premyer Liqaya yüksəlsək, dəyişikliklər olacaq”

“Premyer Liqaya yüksəlsək, dəyişikliklər olacaq”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Bu mövsüm çempionatı bir klub tərk edəcək, əvəzində I Liqadan 3 kollektiv elitaya yüksələcək.

Premyer Liqaya iddialı komandalardan biri “Karvan”dır. I Liqada 18 turdan sonra 34 xalla ikinci sırada yer alan Yevlax təmsilçisi son turda gözlənilmədən autsayder “Qaradağ Lökbatan”la heç-heçə etdi – 1:1.

Komandanın baş məşqçisi Kənan Kərimov “Futbolpress.az“a açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Səfərə üç xal üçün getmişdik. Olduğumuz mövqeyi möhkəmlətmək istəyirdik. Rəqib autsayder idi və onlar üçün hər xal vacib idi. Düzdür, geriyə düşsək də, daha çox qol imkanları yaradan biz idik. Məğlub da ola bilərdik. Rəqib də bəzi şanslardan yararlana bilmədi. Bərabərlik oyunun ədalətli nəticəsi idi”.

Bir müddət əvvəl mətbuatda “Karvan”ın Premyer Liqa üçün lisenziya şərtlərini qarşılaya bilmədiyi və bu səbəbdən onların elitadan bir mövsümlük imtina etdiyi haqda xəbərlər yayılmışdı. Kərimov məsələyə aydınlıq gətirdi:

“Belə informasiyaların yayılması xoş deyil. Lisenziya işlərinə start vermişik və hər şey qaydasındadır. AFFA da lisenziya üçün möhlət verib. İşlərimiz sürətli şəkildə davam edir”.

Klubun elitaya yüksəlmə şanslarını dəyərləndirən Kərimov hələ heç nəyin dəqiqləşmədiyini qeyd etdi:

“Çempionatda gərgin mübarizə gedir. Autsayderlər son sıradan qurtulmaq, liderlər isə mükafatçılar sırasına düşmək üçün çalışır. Çalışırıq ki, yaxşı nəticələrlə yerimizi qoruyaq. İkinci pillə bizə rahatlıq verməməlidir. İlk 6 sırada yer alan komandaların hər birinin elita şansı var”.

Mütəxəssis elitaya vəsiqə əldə edəcəkləri halda, heyətlə bağlı dəyişikliklər olacağını əlavə etdi:

“Premyer Liqaya yüksəlsək, dəyişikliklər olacaq”.

Bu mövsüm I Liqada mübarizə aparan “Qəbələ”nin futbolçusu Şahin Şahniyarov Azərbaycanın əsas yığmasına dəvət alıb. O, Haiti və Belarusa qarşı keçiriləcək sınaq matçları üçün milliyə çağırılıb. Kərimov çempionatdan bir oyunçunun əsas yığmaya düşməsinin digərləri üçün də motivasiya olacağını bildirdi:

“I Liqada milliyə kiminsə getməsi gözəl haldır. Millinin qapıları hər oyunçuya açıqdıq. Şahinin dəvəti digər oyunçularda da motivasiyanı artıracaq”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Mart 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri